26 May 01:14GÜNDƏM / DÜNYA

Putin növbəti dəfə prezident olmayacaq

Putin növbəti dəfə prezident olmayacaq
Rusiyanın hazırki dövlət başçısı Vladimir Putin ardıcıl üçüncü dəfə prezident seçilməyi planlaşdırmadığını bəyan edib.

Fedai.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Görüşdə Putinə növbəti prezident seçkiləri barədə sual ünvanlanıb. O, Rusiya Konstitusiyasına ciddi riayət etdiyini deyib.

“Ardıcıl olaraq iki dəfədən artıq prezident seçilmək olmaz. İndi mənim ikinci prezidentlik müddətimdir. Buna qədər iki dəfə ardıcıl prezident olmuşam, sonra prezident vəzifəsini tərk etmişəm. Çünki, Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir”, - deyə Putin qeyd edib. (azvision.az)
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ