ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Dr. Harun Yılmaz
Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Bundan əvvəlki hissələrdə biz 1918-ci ildə Azərbaycanla Gürcüstan arasında ərazi mübahisəsi mövzusu olmuş Zaqatala və Borçalıdan bəhs etdik.
Bu məqalədə isə biz həmin ərazi mübahisəsinin arxasında duran iqtisadi və strateji motivləri müzakirə edəcəyik.
Zaqatala və Borçalı məsələlərində Gürcüstan tərəfi köhnə inzibati bölgüyə istinad edirdi.

Borçalı qəzası (uyezd) Tbilisi quberniyasının tərkibində olub. Rusiya İmperiyasının inzibati bölgü sisteminə uyğun olaraq, Zaqatala dairəsi (okruq) öz növbəsində eyni adlı quberniyanın tərkibində olub.
Əlavə olaraq, Tbilisinin tarixi arqumenti də var idi. Regiona Rusiya nəzarətindən əvvəl həmin ərazilər Gürcüstan çarları tərəfindən idarə olunub.
Bu hüquqi və tarixi arqumentlərlə yanaşı gürcülərin həmin ərazilərə iddialarının iqtisadi səbəbləri də var idi.
Gürcüstan respublikası o dövrdə Menşevik partiyası tərəfindən idarə olunub. Zaqafqaziyanın digər bölgələrindən fərqli olaraq Gürcüstanda menşeviklər kənd bölgələrinə daha sıx bağlı idilər və kəndlilər tərəfindən dəstəklənirdilər.
Kəndlilər menşevikləri əkin üçün yararlı torpaq paylanacağı vədinə görə dəstəkləyirdilər.
Daxili siyasətdə bu məsələ digər mövzulardan öndə idi.
Siyasi dəstəyin təmin olunması üçün Tbilisi höküməti torpaq sahibi olmaq arzusu ilə yaşayan kəndliləri razı salmalı idi.
Nəzərə alınmalıdır ki, yeni respublikada böyük sahələrin dağlıq ərazilərin payına düşdüyündən orada səmərəli əkinçilik təsərrüfatı üçün şərait yox idi.
Qara Dəniz sahilində, Kutaisi ətrafında (Qərbi Gürcüstan) aran torpaq sahələri mövcud idi, lakin onlar bataqlıqlarla dolu idi.
Bir neçə ildən sonra, Sovet dövründə Kutaisi bataqlıqları quruduldu və böyük ərazilər kənd təsərrüfatına verildi.
Lakin 1918-ci ildə Gürcüstanda vəziyyət fərqli idi. O zaman Kutaisinin elə bir bölgəsi yox idi ki, orada kəndli ferma təsərrüfatı orta hesabla 1,6 hektardan böyük olsun.
Belə bir torpaq qıtlığı vəziyyətini yüngülləşdirmək üçün 1918-ci ilin ikinci yarısından başlayaraq Gürcüstan höküməti 8,000 ailəni Kutaisidən Gürcüstanın digər bölgələrinə köçürdü.
Borçalı və Zaqatala bölgələrində isə torpaq bərəkətli idi və kəndli dəstəyini təmin etmək nöqteyi nəzərindən Tbilisidəki Menşevik höküməti üçün qiymətli idi.
Digət tərəfdən isə Gürcüstan Azərbaycan kimi neft yataqlarına malik deyildi. Odur ki, Gürcüstan iqtisadiyyatının durumu kənd təsərrüffatı məhsullarından asılı idi. Borçalı və Zaqatala düzənlikləri iqtisadiyyata daha bol kənd təsərrüffatı məhsulu vəd edirdi.

ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası
Bakı, 1 dekabr 1918: Qırmızı, ya Ağ? Rusiya vətəndaş müharibəsinin qalibi gec-tez Bakını ələ almağa çalışacaqdı.


Azərbaycan isə həmin ərazilərə iddia irəli sürərkən demoqrafik amilləri önə çəkib. Bakı həmin hər iki bölgədə əhalinin əksəriyyətinin müsəlman olduğunu vurğulayaraq iddiasını irəli sürürdü.
Etnik və dini mənsubluq əraziyə iddia irəli sürmək üçünü qanuni səbəb idi. Rusiya çarlarının keçmiş imperiyası artıq yox idi.
Başlanmış yeni tarixi dövrdə isə yerli müsəlman əhalisi Azərbaycana aid olunaraq müqəddaratını tapmaq istəyirdi.
1918-ci ildə M.Ə.Rəsulzadənin düşündüyü kimi Borçalı Azərbaycana verilsəydi, bu, yeni respublikada müsəlman əhalisinin faiz çəkisini də artıracaqdı.
Qeyd olunmuş demoqrafik arqumentlərlə yanaşı, Borçalı və Zaqatalanı istəmək üçün Azərbaycanın digər əsasları da var idi.
Azərbaycanın iqtisadiyyatında neft ixracı başlıca yer tuturdu. Lakin bu bərəkətli torpaqlar Azərbaycanın kənd təsərrüffatı üçün də vacib əhəmiyyət kəsb edirdi.
Azərbaycanın məkəzi və və cənub rayonlarının yerləşdiyi Muğan düzü su ehtiyatı darlığı üzündən taxıldan başqa digər bitki məhsulunun becərilməsi üçün yaramırdı.
Kürün suyunun bu torpaqlara gətirilməsi və ərazini bərəkətli torpaq bölgəsinə çevrilməsi yalnız böyük investisiyalar, bəndlərin tikilməsi, yeni irriqasiya kanallarının çəkilməsi hesabına mümkün idi.
Bu plan onilliklər sonra, Sovet hakimiyyəti dövründə həyata keçirildi. Lakin 1918-ci ildə vəziyyət fərqli idi.
Yalnız şimalda, Qafqaz sıra dağlarına yaxın yerləşən Borçalı və Zaqatala düzənliklərindəki torpaq il ərzində baş verən yağıntılar sayəsində kifayət qədər su ehtiyatı ilə təmin olunurdu.
İqtisadi üstünlüklərlə yanaşı Azərbaycan hökümətinin ərazi iddialarının daha bir səbəbi Türkiyə sərhədinədək uzana biləcək müsəlman dəhlizi ideyası üçün Borçalının əhəmiyyətilə bağlı idi.
İlk əvvəl, bu plan həqiqətən gerçəkləşə bilən birisinə bənzəyirdi.
1918-ci ilin martında Rusiyada Bolşevik höküməti ilə Mərkəzi Dövlətlər ittifaqının (Dördlər İttifaqı: Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları və Bolqarıstan çarlığı) üzv ölkələri arasında Brest-Litovsk sülh sazişi imzalandı.
Bu sazişə uyğun olaraq, Osmanlı imperiyası şərq istiqamətində hüdudlarını genişləndirərək Batum, Ərdəhan və Qars şəhərlərini nəzarəti altına aldı. Bir müddətdən sonra isə ordu müsəlmanların yaşadığı daha bir bölgəyə - Axaltsixe (Axalsıx) qəzasına - daxil oldu.
Borçalı qəzasının müsəlman əraziləri şərqdən qərbə, Azərbaycanın Qazax bölgəsindən Türkəyədə Qarsadək müsəlman dəhlizinin əsasının qoyulmasına gətirib çıxara bilərdi.
1918-ci ilin payızında M.Ə.Rəsulzadə Azərbaycan nümayəndə heyətinin başçısı qismində İstanbulda idi.
1918-ci ilin sentyabrında Rəsulzadə Xarici İşlər naziri M.H.Hacınskiyə yazdığı məktubunda Borçalının Türkiyəyə qədər dəhliz kimi əhəmiyyətini qeyd etmişdi.
Nəzərdə tutulan koridorun qərb hissəsinə nəzarət edən Ənvər Paşa da bu ideyanı dəstəkləyirdi.
Lakin bundan sonrakı bir ayın ərsində vəziyyət dramatik tərzdə dəyişdi.

ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Antanta müttəfiqləri Dünya Müharibəsində qalib gəldi.
Osmanlı qüvvələri Qafqazı tərk etməli oldu.
Osmanlı ordusu və administrasiyası Qarsdan 1919-cı ilin yanvarında evakuasiya olunaraq müharibədən əvvəlki mövqeyinə qayıtdı.
Nəticədə, yaradılması nəzərdə tutulan dəhlizin qərb hissəsi qapandı.
Azərbaycan höküməti isə Türkiyə tərəfinin geri çəkilməsindən sonra əmələ gəlmiş boşluğu doldurmaq üçün Borçalıya və ondan qərbdə, Qars istiqamətində yerləşən Axaltsixe və digər torpaqlara iddiasını irəli sürməkdə davam etdirirdi.
Təxminən iki ildən sonra dəhlizin qərb hissəsinə Türkiyə yenidən qayıtdı.
Mustafa Kemal Paşanın rəhbərliyi altındaki Türkiyə milli parlamentinin ordusu 1920-ci ilin oktyabrında Qars şəhərini geri aldı.
Lakin Azərbaycan o zaman artıq Sovet respublikasına çevrilmişdi.(.bbc.com)

ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası
10 iyun 2018 /

ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Похожие новости

1918 - Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili

1918-ci il Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili olub. Həm gürcülər, həm də ermənilər Lori rayonunun Borçalı uyezdinə iddia edirdilər. Bu ərazi mübahisəsi 1918-ci ilin dekabrında

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

Dr. Harun Yılmaz Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl dağılmış Zaqafqaziya Seyminin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

Dr. Harun Yılmaz Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl

1918-ci ilə baxış: Mayın 28-nə aparan o yaz günlərində həyat necə idi?

Bu il Azərbaycan Demoktratik Respublikasının elan edilməsinin 100 illik yubileyidir. BBC Azərbaycanca bu ərəfədə Azərbaycan xalqının epik və mühüm günlərini həftəlik esselərlə təqdim edəcək. 1918-ci
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Prezident fərmanı: bəzi məmurlar xidməti limuzinləri ilə vidalaşmalı olacaqXƏSTƏ ƏSGƏRLƏRDƏN İBARƏT ERMƏNİ ORDUSUHAVALAR NECƏ OLACAQ?Qədim türk Oğuz yurdu...Həsənqaya əməliyyatıTəhsilimizin sönməyən işığıCəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcəkMəcburi köçkün məktəbinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib- FOTOLARBir əsgərin hekayəti...AVMVİB 20 YANVARLA BAĞLI TƏDBİRLƏRƏ START VERDİAVMVİB ÖZ ÜZVLƏRİNDƏN BİR QRUPUNU TƏLTİF ETDİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!"Şəhid olsam məni "Ayrılıq" mahnısıyla dəfn edin"“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”ERMƏNİSTAN PARLAMENTİNDƏ "AZƏRBAYCAN TEZİSLƏRİ"...Rusiya şəhərlərinin yerli hakimiyyətləri erməni diasporunun çəngindəRUSİYA-İRAN-AZƏRBAYCAN SAMMİTİ KEÇİRİLƏCƏKMehriban Əliyeva Nikola Sarkozini qəbul edibƏzizov icra başçılarına ciddi tapşırıqlar verdiQƏHRƏMAN TOFİQ OĞUZUN DOĞUM GÜNÜDÜRPREZIDENT "SOCAR KARBAMID" ZAVODUNDA OLUBRƏSULZADƏNİN BARALYEFİ OĞURLANIBQOTUR EŞŞƏKLƏRƏ YAYLAQ OLAN, MƏMLƏKƏTİM!Allahverdi Bağırovla beş günüm neçə KEÇDİSOCAR dənizindən 1700-dən çox neftçini təxliyə edəcəkPAŞİNYAN İLK SƏFƏRİNİ GÜRCÜSTANA ETDİTəhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olubİlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…PEŞƏKAR JURNALİST AZ.TV-YƏ RƏHBƏRLİK EDƏCƏKQARABAĞ GENERAL QUBERNATORLUĞUNUN YARADILMASINDAN 100 İL ÖTÜRİstanbulun FəthiErmənistandakı 102-ci baza da general Rüstəm Muradova tabe olacaq ...AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN KƏŞFİYYATÇISIENERJİK İŞÇKİLƏRİN QİYMƏTİ DÜŞDÜ, HACILIĞIN QİYMƏTİ İSƏ QALXDITRAMP YENƏ SƏRSƏMLƏDİ: “Türkiyəni iqtisadi cəhətdən məhv edərik”PUTİN PAŞİNYANI TƏBRİK ETDİMüxtəlif illərin qanlı yanvar ayında başımıza gələn terror hadisələri -AraşdırmaMüdafiə Sənayesi nazirliyi ləğv edildiAzərbaycanda yeni agentlik yaradıldıƏliyev şəhid vərəsələrindən danışdı – “Hamısına 11 min manat veriləcək”DÖYÜŞÇÜLƏR ETİRAZ EDİRLƏR ...MÜHARİBƏ ƏLİLİNİ GÖYGÖL NOTARİUSU ALDADIB ...AVMVİB-DƏ MARAQLI GÖRÜŞ..."MƏXMƏRİ" FAHİŞƏLİYİN VƏTƏNİ - ERMƏNİSTANAVMVİB Ağdaş rayon şöbəsindəBiz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşükDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPAŞİNYANIN SAXTA "DEMOKRATİYA" OYUNU, HƏTTA ERMƏNİLƏRİN DƏ GÜLÜŞ HƏDƏFİNƏ ÇEVRİLİRƏSGƏR YEMƏYİ OĞRUSU SAXTA GENERAL MANVEL QRİQORYAN QARABAĞA QAÇDIYERLİ ƏHALİ ŞƏHƏRİN BAŞÇISINI DÖYƏRƏK YANDIRDILARHarvardda dərs demiş azərbaycanlı alim: Tələbənin ixtiyarı nədir ki, apelyasiya müraciət etsinÖzünü azərbaycanlı kimi təqdim edən erməni ailəsi ifşa olundu"MƏXMƏRİ" FAHİŞƏLİYİN VƏTƏNİ ERMƏNİSTANBİLİRDİM Kİ, QARABAĞI QORUYA BİLMƏYƏCƏYİK...Corc Vaşinqton Universitetinin azərbaycanlı doktorantı: “Biz uşaqlarımızın 700 bal toplamalarından daha çox bacarıqlı insan olmalarına çalışmalıyıq”Qorbaçov Laçında `Kürdüstan` yaratmaq istəyib? - ARAŞDIRMADÖYÜŞÇÜNÜN UNUTMAĞA VƏ UNUDULMAĞA HAQQI YOXDUR!Gürcüstan Prezidenti maaşından imtina edibRus tankı dünyanın ən güclü tankı seçilib2019-cu il “Nəsimi İli” elan edildiPrezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilibMəktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcəkOLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!Pensiyaçı veteranlara sosial güzəştlər əvəzinə təyin olunan müavinət niyə kəsilir?TƏBRİK: ALTAY BABAŞOV - 62DÜŞMƏN ALLAHVERDİ BAĞIROVUN MƏZARIYLA "SİYASİ AL-VER" EDİR...RUSİYANIN ERMƏNİ HƏRBÇİSİ SURİYADA ÖLDÜRÜLÜBAVROPADA ERMƏNİ OĞURLUĞUNUN ÜSTÜ AÇILIBPrezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olubDilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..."Ağdam rayon İcra Hakimiyyətinin başçısı "İLİN İCRA BAŞÇISI” seçilibTƏBRİK: RAMİZ ƏLİYEV - 55ƏSGƏR HAQQINA GİRİLMƏZ!VƏTƏN qəhrəmanları ilə tanınarBİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!Alevi və kürdləri aldatmış Seyid Riza də ermənidirDONUZ QRİPİ (H1N1) YURDUNA DÖNÜB -ERMƏNİSTANDA YOLUXANLAR VAR...Rəsmi statistika: Girov və əsirlərimiz...Yerişlərlə insanların daxili dünyasını müəyyən etmək olarQazaxıstanda qətl törədən erməni Rusiyada ələ keçdiErmənilik milli yox, dini mənsubiyyətdirQARABƏKİR PAŞANIN "YETİMLƏR ORDUSU"QARABAĞI ƏLDƏN VERƏCƏYİMİZİ BİLİRDİMİRAN ALİMİ: "FARSLAR MƏDƏNİYYƏTDƏN UZAQ OLUBLAR"AVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF ETDİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!KOMANDİRDƏN HORADİZ ƏMƏLİYYATIYLA BAĞLI MÖHTƏŞƏM PAYLAŞIMAzərbaycanlı rejissorun filmi Almaniyada uğur qazanıbMəmməd İsmayılın tərcümə kitabı Parisdə nəşr edildiTürkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı – Quruculardan biri azərbaycanlı olduPensiyalar hesablandı və artım 3 manat 25 qəpikdən başladıLaçından Əbülfəz Elçibəyə yazılan məktubNərmin Şahmarzadənin erməni xüsusi ximət orqanlarının əməkdaşı ilə qohumluq əlaqəsi üzə çıxdı...TRAMPDAN SƏRSƏM MÜQAYİSƏQAZAXLAR ERMƏNİLƏRİ ÖLKƏDƏN QOVURLARErmənilər törətdikləri cinayəti azərbaycanlıların üstünə yıxmağa cəhd edib - VİDEOAVMVİB XOCAVƏND ŞÖBƏSİ "N" SAYLI HƏRBİ HİSSƏDƏ GÖRÜŞ KEÇİRDİROMA PAPASI MÜQƏDDƏS KİTABI DƏYİŞMƏK İSTƏYİRDAHA BİR TERROÇU ERMƏNİ HƏBSXANADA GƏBƏRDİ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ