08 İyl 11:22GÜNDƏM / TƏHSİL

Ali təhsilli şəxslər orta ixtisas təhsili müsəssisələrinə imtahansız qəbul olunacaq

Ali təhsilli şəxslər  orta ixtisas təhsili müsəssisələrinə imtahansız qəbul olunacaq

“İstənilən şəxs universitetlərdən kolleclərə, kolleclərdən universitetlərə müsabiqədənkənar qəbul olunacaq”

Fedai .az xəbər verir ki, bunu bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, hər bir şəxs həyatının müxtəlif dövründə ixtisasını dəyişmək məcburiyyətində qala bilər:

“Mövcud qaydalarda ali təhsilli şəxs kolecə qəbul olmaq istədikdə müsabiqədə iştiraka məcbur idi. Belə qərarlaşdırdıq ki, ali təhsilli şəxsin orta ixtisas təhsili müsəssisələrinə qəbulu üçün imtahanda iştirakı vacib deyil. Qanuna edilən bu dəyişiklik ali təhsilli şəxsə orta təhsil müəssisəsinə imtahansız qəbul olunmaq imkanı yaradır. Bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslar üzrə hansı ali təhsil müəssisəsinə daxil olmaq olar. Daha aydın dillə desək, vətəndaşlara ali təhsil müəssisələrindən orta ixtisas təhsili müəssisələrinə, eləcə də orta ixtisas təhsili müəssisələrindən ali təhsil müəssisələrinə müsabiqədənkənar( DİM-in keçirdiyi imtahanlardan) qəbul olunmaq hüquq veriləcək”.(azedu.az)
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ