14 İyl 02:19GÜNDƏM / VETERAN

AVMVİB ÜZVLƏRİ TƏSİS EDİLMİŞ MEDALLARI MÜZAKİRƏ EDİRLƏR

AVMVİB ÜZVLƏRİ TƏSİS EDİLMİŞ MEDALLARI MÜZAKİRƏ EDİRLƏR
AVMVİB İdarə Heyətinin qərarıyla təsis edilmiş "Milli Ordu-100" və "Müharibə Veteranı" xatirə medalları veteranlarımız tərəfindən yüksək qiymətləndirilib və AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Saytımıza açıqlama verən AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, sədrin səlahiyyətli nümayəndəsi Natiq Həsənov, təsis olunmuş "Milli Ordu-100" və "Müharibə Veteranı" medallarının çox nəfis və yaxşı hazırlandığını bildirdi. Bu gün bəziləri "medal təltifini" də gözdən salmağa və döyüşlərdə olmayanlara verməklə neqativ hallara yol veriblər. Amma əsas döyüşçülərin yığışdığı bir təşkilat kimi AVMVİB bu nüanslara diqqət yetirəcəyindən əminəm. Haər bir şöbəni və veteranlarımızı bu işdə fəal olmağa çağırıram. Həm şöbələr, həm də fərdi qaydada döyüşçülər Təltif Komissiyasının rəhbəri AVMVİB sədrinin müavini Vahid Abdürəhmanova müraciət etsinlər və öz yardımlarını bu işdə əsirgəməsinlər. Birgə səylə bu fərqlənmə xatirə medalını ortaya qoymalıyıq.

N. Həsənov bildirdi ki, bu addım cəmiyyətdə veteranların fərqli statusunu bildirməklə yanaşı gənc nəslin hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq. Bu addımı çox döyüşçü Müdafiə Nazirliyindən gözləsə də ümüdləri puça çıxdı. Məhz bu baxımdan AVMVİB-in bu addımını alqışlayırıq.
Fedai.az saytı müzkirələri davam etdirəcək.

Fedai.az


AVMVİB ÜZVLƏRİ TƏSİS EDİLMİŞ MEDALLARI MÜZAKİRƏ EDİRLƏR

AVMVİB ÜZVLƏRİ TƏSİS EDİLMİŞ MEDALLARI MÜZAKİRƏ EDİRLƏR
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ