14 İyu 11:23GÜNDƏM / TARİX

17 İYUN (1993) AĞDƏRƏNİN işğal tarixidir

17 İYUN (1993) AĞDƏRƏNİN işğal tarixidir
Zəkurə Quliyeva

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən Ağdərə rayonu ləğv olunub. Niyə ?
Ağdərə rayonun ləğv edilməsi nə ağıla, nə də məntiqə sığır!
Ağdərə rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biridir. Və demək olar ki , Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər Ağdərinin14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.
Qarabağ savaşları başlananda bu kəndlərin sakinləri əsl döyüşkənlik ,mübarizlik ,qəhrəmanlıq nümayiş etdiriblər. Yüzlərcə şəhidi, əlili, onlarca itkini var ağdərəlilərin
Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında Ağdərə erməni silahli qüvvələrinin nəzarəti altına keçdi. Lakin 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilmişdi. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər getdi. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun qiyamı baş verdi. Demək olar ki, Gəncə qarşıdurması bir çox rayonlarımızın işğal olunmasında düşmənə kömək edən əsas səbəblərdən oldu.Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçmişdi. Onun rəhbərlik etdiyi ordu bölmələri ermənilərə qarşı yox, öz mövqelərini tərk edib Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 17 iyun 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi.
Ağdərə respublikamız üçün olduqca əhəmiyyətli rayon idi. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan bu rayonun faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gips Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. Əsas çaylarıTərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı. Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tuturdu.
17 İYUN (1993) AĞDƏRƏNİN işğal tarixidir
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.
İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.
Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın,Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur.
80-ci illərin sonlarında, rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziriArmen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir .
17 İYUN (1993) AĞDƏRƏNİN işğal tarixidir

Bütün faktlar Ağdərə rayonun ölkəmiz üçün önəmini açıqlayır . Amma hələdə anlaşılmayan bir məqamı diqqətə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən Ağdərə rayonu ləğv olunub . Niyə?
Bunun hər hansı bir siyasi əhəmiyyəti varmı görəsən?
Ağdərəli jurnalist, Qarabağ müharibəsi veteranı Xaqani Rzaquliyevin fikirləri bu suala tam aydın cavabdır: «Bu gün-sabah sülh sazişi bağlananda əhalinin geri qayıtmaq məsələsi ortalığa çıxsa, 14 min Dağlıq Qarabağ azərbaycanlısı kənarda qalacaq. Bir-iki ilə rayonun ləğvindən sonra doğulan ağdərəlilər şəxsiyyət vəsiqəsi alacaq və onlar ağdərəli hesab olunmayacaq, kəlbəcərli, ağdamlı, tərtərli hesab ediləcəklər. Deməli, Dağlıq Qarabağın azərbaycanlı icması azalacaq. Sabah kimə sübut edə biləcəyik ki, biz ağdərəliyik? Bu baxımdan rayonun bərpasını vacib hesab edirəm».
Keçmiş döyüşçü hesab edir ki, statusun bərpası o qədər də çətin bir iş deyil,sadəcə, bu problemi görüb, başa düşüb və ağdərəliləri dinləmək lazımdır.
Əlbəttə məsələyə diqqətlə yanaşılsa, hər kəs bu bölünmənin Dağlıq Qarabağdan olan azərbaycanlıların sayını süni sürətdə aşağı saldığını dərk edə bilər.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ