Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

1936-cı ildə alman genetikləri Kəlbəcər və Laçına nə məqsədlə gəlib?..

Hazırda “Ermənistan” adlandırılan Qərbi Azərbaycan və Qarabağ torpaqlarının işğalının uzanması bir xalq olaraq bizim milli genofondumuza hansı zərbələri vurur? Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, qaçqın və köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıtmayıb, bu sual sıravi vətəndaşdan, nazirə, prezidentədək hər kəsi düşündürməlidir. Təəssüf ki, alim və mütəxəssislərimiz son 3 onillikdə deyilən istiqamətdə heç bir ciddi araşdırma aparmayıblar. Yazar olaraq bizim gücümüz isə yalnız belə mövzuları gündəmə gətirməyə çatır.

Aktuallığını nəzərə alıb 2015-ci ildə “Həftə içi” qəzetində bu mövzuda dərc etdiyim kiçik araşdırmanı Moderator.az oxucularının da diqqətinə çatdırmaq istəyirəm. Deyirəm, bəlkə bu dəfə səsimizə bir hay verən oldu...

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Ermənistan və Qarabağ qaçqınları on illərdir ki, “sürünən” soyqırımına məruz qalırlar...

Bəzən biz insansoyqırımını çox dar mənada anlayırıq. Yəni elə düşünürük ki, bu dəhşətli akt yalnız bir xalqın nümayəndələrinin kütləvi qətli və şikəst edilməsi ilə bitir. Əslində isə belə qırğının nəticələri nəsillər boyu davam edir. Məsələn, Xocalı soyqırımından fiziki cəhətdən salamat çıxıb Vətənimizin digər bölgələrinə pənah aparanlar soyqırımdan canlarını qurtarıblarmı?İlk növbədə onu nəzərə almaq lazımdır ki, digər qonşu bölgələrimiz kimi Xocalı həm də işğal olunub. Yəni o Qarabağ yurdlarımızın sakinləri artıq 25-27 ildir ki, öz ocaqlarında yaşamırlar... “Ermənistan” adlandırılmış Qərbi Azərbaycandan sonuncu qaçqın düşənlər isə artıq 30 ildir ki, doğma yurdlarından uzaq düşüblər... Hələ XX əsrin əvvəlləri və ortalarında didərgin düşənləri demirik...


Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

On illərlə bambaşqa şəraitdə yaşayan qaçqınlardan yeni insan tipləri formalaşır...

Nəsilləri min illərlə eyni coğrafi məkanda yaşamış insan birdən-birə daimi yaşayış yerini dəyişir və öz vətənində olsa belə, başqa bir təbii iqlim və relyef şəraitinə, ekoloji, sosial-iqtisadi mühitə uyğunlaşmalı olur. Ondan törəyən uşaqlar isə artıq körpəlikdən eyni şəraitə adaptasiya olunurlar. Bəzən qaçqın insan yaşayış yerini bir neçə dəfə dəyişməli olduğundan bu proses daha da mürəkkəbləşir.Və bunu bir növ “sürünən soyqırım” adlandırmaq mümkündür. Tarixi yurd yerlərini dəyişmiş, xüsusən dağdan arana köçmüş insanlar hətta rahat şəraitdə yaşasalar belə, qəbul etdikləri hava, su, qida hesabına irsi proqram dəyişkənliyinə məruz qalırlar. Tədricən bambaşqa şəraitə uyğunlaşmış, digər bölgələrin əhalisi ilə qaynayıb qarışmış yeni insantipləri formalaşır. Mövzunu daha aydın anlamaq üçün digər bir çox canlılar kimi, insanın da soykökü barədə məlumatların daşıyıcısı olan gen haqqında qısa məlumat verək.

Gen(Dezoksiribonuklein turşusu (DNT)) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsiinformasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-yə sahibdir. DNT, genetik kod vasitəsilə nukletoidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiya daşıyıcısıdır. Reduplikasiya adlanan proses nəticəsində DNT özünün genetik olaraq tamamilə eynisi olan iki nüsxəsini yaradır, beləcə molekulda saxlanılan irsi informasiya yeni nəsillərə ötürülür.Canlıların iki əsas xassəsini — irsiyyət və dəyişkənliyi öyrənən elm sahəsi isə genetika adlanır.

Anlaşıqlı dillə desək, xalqın genofondu min illərlə müxtəlif tayfa və nəsillərin sağlam soyköklərinin-genlərinin vahid toplusudur. Teoloji baxımdan yanaşdıqda bəşəriyyəti bir gendən – Adəm əleyhissəlamdan törədən Allah insanları sınamaq üçün onları müxtəlif millətlərə ayırmışdır. İnsanın Yaradan qarşısında əsas borclarından biri də öz təbiiliyini, özəlliyini qoruyub saxlamaqdır.Bu günədək yalnız bəzi millətlər öz genetik təmizliyni xeyli şəkildə qoruya bilmişdir. Bəzən bu özünü qoruma cəhdləri faşizm,sionizm, ermənizm kimi irqçi cərəyanların yaranmasına, bir millətin özünü digərlərindən üstün sanaraq onları zülmə məruz qoymasına səbəb olmuşdur.

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Erməni işğal və soyqırımlarının genofondumuza zərbələri ciddi təhlil olunmayıb...

Təəssüf ki, Azərbaycanda insan genetikası və milli genofond ətrafında ciddi və geniş tədqiqatlar aparılmamışdır. Ən azı, “Ermənistan”dan soydaşlarımızın deportasiyası və son Qarabağ savaşı dönəmindəki fiziki soyqırım və məcburi köçkünlüyün soykökümüzə vurduğu zərbələri elmi baxımdan ciddi tədqiq etmək mümkün idi. Nə yazıqlar ki, araşdırmalarımız zamanı bu mövzuda genetika mütəxəssislərimiz tərəfindən nəinki bir elmi əsər, hətta sanballı bir məqalə də yazılmadığını müəyyən etdik. Istər internet saytlarında, istərsə də Milli Kitabxanadakı axtarışlarımız bir fayda vermədi. Kitabxanada milli genofondumuzdan bəhs edən əsər kimi yalnız keçmiş SSRİ DTK-nın polkovniki, araşdırmaçı politoloq Rövşən Novruzoğlunun “XXI əsr... Dünyanın sonu... Azərbaycandan baxış...“ 5 cildlik əsərini tapa bildik. Müəllifin özü ilə görüşdükdə məlum oldu ki,onun “Qarabağ: “Eçmiədzin”in məxfi qrifi altında” ktabında ayrıca işğal altındakı bölgələrimizin genetik mənzərəsi təsvir edilir və erməni işğalı nəticəsində Azərbaycan xalqının genofonduna vurulmuş zərbələr müxtəlif aspektlərdən təhlil olunur. Əsəri diqqətlə oxuduqda aydın olur ki, Qarabağın işğalı və onun tezliklə azad edilməməsi yalnız ermənilərin, onları birbaşa himayə edən keçmiş SSRİ və indiki Rusiyanın deyil, “sivil”, “demokratik” adlandırdığımız ABŞ, Fransa, Almaniya və s. kimi ölkələrin də maraqlarına uyğundur.
Dünya gücləri Qarabağın genlərindən niyə qorxur?..

R.Novruzoğlunun araşdırmalarından o da bəlli olur ki, dünya Azərbaycan xalqının və xüsusən Qarabağ sakinlərinin genindən qorxurmuş... Qərb alimləri bizdən xəbərsiz genefondumuzu təhlil etməklə dünyadakı siyasi-iqtisadi prosesləri idarə etməyə çalışan gücləri belə, həyəcanlandıracaq nəticəyə gəlmişlər. R.Novruzoğlu keçmiş SSRİ-nin müxtəlif məxfi arxivlərindən əldə etdiyi məlumatlar barədə danışdıqca torpaqlarımızın işğalının genimizlə bağlı bu günədək çoxumuzun bulmədiyi məqamlar açıqlanır: “1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlir.Bu qrupun rəsmi sənədlərdə keçən işi Azərbaycanda şifahi xalq ədəbiyyatını araşdırmaq, tədqiq edib öyrənmək idi. Əslində isə şifahi xalq ədəbiyyatında təsvir olunan milli qürur, qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik, xeyirxahlıq, torpaq və vətən sevgisi kimi komponenetlər alman genetiklərini çox maraqlandırırdı.Onlar Azərbaycanda olan general Şıxlinskinin, Mehmandarovun, Əliyevin, Şadlinskinin genini daşıyan qan qrupları və nəsilləri ilə maraqlanırdılar. Özü də bunlar kitablarda deyil, birbaşa xalqın arasındakı qanlarda axtarılırdı. Həmin il azərbaycanlı həkimNamazəliyevin başçılığı ilə alman ekspedisiyası Laçın-Kəlbəcər istiqamətində dağətəyi rayonların tədqiqinə başladı. İlk nəticələr uğurlu olduğundan tədqiqatçılar Azərbaycanın müxtəlif cəhətləri üzrə qruplara bölündü. I qrupa Laçın-Kəlbəcər, II qrupa Ağdam, Şuşa,III qrupa Lerik-Lənkəran, IV qrupa isə Şəki-Zaqatala-Gəncə daxil edilir. Hər qrupda 6 nəfər yerli həkim və bələdçi, iki nəfər də alman həkimi olur. Bu ekspedisiyanın təşkil edildiyi vaxtda Hitler ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik hisləri və əhvali-ruhiyyəsi aşağı vəziyyətdə idi. Odur ki, bu ekspedisiyaların qarşısına mühüm bir vəzifə qoyulmuşdu: güclü immunitet yarada biləcək vaksinlərin və dərman preparatlarının axtarılıb tapılması. Çünki alman millətinə Koroğlunun, Qaçaq Nəbinin mübarizliyini, igidliyini, vətən sevgisini özündə cəmləyən Qafqaz xalqlarının, o cümlədən Azərbaycan miillətinin genini aşılamaq lazım idi.

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Bu genləri daşıyan millət dünyanı məğlub edə bilər”

Bu ekspedisiyanın təşkilatçılarından və bilavasitə iştirakçılarından olan əslən yunan, lakin sonralar Almaniya vətəndaşlığı almış Fransua Melli Alman Silahlı Qüvvələrinin Baş Qərargahına (SQBG) göndərdiyi birinci arayışında aşağıdakıları qeyd edir:

“Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir(onlara “türk” də deyirlər). Bu millətin ayrı-ayrı qruplarının hər birinin özünəməxsus geni var. Bu genləri daşıyan bir nəsil, yaxud bir millət dünyanı məğlub edə bilər. Genlərdə araşdırdığımız nəticələrə gəlincə, vücudlarında bu genləri, bu təmiz qan qrupunu saxlayan insanların boyu, dözüm qabiliyyəti, düşüncə və məntiq tərzləri, döyüşkən əhvali-ruhiyyəsi, məğlubedilməzliyi, vətən və millət sevgisi torpağa bağlılığı və s. digər Qafqaz xalqlarındakından fərqlidir. Onları öyrənmək, öyrənmək, yenə öyrənmək lazımdır.Bir ekspedisiya azdır...

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Azərbaycanda aparılmış tədqiqatların nəticəsi olaraq Almaniya SQ Baş qərargahı maraqlı bir diaqram cızır və maraqlıdır ki, orada ilk olaraq məhz işğal altındakı bölgələrimizin adı çəkilir:

“Kəlbəcər-Laçın qrupu üzrə elmi-tibbi araşdırmalarımızın nəticələri bunlardır:”Buradakı insan genlərini iki qrupa böldük. A qrupuna mənsub olanlar daha qədim genlərdir. Onlar dağ bəbirlərinə bənzəyirlər. İti baxışları var. Hər cür xəstəliyə davamlı və dözümlü olurlar. Döyüşkənlik və mərdlik, doğru-dürüstlük, torpağa bağlılıq bu qrupun genlərində daha möhkəmdir. Belə genləri gəzdirən nəsillərin bir neçəsi arasında möhkəm qohumluq əlaqəsi var. Onarı nəyəsə cəlb edib aldatmaq, məqsəd və məramlarından döndərmək çətindir. Bu qrupa mənsub olan genlər Laçının cənub və şərq hissəsində, Kəlbəcərin isə şimal hissəsində daha çoxdur... B qrupuna məxsus olan genlərAqrupuna nisbətən daha cavan vəimmunitet baxımından zəifdir. B qruplu genlərin qarışıq tərkibi A qrupuna nisbətən iki dəfə artıqdır.
Ağdam-Şuşa qrupuna məxsus genlərin isə xəstəliklərə dözüm immuniteti kövrəkdir. Bu genlərin sahibi heç nədən qorxmur. Onlar az aldanır, tez inanır və tez də qəzəblənirlər. Cəsur və əyilməzdilər. Əgər bu millətin belə genləri ölərsə, gələcəkdə Qafqazda Azərbaycan millətinin bir etnik qrup kimi məhv olması labüddür”...

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Azərbaycanın ən böyük silahı nədir?

R.Novruzoğlunun sözlərinə görə, Laçın və Kəlbəcərdə genetik təhqiqat aparan “Millətlərin ölüm tarixi” kitabının müəllifi Yulian Fişer yazır:”Fikrimcə qanı təmiz millət yer üzündə gəldi-gedər olmur. Təmiz və sağlam qan, güclü və dözümlü gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır. Bu silahın sahibini nə məğlub etmək olar, nə də sındırmaq. Belə olarsa, həmin sağlam qana və genə mənsub millətlərin özlərini qalib saymaq haqları çatır. Məhz bütün bunları Azərbaycanda gördüm...”
Almaniyanın baş hərbi qurumunun arayışında daha sonra yazılır:“Elə bir vaxt və zaman gələcək ki, bu regionda bütün sindromlar bir-birinə qarışacaq. Süni şəraitdə yetişdirilən genlər özlərinin mübariz qəhrəmanlıq və döyüşkən əhvali-ruhiyyəsini əks etdirən biganə qalacaq və zaman keçdikcə onlar öz məkanlarını unudub yaddan çıxaracaqlar. Bu gedişi biz görürük...”

Göründüyü kimi, alman tədqiqatçılarının öncəgörənliyi özünü doğruldur. Qarabağın işğalından ötən hər il o yurdları xatırlayan, o ocaqlara can atan, neçə insanın, bəlkə də neçə nəslin, neçə genin sonu deməkdir. Artıq yeni yaşayış terlərindəki şəraitə uyğunlaşanlar arasında isə qeyri-iradi öz ata-baba məkanlarını unudanlar da xeylidir...

Növbəti yazıda:

-İşğal zamanı və sonra Laçında və digər bölgələrdə neçə nəslin kökü tamamilə kəsilib?

-Qərbin xüsusi qurumları çadır, qazma və yataqxanalarda yaşamış qaçqınlar üzərində hansı gizli ekpserimentlər aparıblar?

-Heydər Əliyev Prezident yanında Xüsusi İdarənin mərhum rəisi Şəmsi Rəhimova Azərbaycanın genetik xəritəsini hazırlayan idarə əməkdaşı Rövşən Vəlizadə(Novruzoğlu) barədə hansı tapşırığı verib?

Sultan Laçın
14 iyun 2018 /

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma

Похожие новости

Hitlerin Şuşa, Laçın, Kəlbəcərə göndərdiyi casuslar və Alman kəşfiyyatının 82 il əvvəl Qarabağın işğal olunacağı barədə SENSASİON proqnozu -ŞOK MƏXFİ MƏLUMATLAR

Fedai.az Hitlerin şəxsi tapşırığı ilə Azərbaycana gələn Alman hərbi kəşfiyyatının Dağlıq Qarabağ və digər ərazilərdə apardığı tədqiqatlar və onların nəticələri barədə məxfi məlumatları oxuculara

“The Washington Times”-da Kəlbəcərin işğalı ilə bağlı məqalə dərc edilib

Nüfüzlu “The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcərrayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın

Kəlbəcər 25 ildir haray çəkir

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür. Kəlbəcər ən qədim Türk məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru cavid.bagirzade@gdu.edu.az (mənbə məlumatları və tarixi-arxeoloji

OLAN, OLMAYAN AĞDƏRƏ

Redaksiyadan: Bu məqalə köhnə olsa da aktuallığını itirmədiyinə görə yenidən dərc etmək qərarına gəldik... Soruşsalar Azərbaycanın hansı rayonları işğal altındadır, əzbər sadalamağa başlayacaqsınız:
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mübariz Mənsimov kimdir ?“Bütün İran Azərbaycan Respublikasının tərkibində olmalıdır” – Tarixçi şərhi“Vətən uğrunda savaşan insanlara münasibət belə olmamalıdır...” - QARABAĞ DÖYÜŞÇÜSÜPolis orqanlarına işçi axtarılırNazim İbrahimovun erməni diaspora rəhbəri - Ağadadaş, yox bir ARADUDUŞ - VİDEODənizi çəpərləyib bitirdik, növbə meşələrindi...AVMVİB TƏLTİF EDİRPrezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiq etdiAVMVİB BALAKƏN RAYON ŞÖBƏSİNDƏ...“Armani” daşnak firmasıdırmı??? Modern.az-da əməkdar jurnalistdən SOS siqnalı...Adəm və Həvva Azərbaycanda yaranıb — İngilis araşdırmaçıdan ŞOK İDDİA (VİDEO)Bu təbii içki damarları təmizləyir və infarktdan qoruyurBakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib - VİDEOCəlil Məmmədquluzadənin doğum günüdür104 nəfər məktəb direktoru təyin olunduKÜRDLƏRİN ETNİK MƏNŞƏYİ HAQQINDADÜŞMƏNİN PİLOTSUZ UÇUŞ APARATI VURULUBŞEYTAN OĞLU SATANOVSKİNİN ANTİ AZƏRBAYCAN HƏDYANLIARI...AVMVİB YASAMAL VƏ SURAXANI RAYON ŞÖBƏLƏRİNDƏProxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaqMüharibə veteranının anası ölkə rəhbərinə müraciət etdi - VİDEOKamal Abdulla qaragüruha ritorik cavab verdi...Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıbAVMVİB TƏLTİF EDİRXərçəngdən dünyasını dəyişən polkovnik-leytenant dəfn edildiMehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçdiTəqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ