Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli » Fedai.az
» » Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli

    Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli


    Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli

    Ola bilsin, Hadı Rəcəbli bu yazı ilə rastlaşmaya bilər, lakin kimsə bunu ona çatdırsa, bəlkə də stress keçirən adamların savabını qazanar.
    Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli

    Deputat Hadı Rəcəbli pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı təklifləri qaldırmamışdan əvvəl hansı ölkədə yaşadığını dərk etməli idi. Bura nə İsveçrə, nə Yaponiya, nə də ki, Kanadadır. İndiki böhran vəziyyətdə, qiymətlərin astronomik şəkildə qalxdığı və manatın dəyərdən düşdüyü bir dövrdə qadınlarla kişilərin pensiya yaşının 65-ə qaldırılması, yüz minlərlə adamda təqaüd puluna həsrət qalma əminliyini yaradır. Çünki iş tapmağa nail olanların əksəriyyəti gün ərzində 10 saatdan çox fiziki və əqli əmək sərf edir və nəticədə vaxtından tez bioloji cəhətcə qocalmağa məhkum olunur. Belə olan halda əksəriyyət (iş tapa bilməyənlər isə dərddən) sağlamlığını itirir və dərmanların baha olduğu bir məkandan lazımi müalicəni də ala bilmir. Bütün bu problemlə üzləşmək üçün mütləq xalqın içərisində olmalı və hər şeyi dərindən analiz etməlisən.
    Millət vəkili dedikdə, ilk növbədə xalqın müəyyən hissinin etimad göstərdiyi şəxs anlamı yada düşür və belə adam ən aşağı təbəqədə, yəni səfalətlə üzləşən seçicilərin dərdini incəliklərinə görə öyrənməlidir. Lakin Hacı Rəcəbli sanki bütün bunları görmək istəmir və ortaya qoyduğu absurd arqumentlərlə camaatı qıcıqlandırır. Onun arqumenti: “İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”. Bir neçə müəllim və həkimin istəkləri ilə həyati vacib olan qanun çıxarmazlar. Ona görə ki, onlar elə bir məvacib almırlar ki, yaşı 65 olmamış hələ qalıb işləsinlər. Ən əsas isə o, yaşa çatmaq azərbaycanlı zəhmətkeş üçün ağır hədəf sayılır.
    Mənim arqumentlərim isə başqa cürdür. Birincisi, bir yazıçı-tədqiqatçı, müharibə veteranı və neftçi kimi mütəmadi olaraq həm yaradıçı adamlarla, elm nümayəndələri, müharibə veteranları, həm də fəhlə sinfi ilə tez-tez görüşür və həmin şəxslərin vaxtından tez qocaldığını və sağlamlıqlarının itirdiyinin şahidi oluram. Parlamentdə elm dalınca gedən intellekt sahiblərinin maaşlarını, müharibə veteranlarının, əlillərinin sosial təqaüdünün qaldırılmasını, dərmanların ucuzlaşmasını gündəliyə salsanız, onda millət də deyər ki, deputatlar xalqın xeyrinə nəsə bir iş görür.
    İkincisi, Azərbaycanda 65 yaşın çətin hədəf olduğuna inanmaq üçün Hadı Rəcəbli iki sahəyə baş çəkməlidir. 1. Hər gün növbələrdən basırıq yaranmış yüzdən çox özəl klinikalara (hər birində yüzlərlə, bəzilərində minlərlə dərdinə əlac tapmaq istəyən adamlar saatlarla həkimlərin qəbulundadır); 2. Nəinki Bakıda, ölkənin hər bir bölgəsində salınmış qəbristanlığa baş çəksin. Bir kitabımla bağlı mən bir çox qəbristanlıqlara getdim və orada baş daşlarındakı təqvimləri görəndə dəhşətə gəldim. Avtoqəzaları və təbii fəlakətləri çıxmaq şərti ilə, son 10 ildə məzarlardakıların çoxu heç 60 il yaşına belə çatmayıblar. Ömrü uzanan və sağlamlıqları imkan verən adamlar bu dünyadan belə tez köçmürlər.
    Hadı Rəcəbli bu arqumentlərdən nəticə çıxarsa, onda bu məsləhəti, nəzərdə tutulan qərarı qəbul etməyə səy göstərən millət vəkillərinə versin ki, bəlkə bundan sonra onlar bu fikirdən daşındılar.
    Unutmaq lazım deyil ki, hər kəs əməllərinə görə Allah qarşısında cavab verəcək.

    Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli

    Millətin hissiyyatı ilə oynayan Hadı Rəcəbli

    Hörmətlə, müharibə veteranı, yazıçı-tədqiqatçı Ramiz Dəniz


    Oxşar xəbərlər
  • Güldürə-güldürə düşünməyə məcbur edən Molla Nəsrəddin kim olub?
  • Hadi Rəcəbli və Musa Qasımlıya orden verildi
  • ÇAĞDAŞ AZƏRBAYCANIN MƏNƏVİ MOZAİKASI
  • Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər