27 İyu 01:30GÜNDƏM / TARİX

40.000 NƏFƏRLİK ORDU NECƏ YARADILDI

40.000 NƏFƏRLİK ORDU NECƏ YARADILDI

(Erməniləri, cənubda malakanları darmadağın etdi)

Azərbaycan Cümhuriyyəti qısa zaman ərzində güclü orduya sahib olub. Cumhuriyyət tarixçilərinin yazdığına görə, 1918-ci il iyul ayının 6-da Azərbaycan Cümhuriyyəti hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi.
1918-ci il iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi.
Maliyyə çətinliklərinə baxmayaraq, milli zabitlər hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradılmasına başlandı. O vaxt orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi.
Güclü ordu yaratmaq üçün Azərbaycan Cümhuriyyətinin parlamenti 9 qanunvericilik aktını müzakirə edib, hərbi nazirliyi kifayət qədər vəsaitlə təmin etmək üçün müvafiq qərarlar qəbul edib. Ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi.
1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə alayları daxil idi.
İkinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay alayları daxil idi. Şirvan alayı bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı alayları bazasında kavaleriya diviziyası yaradıldı.
Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat taboru və "yardım alayı"- milis alayı yaradıldı.
Azərbaycan Cümhuriyyətinin Parlamentini mühafizə etmək məqsədilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi.
Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi.
İngilislər Bakıdan getdikdən sonra hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmasını yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı qayıqları onun sərəncamına verdi.
Ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra Azərbaycan Ordusu cənuba qaçan denikinçilərin əllərindən 1920-ci ilin mart ayında 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron almışdı.
1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi , Gəncədə tikiləcək hərbi zavodun smetasını və ştatı hazırlanır.
1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul edir.
Təəssüf ki Cümhuriyyətimizin ömrü uzun olmur. Planlar qəhrəman xalqın ikinci dəfə əsrin sonlarında ayağa qalxdığı vaxta qədər təxirə salınır.
Qeyd: Fotodakı şəxslər Azərbaycan Cümhuriyyəti əsgərləridir.

Difai təşkilatı
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ