12 İyu 09:58GÜNDƏM / DÜNYA

ABŞ və Şimali Koreya liderlərinin görüşü başa çatıb

ABŞ və Şimali Koreya liderlərinin  görüşü başa çatıb

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In arasında Sinqapurda keçirilən geniş tərkibdə görüş başa çatıb.

FEDAİ.Az AZƏRTAC -a istinadla xəbər verir ki, görüşdə ABŞ tərəfdən dövlət katibi Mayk Pompeo, prezident administrasiyasının rəhbəri Con Kelli və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton, KXDR tərəfdən isə Fəhlə Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yonq-çol, partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Ri Su-yonq və xarici işlər naziri Ri Yon-ho iştirak ediblər.

Donald Tramp deyib ki, görüş heç kimin gözləmədiyindən də yaxşı keçib.

Görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr barədə hələlik məlumat verilmir.

Prezident Donald Trampın bu gün ABŞ-a yola düşməzdən əvvəl mətbuat konfransı keçirəcəyi bildirilir.[/b]
ABŞ və Şimali Koreya liderlərinin  görüşü başa çatıb

ABŞ və Şimali Koreya liderlərinin  görüşü başa çatıb
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ