05 İyu 01:36GÜNDƏM / TARİX

II dünya müharibəsinin pərdə arxası

II dünya müharibəsinin pərdə arxası
Bəli, bu da ötən əsrin haqqında ən çox danışılan şəxslərindən olan Hitlerə, onun iç dünyasına ötəri bir nəzər. Necə deyərlər, bu yazıda Hitlerin bir çoxları üçün bilinməyən tərəfləri göstərildi. Əslində bəlkə də burada bir təbiilik var. Çünki heç bir insan milyonları arxasınca apara bilməyi, onlara təsir etməyi öyrədəcək məktəb keçmir və o heç yoxdu da. Bəs nədir burada sirr??? Öz adıma qətiyyətlə deyə bilərəm ki, inam. Həm də uğrunda sevə-sevə canını verə biləcəyin, eyni zamanda səni canlar almağa ruhlandıran inam. Yaxşı və ya pis bir şey olmasından asılı olmayaraq inandığına ən güclü şəkildə inam da demək olar buna. Ancaq hər iki halda ziyanlıdır və ya qorxuludur. Xüsusən də bu inam səndə özü yaranmıyıb, sadəcə kənardan aşılananda. Məhz o zaman insan düşünərək deyil, sadəcə dırnaq içində danışar və hərəkət edər. Sözün düzü Hitler mənim üçün bir o qədər də maraqlı şəxs deyil. Xüsusən də onun sadəcə hazırlananı təqdim edən birisi olduğunu biləndən sonra. Məni düşündürən isə məsələnin başqa tərəfidir. Mən Hitlerin öldüyünə inanmıram. Bu gün öz əməlləri ilə Hitleri yaşadanlar var və hətta deyərdim ki, ona rəhmət belə oxudanlar var. Hitlerdən üzü bu yana illər bir-birini əvəzləsə də dəyişən bir şey var ki, o da terminlərdir. Indi bəşəriyyətə, insanlığa zərər vurmaq və ardından onu pərdələmək üçün çox gözəl terminlər meydana çıxıb. Bu terminlər altında insanlar istismar olunur, dəyərlər ucuzlaşır. Belə bir şəraitdə Hitleri qeyri-adiləşdirməyə ehtiyac varmı? Yaradılan yaradılış qayəsindən uzaqlaşdıqca hələ neçə-neçə hitlerlər yetişdirəcəkdir bu zaman. Nə deyim?! Tanrı bizi elə bizdən qorusun. Şeytan dəbdə deyil artıq.
Ötən əsrin ən böyük müharibəsinin səbəbkarı və ya səbəbkarlarından biri olan Hitler haqqında daha nələr yazılmayıb, nələr deyilməyib. Aradan uzun illər keçməsinə baxmayaraq, bu şəxs hələ də bir çox tədqiqatçıların ən maraqlı tədqiqat obyekti olaraq qalır. Səbəb isə onun həyatında, fəaliyyətində kifayət qədər qaranlıq məqamların mövcud olmasıdır. Belə araşdırmalardan ən maraqlısı isə Hitlerin indiyədək bir çoxlarına naməlum yeraltı dünya ilə əlaqədar olan bilinməyən tərəfləridir. Yaxınlarının söylədiklərinə görə Adolf Hitler gecələr çox narahat yatar, qəflətən oyanaraq anlaşılmaz kəlimələr söyləyər və “budur o, bura da gəlib, budur o” deyə sayıqlayardı. Herman Rausching “Hitler mənə dedi ki...” adlı kitabında Hitlerlə bağlı inanılmaz iddialar irəli sürərək, dünyanı titrədən bir liderin nədən qorxmasını araşdırmağa cəhd edir. Bəs kim idi Hitler??? O, kütləni necə belə təsiri altına ala bilirdi?
12 il Hitlerin mətbuat katibi olmuş Otto Dietrich “emosional milliyətçi düşüncələri olan şeytani bir adam” deyirdi Hitler üçün. Müəkkif kitabında qeyd edir ki, “Hitler elə hey vaxtın çox az qalması təlaşında idi və qorxurdu. Tez-tez söylədiyi şeylər arasında “kainatın qəti dövrü” vardı, amma biz bunu tam qavraya bilməzdik. O, kütlə üçün “ruhun səhv istiqaməti” ifadəsini işlədirdi. Qədim dünyaya aid əfsanələri incələyir, ilk toplumlar və kütləyə təsir edən mifləri araşdırırdı. Təbiət qanunlarının dəyişdirilməsi üçün istifadə olunan sehrli antik üsullar haqqında bir kitab da yazdı. Öz gücünün gizli güclərdən qaynaqlandığına əmin idi. Insanlığa yeni İncili bir an öncə bildirmək həvəsi içindəydi”. Rauschingin bu sözlərinə inansaq Hitlerin sehrlə əlaqəsinin olduğu anlaşılar. Hələ fransız elm adamı Jacques Bergier “Sehr və Siaysət” adlı əsərində sehrin 20-ci əsrdə bu və ya digər dərəcədə siyasəti idarə etdiyini bildirir və çox gizli siyasi sehr qruplarının məxfi savaş içində olduqlarını yazırdı. Rauschingin kitabında Hitlerlə şəxsən görüşən bir yaxınının belə bir söhbəti də yer alır: “Führerim, qara sehri seçməyin, əgər seçsəniz, artıq o, yaşamınızdan və taleyinizdən əsla çıxmayacaq. Palçığa bulaşmış məxluqların sizi düz yoldan çəkindirmələrinə yol verməyin”.
Məhz bu kimi yuxarıda sadalanan fikirlər təbii ki, istənilən oxucuda şübhə və suallar doğurmaya bilməz. Lakin o müəmmalı səbəb haqqında hələ bir az sonra. Bəzi fikirlərə görə Hitleri idarə edən başqa güclər var idi. Və o, həmin güclərin iradəsinin ifadəçısı kimi çıxış edirdi. Onların lazım bildiyini xalqa açıqlayırdı. Zaman-zaman dünyadakı həyatı dəyişdirməklə bağlı fikirlərini o, Rauschingə və digər dostlarına belə ifadə edirdi: “Haqqımda heç bir şey bilmirsiniz. Partiya yoldaşlarım məni heç buraxmayan xəyallar və öldüyüm zaman təməlləri atılmış olacaq görkəmli quruluş haqqında adi bir təsəvvürə belə sahib deyillər. Dünya yeni bir dövrə yetişib. Sizlər anlamayacaqsınız, amma kainat altüst olacaqdır. Bütün olub-bitənlər yeni bir dinin formalaşmasını çoxdan aşmışdır”. İddialara görə Hitler, german mifologyasındakı THULE əfsanəsindən təsirlənmişdir. Thule əfsanəsi də eynilə Atlantis kimi qeyb olmuş bir ölkə əfsanəsiydi və Hitlerin arxasındakı gizli və sehrli güc də Thule qruplaşması idi. Bu qruplaşmanın ən önəmli üzvü Münih Universitetinin professorlarından Karl Haushoffer idi. Haushoffer ilə Hitleri tanış edən isə Thule qruplaşmasının yaşayan son üzvü Rudolf Hess olmuşdur. Maraqlı cəhət odur ki, II dünya müharibəsindən sonra Hess İngiltərəyə aparılaraq Spandau həbsxanasına salınmış və ömrü boyu o həbsxanada saxlanmışdır. Halbuki, başqa nasist liderlər ya edam edilmiş, ya da cəzalarını çəkdikdən sonra azad edilmişlər. Məhz Hitlerin həyatında ən önəmlı rol oynayan şəxlər də elə Karl Haushoffer, Rudolf Hess və Dietrich Eckart olmuş, o, “Mənim Mübarizəm” adlı kitabını da bu şəxslərin köməyi ilə yazmışdır. Simvolları olan qamalı xaçı isə Haushoffer seçmişdi. Haushoffer haqqında digər maraqlı cəhət odur ki, o, Zen Buddizmi ilə maraqlanırmış, rus cadugər və metafizikçisi Qreqor İvanoviç Qurdyevdən, eyni zamanda tibetli Lama rahiblərindən də dərs almışdır. Hətta bunun sübutu kimi II dünya müharibəsinin sonlarına yaxın dağıdılmış nasist qərargahına girərkən dağıntılar arasından 12 tibetli rahibin cəsədləri tapılmışdır. Lakin o vaxt buna heç kim fikir verməmişdi. Savaş bitdikdən sonra hər şey nisbətən normallaşdıqca, artıq bir çoxları bu məsələ haqqında düşünməyə başladı. Nasist qərargahında 12 tibetli rahibin nə işi vardı? Nasistlər ilə tibetli rahiblər arasında nə kimi əlaqələr vardı? Araşdırmalar sonunda ortaya çıxan bir çox məqam isə daha diqqət çəkiciydi. Mövzunu davam etdirməzdən öncə deyilənlər tam aydın olsun deyə qısa bir xatırlatma etmək istərdim. Belə ki, nasistlər yeraltı dünyadan sayılan ŞAMBALA ilə əlaqəliydilər. Bildyimiz kimi artıq bir çox dünya alimlərinin də təsdiq etdiyi Atlantis mədəniyyəti mövcud olmuş və sonralar naməlum səbəblərdən sulara qərq olaraq izi tamamilə itmişdir. Hətta Atlantis qövmünün hazırkı dünyamızdan texnolji cəhətdən çox-çox irəli olduğu, Misir ehramlarının əsl sahiblərinin də həmin qövm olduğu güman edilir. Geniş yayılmış fikirlərdən biri də budur ki, Atlantis qövmü tam yox olmamış, xilas olanlar 2 qrupa ayrılmış və özlərinə başqa bir yeraltı dünya qurmuşlar. Bunlardan I qrup AGHARTA, digəri isə kosmik bilgiləri insanların zərərinə istifadə edən, fəaliyyətlərində şeytani əməllərdən, qara sehrdən istifadə edən mövzumuzda haqqında sözü gedən həmin Şambala idi. Bu qruplaşmanın dünyamızdakı bəzi insanlarla əlaqə qurduğu, təşkilatlar yaratdığı da yer alan fikirlər içərisindədir.
Mövzuya davam edərək qeyd edim ki, Qurdyev, Haushoffer, Hitler, Alfred Rosanberg, Himler, Goring və Hitlerin yanından heç ayrılmayan fizik doktor Morell dünaynın altında yaşayan (fikir rəmzi mənadadır-red.R.H) və insandan daha üstün dünyaxarici bir qövm ilə əlaqədə olduqlarına əmin olduqları Tibet Locasının üzvü idilər. Məhz nasist partiyasını quran 7 nəfər qara güclər tərəfindən idarə edildiklərinə ruhən və cismən əmin idilər. Onları birləşdirən güc isə bir tibet əfsanəsinə bağlı idi. Wulf Schwartzwaller özünün “Bilinməyən Hitler” kitabında (1990) da yuxarıdakı məsələni daha ətraflı şərh etmişdir. Bəs Hitlerin üzv olduğu Thule qrupunun özəyi olan Thule əfsanəsi nə idi, nə məna daşıyırdı? Hər şey təbii ki, Thule əfsanəsi ilə başlayırdı. Əfsanənin kökü qeyb olmuş bir qövmə dayanır. Bu da nasizmin təməlini təşkil edirdi. Belə ki, bu əfsanə ətrafında birləşən bir qrup Thule adında gizli bir təriqət qururlar. Təriqət haqqında daha ətraflı məlumat üçün Nasist Partiyasının 7 qurucusundan biri olan Dietrich Eckardın bu haqda izahına diqqət edin: “Thulenin bütün sirləri qeyb bir qövmə əsaslanır. Insanoğlu ilə “xarici zəkalar” arasında olan bəzi vasitəçi varlıqlar, bu sirlərə yetişənlərə böyük bir güc qaynağı formalaşdırmaqdadır. Bu güc qaynağı Almaniyanı dünyaya hakim edəcək. Yenə bu güc qaynağı gələcəyin üstün insanının ortaya çıxmasını və insan növünün dəyişməsinə səbəb olacaqdır”.
Bəli, bu sözlər elə nasizmin təməlini təşkil edirdi. Digər maraqlı bir fakt isə Hitlerin insanları təsiri altına almaq üçün sehrdən, cadudan məharətlə istifadə etməsi idi. Məsələn, o, radiodan etdiyi çıxışlarında daim “səs sehri” adlı üsuldan istifadə edərmiş. Hətta bir çoxları da artıq təsdiq edib ki, Hitler Parisə girəcəyi ilk günü, müxtəlif cəbhələrdə düşmənin nə qədər dözüm gətirəcəyini və Ruzveltin ölüm gününü də öncədən bilmiş və demişdi. Digər bir maraqlı məsələ isə nasizmin ayrılmaz simvolu olan qamalı xaçdır. Bu barədə isə Ergun Candan “Gizli Sırlar Öğretisi” adlı kitabında maraqlı araşdırma aparmışdır. Onun kitabında qamalı xaç barədə yer alan fikirlərdən çıxan nəticə isə belədir ki, bu simvol elə-belə təsadüfən nasistlər tərəfindən seçilməyib. Bu simvol insanlığın istifadə etdiyi ən qədim simvollardan biridir. Ən əsas da bu simvolun əsl kökünün dünyanın ən qədim mədəniyyətlərindən olan Mu mədəniyyətinə aid olmasıdır. Bu simvol deyilənlərə görə Munun gizli bilgilərinin ən önəmli sirlərindən birini özündə birləşdirirdi. Simvolun sirrini isə ancaq qədim Misir və Tibetdəki məbədlərdə olan rahiblər bilmişdir. Hələ də mənası tam açılmayan bu simvolu da nasistlərin tibetdəki rahiblərdən götürdükləri bildirilir. Tibet rahibləri ilə əlaqədə olan Hitler və dostları simvolun sirrini də bilməmiş deyildilər. Məhz öz çirkin məqsədlərini həyata keçirmək üçün simvolu sonradan bayraqlarına çevirdilər.
Hitlerin bilinməyən digər bir tərəfi və ya onun hər hansı bir sehrli gücə inanmasının sübutu kimi aşağıdakı fakta diqqət edək. Stalinqrad məğlubiyyətindən sonra Gobbels qışqıraraq : “Dünyəvi güc məğlub oldu, ruhi güclər məğlub olur. Hökm saatı gəlir, bütün insanlar əzab görəcəklər və görməlidirlər” deyir və Hitler buna cavabında “yetərincə itki verilmədi” -deyir. Digər bir fakt. Berlinin süqutu günü metroya sığınmış üç yüz min alman üçün Hitler amansızca əmr verir: “Metronu sular altında qoyun, hər kəs ölsün, bu bir ayindir və qurban tələb edir, belə olduğu halda yerdəki güclər köməyimizə gələcəkdir”. Görəsən, Hitler məğlubiyyətimi həzm edə bilmirdi, yoxsa ona tapşırılanımı yerinə yetirirdi?! Bu kimi faktlar Hitlerin mütləq mənada hər hansı bir gücə ruhən və cismən inandığını göstərir. Məsələn, Nasist Sosialist Partiyasının 7 qurucusundan biri olan Eckart ölüm döşəyindəykən bu sözləri deyir: “Hitleri mütləq izləyin, o, mənim musiqimlə rəqs edəcəkdir. Ona “onlarla” əlaqə qurma səlahiyyətini verdik”.
Kimlərlə? Onlar dedikdə kimlər nəzərdə tutulur??? Göründüyü kimi qaranlıq məqamlar az deyil. Həqiqətən də nasist idarə etməsinin hər yerində bir gizlilik, magika hiss olunmaqdadır. Indi isə son olaraq başqa bir məsləyə diqqət yetirək. Bildiyimiz kimi milyonlarla yəhudi Hitler tərəfindən məhv edilmişdir. Bunun səbəbləri haqqında da bir çox fikirlər mövcuddur. Rausching isə öz kitabında bu məsələ ilə əlaqədar bunları bildirir: “Düşmənlərimdən çox şey öyrəndim. Katoliklərdən, Marksistlərdən, masonlardan. Masonlar haqqında bir raport hazırlatdırdım. Simvollar, tədbirlər. Bu adamlarda təhlükəli olan tək şey mənim də isitfadə etdiyim təriqət sirri üsuludur. Bu cür ruhani aristokratiya formalaşdırırlar. Iyerarxik bir təşkilat qurur, simvollardan istifadə edir və ayrı-ayrı ibadətlər edirlər, yəni zəkanı yormadan, alışdıraraq simvolların sehrli təsirlərindən istifadə edirlər. Bax, masonların ən təhlükəli tərəfi budur. Dünyada bir neçə təşkilata yer yoxdur. Ya masonlar, ya biz ...”
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ