BİC-BİCLƏRİN MƏMLƏKƏTİ

BİC-BİCLƏRİN MƏMLƏKƏTİ

Xaqani Ədəboğlu


Dünən xaricdə yaşayan bir həmyerlimiz məni o ki, var danladı. Başladı ki, biz burada insan kimi yaşamağı bacarmırıq. Dedi ki, hər cür sərvətiniz var, amma acından ölürsünüz. İşləmək üçün geridə qalmış Rusiya bazarlarında piştaxta növbəsinə durursunuz. Rüşvət vermək üçün yarışırsınız. Elə düşünürsünüz ki, icra başçısı istəyəndə sizi İbrahim peyğəmbər kimi boğazlayıb kəsə bilər. Nələr və nələr söylədikcə məni qan-tər basdı. Dözməyib kinayə ilə dedim ki, guya sizdəkilər mələk, şəhəriniz isə cənnətdir?
Müsahibim daha da aktivləşərək yaşadığı şəhərin özəlliklərini sadalamağa başladı. Cəmiyyətin və dövlətin ali məqsədinin İNSANA xidmət üçün yönəldildiyini gözümə soxa-soxa soruşurdu: "Sizdə bu var? Bu var? Bu var?"...
Boğazım qurumuşdu. Özümü daha çox imtahan sualına cavab tapmaqda aciz qalan bisavad tələbəyə bənzətdim. Özümü cəmləyib dostumdan soruşdum: "Sizdə Hacıbala müəllim var?"
Dostumu gülmək tutduğunu görüb hücuma keçdim: "İkicə nəfər məmur göndərsək, sənin o tərifli Almaniyanı bircə ilə başınıza çökdürərlər. Biz, bilirsənmi, neçə belələrini yola veririk?"
Amma doğrusu çox düşündüm. Doğrudanmı, biz hər kəsin gözünə cin-şəyatin kimi görsənirik? Biz niyə bu gündəyik?
Televiziyalarımıza baxıram, ağıl adına bir şey tapa bilməzsən. Qeyrət adına Samiri, namus adına Aygünü ekran yarlığına döndərmişik. Bizim yolumuz əvəzinə, at izi it izinə qarışan bir yolsuzluğumuz var. Səhiyyəmiz pulsuzdur, amma həkimlərimiz pasientdən pulu bəri başdan almağı qərara alıblar. Çünki müalicə bitən kimi pasient tabuta girib özünü eşitməzliyə vurur. Bizimkilər ölməyə də vaxtı düz seçə bilmirlər. Təhsilimiz bərbad haldadır. Müəllim şagirdin başını deyil, cibini imtahan edir. Mətbuatımız bir köşədə yazdığım kimi "öz cəlladını sevən məşuqə" kimi şenlənir. İqtisadiyyatımız ölmüş atasına kreditlə bahalı mərmər daşı qoydurmuş bir zavallının durumundadır. Artıq nə o ölüdən, nə də o qara daşdan bir fayda yoxdur.
Bu gün bu xalq öz boğazından kəsib bahalı maşınlarda gəzdirdikləri məmurlarından elə də çox şey istəmir. Sadəcə nəzakətlə deyir ki, adam olun və bizi adam kimi dinləyin. Dinləyin və lap bağlı olduğunuz "urus soldatı" kimi yalandan "est" deyib pis işlərinizi davam etdirin. Amma başımıza məmur etdiklərimiz aşkarcasına deyirlər ki, xalqın şikayətinə baxsaq presendent yaranar və onlar pis öyrənib zəhləmizi tökərlər. Barı bir lətifədə deyildiyi kimi, heç olmasa "təpik vuranların sayını artırın"...
Bəli, dostum! Düşünmə ki, sən bizdən ağıllısan. Dünyada bicliyin iki növü var. Bir var bic-bic, bir də var gic-bic.Gic biclər hər yerdə var. Amma biz bic-biclərlə göz-gözə yatırıq. Sən o uzaq Almaniyadan mənə öyrətdiyin dərsi burada kimsə oxumaz. Çünki biz öz günahımızı həmişə onda-bunda, lap adam tapmayanda isə ermənidə axtararıq. Amma biz həmişə günahsızıq. Çirkab, rüşvət olan yerdə Allah olmaz. Amma biz oruc tutub niyaz edər və namaz qılarıq. Bir soruşan yoxdur ki, ay mömün, ay şeytana qaya atan hacı, yediyin haram, gördüyün günah, eşitdiyin yalan, namazın heç, sənin o dəstəmazın nəyə yarar ki? Bu vəziyyət, daha çox bir bölgədə Allahın evində zina edən bir axunda xitabən, "tfu" deyən o biri sıravi mollaya: "Qoy bu əlimdəki savab işi qurtarım, sənə Allahın evinə tüpürməyi göstərəcəyəm"- dediyi bu sözlərə bənzəyir. Biz hələki edənin əlini deyil, deyənin dilini kəsib, görənin gözünü tökürük, çünki günümüzün sahibi bizlər deyilik. Biz neçə ki, güzgüyə baxıb qonşunun arvadına söyürük, biz neçə ki, pislik torbası olan qarın daşımaq missiyası ilə yaşayırıq, biz neçə ki, "can gəldi gedərdi, var-dövlətə sarılmışıq", biz neçə ki, ümummilli işimiz naminə beş dəqiqəlik zina üçün keçdiyimiz milyonlardan 5 qəpiyimizə qıymırıq halımızdan məmnun olmalıyıq. Sizlərə tövsiyyəm odur ki, o avropalılar yazıqdır. Qayıdıb gəlin, öz ölkəmizə, elə bir yerdə ölək! Çünki biz öz hərəkətlərimizlə yaşamaq uğrunda deyil, ölmək uğrunda çalışmaqdayıq!
Bir kişinin ki, yurdu əsarətdə, milləti köçkün və qaçqın, ziyalısı düşkün, məmuru miskin ola kim səni sevər ki?
Amma öz aramızdı, bizim nə günahımız var?
Bic-biclərin məmləkətində gic-biclərin yaşaması belə olur!
11 iyun 2018 /

BİC-BİCLƏRİN MƏMLƏKƏTİ

Похожие новости

KOMMUNİSTLƏRİMİZİN "KOOPİTALİZM" QURUCULUĞU

Xaqani Ədəboğlu Bu dəfəki "quşu" - kəndlilərdən vergi almaqla əski (cındır yox ha, yəni köhnə) kommunistlərimizdən olan Ziyad Səmədzadə uçurtdu. Bunları qınamaq da olmur. Çunki Sovet hökuməti bu

YALTAQLIĞI TƏRGİDƏSİ DEYİLİK, HEÇ OLMASA BU MİLLİ SƏNƏTİMİZİN ADINI DƏYİŞƏK...

X. Ədəboğlu Ağır dövranlar güçlü adamlar yetişdirir. Güclü adamlar isə xalq üçün yaxşı dövran yaradır. Yaxşı dövranlardan isə zəif adamlar doğulur. Zəif adamlar isə xalqı ağır dövranlarda yaşamağa

OĞRU MƏMUR-MİLYONERLƏRİMİZƏ BƏSİT HESAB DƏRSİ...

Xaqani Ədəboğlu Ey cənab sevimli Oğrularımız! Hər birinizin yaşı 55-60-ı keçdiyini gizləmək mümkün deyil. Çünki yaş da dollar hesabı deyil ki, gizləmək ükün olsun. Hər birinizin də 100 milyondan

ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM!- 3

Xaqani Ədəboğlu Bir zamanlar avropalılar dövlətlərininin inkişafı üçün dini dövlətdən ayırmağa məcbur odular. Bu gün Azərbaycan dövlətini xilas etmək üçün biznesi dövlətdən ayırmaq lazımdır. Çünki

MƏMURLUĞUN ELDARMAHMUDOVLUĞU, yaxud bir tüpürümlük qisas...

Xaqani Ədəboğlu Bir çox saytlar sensasiyalı xəbər kimi bir zərərçəkmişin sabiq MTN -nin şefinin üzünə tüpürməsindən yazdı. Vaxtıyla ondan qaçıb qurtulmaq istəyənlər indi onunla üzbəüz gəlməyə can
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ