Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

Dr. Harun Yılmaz
Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

1813 - Rusiya İmperiyası ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalanır. İndiki Dağıstan, şərqi Gürcüstan, Azərbaycan Respublikasının böyük hissəsi və Şimali Ermənistanın bir qismi Rusiya İmperiyasına təslim edilir.
1828 - Rusiya İmperiyası ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalanır. Bu sənəd Rusiyanın Cənubi Qafqazda mövcudiyyətini möhkəmləndirir. İndiki Ermənistan, Azərbaycan Respublikasının cənub bölgələri, Naxçıvan, İqdır vilayəti (indi Türkiyənin tərkibindədir) Rusiyaya təslim edilir.
1870 - Bakıda neft sənayesi ətrafında neft bumu və sürətli iqtisadi inkişafa start verilir. Yerli iş adamları ilə yanaşı, Nobel qardaşları və Rothschild-lər kimi xarici investorlar Bakıya gələrək burada neft quyuları qazır, neftemalı zavodları tikir, limanlar inşa edir və dəmir yolları çəkirlər.
1904 - Azərbaycan ziyalı-demokratları müsəlman dünyasında ilk sosial-demokratik təşkilat olan "Hümmət" partiyasını yaradırlar. Partiyanı təsis edənlər arasında Məşədi Əzizbəyov, Əjdər Məlikov, Əsədulla Axundov və Məhəmməd Əmin Rəsulzadənin də adları var. "Hümmət" formal olaraq Rusiya Sosial-Demokrat Fəhlə partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində müstəqil fəaliyyət göstərib.
1905 - Birinci Rusiya İnqilabı nəticəsində Rusiya İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit olunur. Məhəmməd Əmin Rəsulzadə inqilabda fəal şəkildə iştirak edir. Əlimərdan bəy Topçubaşov, İsmayil xan Ziyadxanov kimi Bakı və Yelizavetpol quberniyalarının müsəlman nümayəndələri İmperiyanın qanunvericilik orqanı olan Dumada qısa müddətə də olsa, təcrübə qazandılar.
1905-1911 - İranda Məşrutə İnqilabı və İranın ilk parlamenti - Məclisinin - təsis edilməsi.
1908 - Gənc Türklər (Konstitusiya) İnqilabı Osmanlı İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit edir.
1911 - Məhəmməd Əmin Rəsulzadə və başqaları Müsavat Partiyasını təsis edirlər.
1913 - Məhəmməd Əmin Rəsulzadə İran və Türkiyədə dörd illik siyasi mühacirətdən sonra Rusiyaya qayıdır.
İyul, 1914 - Birinci Dünya müharibəsi başlayır.
1917
Mart, 1917 - fevral İnqilabı Rusiyada monarxiyaya və Romanovlar sülaləsinin 300 illik hökmranlığına son qoyur.
Rusiya respublika elan edilir, ölkəni Müvəqqəti Hökümət idarə edir.
Mart, 1917 - Nəsib bəy Yusifbəyli və digər siyasətçilər Gəncə şəhərində Türk Ədəmi-Mərkəziyyət partiyası təsis edirlər.
15-20 aprel, 1917 - Bakıda Qafqaz müsəlmanlarının Birinci Qurultayı keçirilir. Qurultayda eləcə də Müsavat və federalist partiyalarının müvafiq qaydada birləşməsinin bünövrəsi qoyulur.
İyun, 1917 - "Müsavat" və "Türk Ədəmi-Mərkəziyyət" partiyaları birləşərək fəaliyyətlərini "Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat" partiyası kimi davam etdirirlər.
Oktyabr, 1917 - Rusiyada Oktyabr İnqilabı: Leninin Bolşevik partiyası Müvəqqəti Höküməti devirərək hakimiyyəti ələ alır. Bolşeviklər Sovet İttifaqının yaranmasına gətirib çıxaran dəyişiklərə başlayırlar.
Oktyabr, 1917 - Bakıda Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının ilk qurultayı toplaşır.
Noyabr, 1917 - Cənubi Qafqaz da daxil, Rusiyada Müəssislər Məclisinə seçki keçirilir. Cənubi Qafqazın müsəlman əhalisinin səs verdiyi partiyalar arasında Müsavat partiyası 616,000 səslə birincilik qazanır.
Noyabr, 1917 - Tbilisidə müstəqil Zaqafqaziyanın ilk höküməti kimi Zaqafqaziya Komissarlığı (Zavkom) yaradılır.
Dekabr, 1917 - Rusiya ilə Osmanlı nümayəndə heyəti arasında Qafqaz cəbhəsində hərbi münaqişəni bitirmək məqsədilə Erzincan Barışığı imzalanır.

Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

1918
18-19 yanvar, 1918 - Rusiya tarixində ilk dəfə olaraq demokratik yolla seçilmiş təmsilçilik orqanı - Müəssislər Məclisi toplanır. Bolşevikllər toplantının səhərisi günü Məclisin işini qapadırlar, Müəssislər Məclisi buraxılır və ləğv olunur. Cənubi Qafqaz təmsilçilərinin əksəriyyəti toplantının açılışına özünü çatdıra bilmir.
Yanvar, 1918 - Müəssislər Məclisinin ləğv olunması ilə Rusiyada Bolşeviklərlə onların opponentləri arasında Vətəndaş Müharibəsi başlayır. Dörd il çəkən Vətəndaş müharibəsi Rusiyaya ağır zərbə vurur.
Yanvar, 1918 - Tbilisidə Zaqafqaziya Kommissarlığı Azərbaycan, Ermənistan və Gürcüstandan Rusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələrdən Seym təşkil edir.
Yanvar - fevral, 1918 - Bolşeviklərin üstünlük təşkil etdiyi Bakı Soveti şəhər üzərində nəzarəti ələ keçirir.
Mart, 1918 - Martın 3-də Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı dövlətləri ilə Bolşevik Rusiyası arasında Brest-Litovsk müqaviləsi imzalanır. Bu sənədlə Rusiyanın Birinci Dünya Müharibəsində iştirakına son qoyulur. Osmanlı İmperiyası Batum, Qars və Ərdahanı geri alır. Osmanlı Ordusu şərq istiqamətində irəliləməyə başlayır.
Mart, 1918 - Bakıda erməni silahlı dəstələri müsəlman əhalisinə qarşı qətliam törədir. Daşnakların köməyilə Bolşeviklər şəhəri avqusta qədər idarə edərək Bakı quberniyasını da nəzarət altına alırlar.
Aprel, 1918 - Seym Zaqafqaziya Demokratik Federativ Respublikasının təsis olunduğunu elan edir.
28 may 1918 - Qafqaz Seyminin müsəlman nümayəndələri Milli Şura təsis edərək Azərbaycanın müstəqilliyini elan edirlər. Baş nazir F. Xoyskinin ilk kabinetinin üzvləri təyin olunur. Nuru Paşa Gəncəyə gəlir.
4 iyun 1918 - Azərbaycan və Osmanlı hökumətləri arasında dostluq və sülh sazişi imzalanır. Osmanlı qüvvələri Gəncəyə daxil olur. Qafqaz islam Ordusunun təşkilinə start verilir.
16 iyun 1918 - Azərbaycan hökuməti və Milli Şura Tbilisidən Gəncəyə köçür. Səhərisi gün Milli Şura buraxılır və qanunvericilik səlahiyyəti müvəqqəti olaraq hökumətə verilir. Xoyskinin ikinci kabineti formalaşdırılır.
27 iyun 1918 - Qafqaz İslam Ordusu şərqə doğru irəliləməyə başlayır və Göyçayda Bakı Soveti qoşunlarını məğlub edir. Həmin gün türk dili (Azərbaycan dili) yeni dövlətin rəsmi dili elan olunur.
10 iyul 1918 - Qafqaz İslam Ordusu şərq istiqamətində daha dərinə irəliləyərək Kürdəmir və Şamaxını Bakı Sovetinin qüvvələrindən azad edir.
31 iyul 1918 - Hərbi məğlubiyyətlər Bolşeviklərin rəhbərlik etdiyi Bakı Sovetinin hakimiyyətinə son qoyur. Yerdə qalan digər siyasi qüvvələr Britaniyanın dəstəyilə Bakıda Sentrokaspi Diktaturası elan edir və İranda general Dunsterville-in komandanlığı altında olan Britaniya qüvvələrini Bakıya dəvət edir.
4 avqust 1918 - Britaniya qüvvələri Bakıya girir. Britaniya zabitləri şəhəri yaxınlaşmaqda olan Qafqaz İslam Ordusundan müdafiə etmək üçün yerli erməni və rus könüllülərini silahlandırır və onlara təlim keçir.
15 sentyabr 1918 - Qafqaz İslam Ordusu Bakını azad edir. Britaniya qüvvələrinin evakuasiyası.
17 sentyabr 1918 - Azərbaycan höküməti Gəncədən Bakıya köçür.
30 oktyabr 1918 - Osmanlı İmperiyası ilə Müttəfiqlər arasında Mudros sülh müqaviləsi imzalanır. Bununla da Osmanlı hərbiyyəsinin Birinci Dünya Müharibəsində iştirakı sona çatır.
Noyabr, 1918 - Birinci Dünya Müharibəsi başa çatır.
16 noyabr 1918 - Azərbaycan Milli Şurasının iclası keçirilir.
17 noyabr 1918 - Bakıya general Tomson-un başçılıq etdiyi Britaniya qüvvələri gəlir.
7 dekabr 1918 - Azərbaycan Respublikasının parlamentinin təntənəli açılışı keçirilir.
26 dekabr 1918 - Baş nazir Xoyskinin sayca 3-cü kabineti təşkil edilir. Gürcüstanla Azərbaycan arasında tranzit daşımalar barədə saziş imzalanır.
1919
14 aprel 1919 - Nəsib bəy Yusifbəyli respublikanın 4-cü Nazirlər Kabinetini təşkil edir.
28 may 1919 - Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin ABŞ prezidenti Wilson ilə görüşü keçirilir.
16 iyun 1919 - Azərbaycan ilə Gürcüstan arasında hərbi müdafiə aktı imzalanır.
6 avqust 1919 - General Tomson-un Xəzər Hərbi Donanmasının Denikinin könüllülər ordusuna verilməsi barədə sərəncam imzalanır.
24 avqust 1919 - Britaniya qüvvələri Bakıdan evakuasiya olunur. Azərbaycanın Dövlət Bankı təsis olunur.
1 sentyabr 1919 - Baku Dövlət Universiteti təsis olunur.
23 noyabr 1919 - Tbilisidə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilə imzalanır.
2-11 dekabr 1919 - Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının 2-ci qurultayı Bakıda toplanır.
22 dekabr 1919 - Nəsib bəy Yusifbəyli sayca 5-ci höküməti təsis edir.
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
1920
2 yanvar 1920 - Sovet Rusiyası Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verir.
11 yanvar 1920 - Azərbaycanın müstəqilliyi Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən de-fakto tanınır.
14 yanvar 1920 - F. Xoyski Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verir.
23 yanvar 1920 - Çiçerin Azərbaycan hökumətini Sovet Rusiyasının Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasını göndərir.
20 mart 1920 - Azərbaycan-İran müqaviləsi bağlanır; Bu müqaviləyə əsasən, Azərbaycan İran tərəfindən de-yure tanınır.
23 mart 1920 - Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsi imzalanır.
15 aprel 1920 - Xoyski Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən nota göndərir.
27 aprel 1920 - XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil olur.
28 aprel 1920 - Azərbaycan Cümhuriyyətinin parlamenti Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul edir.
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Bolşevik Rusiyasının ordusu Bakıda(bbc.com)
31 may 2018 /

Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

Похожие новости

Şərqdə ilk demokratik respublikanın 100 yaşı tamam olur

[img=left][/img] 28 may Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd

1920-Cİ İLİN 27 APRELİNDƏ AZƏRBAYCANIN İŞĞAL EDİLMƏSİ.27 APREL, YOXSA 28 APREL?

1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl dağılmış Zaqafqaziya Seyminin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

Dr. Harun Yılmaz Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl

Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Fedai az apa-ya istinadən xəbər verir ki, dövlət başçısı bunuNazirlər Kabinetinin 2017-ci ilin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mübariz Mənsimov kimdir ?“Bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır” – Tarixçi şərhi“Vətən uğrunda savaşan insanlara münasibət belə olmamalıdır...” - QARABAĞ DÖYÜŞÇÜSÜPolis orqanlarına işçi axtarılırNazim İbrahimovun erməni diaspora rəhbəri - Ağadadaş, yox bir ARADUDUŞ - VİDEODənizi çəpərləyib bitirdik, növbə meşələrindi...AVMVİB TƏLTİF EDİRPrezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiq etdiAVMVİB BALAKƏN RAYON ŞÖBƏSİNDƏ...“Armani” daşnak firmasıdırmı??? Modern.az-da əməkdar jurnalistdən SOS siqnalı...Adəm və Həvva Azərbaycanda yaranıb — İngilis araşdırmaçıdan ŞOK İDDİA (VİDEO)Bu təbii içki damarları təmizləyir və infarktdan qoruyurBakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib - VİDEOCəlil Məmmədquluzadənin doğum günüdür104 nəfər məktəb direktoru təyin olunduKÜRDLƏRİN ETNİK MƏNŞƏYİ HAQQINDADÜŞMƏNİN PİLOTSUZ UÇUŞ APARATI VURULUBŞEYTAN OĞLU SATANOVSKİNİN ANTİ AZƏRBAYCAN HƏDYANLIARI...AVMVİB YASAMAL VƏ SURAXANI RAYON ŞÖBƏLƏRİNDƏProxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaqMüharibə veteranının anası ölkə rəhbərinə müraciət etdi - VİDEOKamal Abdulla qaragüruha ritorik cavab verdi...Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıbAVMVİB TƏLTİF EDİRXərçəngdən dünyasını dəyişən polkovnik-leytenant dəfn edildiMehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçdiTəqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ