17 İyl 03:15GÜNDƏM / VETERAN / QANUN

İNŞAAT QRUPUNDAN XƏBƏR VAR: "DƏDƏLƏRİNİ ÖLDÜRÜBLƏR Kİ, GORUNA AND İÇSİNLƏR"...

İNŞAAT QRUPUNDAN XƏBƏR VAR: "DƏDƏLƏRİNİ ÖLDÜRÜBLƏR Kİ, GORUNA AND İÇSİNLƏR"...
Müharibə veteranlarından və əlillərindən ibarət işçi qrupu artıq üçüncü nazirin dövründə öz mübarizələrini davam etdirir. Yeni nazir artıq ilk gündən keçmiş nazirin qəbiristanlıqda olanlarına dua oxutdurmaqla məşğuldur. Nizami rayon müharibə əlillərini əlillərin israrıyla qəbul edən nazir Sahil Babayev ölkə prezidentinin onu düz və ədaləti bərpa etmək üçün göndərdiyini deyib. Xatırladım ki, eyni sözü sabiq nazir Səlim Müslümov da eyniylə demişdi və əməlləri isə tam eks nazir Füzuli Ələkbərovun ölənlərinə rəhmət oxutdurmağa başlamışdı. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində həyata keçirilən ardıcıl dəyişikliklər nazirlikdə işləri daha pis məcraya yönəltməkdədir. Bu nazirlikdə şikayətlərə baxılmır. Əli Nağıyev azad edildikdən sonra təyin olunan şəxslər buranı kommersiya obyekti kimi işlətmək yollarını aramaqla, borclu olduqları halda əlillərin şikayətlərinə "barmaqarası" baxılması faktı daha da pisləşib. Ünvanlanan müraciətlərə baxmaq iqtidarı olmayan bir komandanın hansısa islahat aparacağına inanmaq sadəlövhlükdür.

Nazirliyin Ortopedik və Protezləşdirmə Mərkəzinin stassionar korpusunda apardığı təmir işlərinə görə yaranmış əmək haqqı borclarını ala bilməyən inşaat qrupunun rəhbəri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin Rəhbəri, II qrup müharibə əlili Xaqani Rzaquliyev saytımıza açıqlamasında bunları söylədi: "Sabiq nazir S. Müslümovun dövründə uzun çəkişmədən və yoxlamalardan sonra 17 min manatımızı alıb materiala olan borcumuzu qismən ödədik. Hərçənd onlar bu pulu verməməyə qərarlı idilər və daha öncə korrupsiyaya bulaşmış Füzuli Ələkbərovun bu pulu ödəməli olmasını bildirirdilər. Lakin araşdırdıq və "İnşaat Plyus" MMC-nin yeni komandaya dövr edildiyini aşkar etdikdən sonra ödəniş etməyə başladılar. Biz bu adamlara başa sala bilmirdik ki, bu işdə bizə Əmək Müfəttişliyi kömək etməyə birbaşa borcludur, Lakin bu adamlar bizi dinləmədən cavab xatirinə cavab versələr də ödəniş etməyə məcbur oldular. Baş verən hadisələri eyniylə yeni nazirə yazdıq. Əlbəttə ki, bu müraciəti araşdırmaq əvəzinə özünü "ədalət carçısı" elan edənlər, heç omasa əlavə etdiyim sənədlərə göz atmayıblar ki, bu məktubdan sonra müəssisə aktla pul ödənişi edb və iddiamızı təsdiqləyib. İkincisi isə digər fakta yönəldirəm: "Sozcu.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə keçirdiyi müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini ciddi tənqid edərək, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin işdən çıxarılması ilə bağlı sərəncam verib" (19:16 10.06.2018). Biyabırçılıqdır. Məktubun bir nüsxəsi 4 gün öncə işdən çıxarılmış Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi F. Əlizadəyə ünvanlanıb. Nöqtəsinə, vergülünə toxunmadan eyni məzmunlu məktub göndərilir və əlavə edilmiş heç bir sənədə, yaxud şikayətçiyə zəng belə vurulmur. Bu da yeni nazirin "islahatı". Belə çıxır ki, "bu nazirlikdə dədələri öldürürlər ki, goruna and içsinlər". Müraciəti təkrar nazirə və onun elektron ünvanına göndərəcəyik. Bu nazirliyə bir ayıbdır ki, artıq üçüncü nazirin vaxtında iki sabiq korrupsiyada suçlanan nazirin müharibə əlillərinin halal əmək haqqını verməyə can çəkirlər. Smeta dəyəri 8 milyon manatdan artıq olan bir obyektdə əlilin qəpik-quruşuna göz dikənlər nədənsə öz qazanclarını arayırlar. Məsələ ilə bağlı geniş bir araşdırma yazısını sizlərə və aidiyyatlı orqanların diqqətinə çatdıracağıq.

Köhnə "nırxlı" təzə bazar deyil, biz müharibə əlillərini dinləyə bilənlərə ehtiyacımız var. Mən peşəkar bir jurnalist kimi bu haqsızlığa düçar oluramsa, gör sadə əlillərin başına nə oyunlar gətirilir?"

Xatırladaq ki, müharibə əlil və veteranlarından təşkil edilmiş inşaat qrupunun 34 min manat vəsaiti qalıb. 4 ildir ki, yazışırlar və mövzuya gündəm olacaq bir yazıyla dönəcəyik. Amma müraciətə başdansovdu cavab yazan DƏMX 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi cəzalandırılmalıdır. Hələ də ümüd edirik...

Elnur Səlim


İNŞAAT QRUPUNDAN XƏBƏR VAR: "DƏDƏLƏRİNİ ÖLDÜRÜBLƏR Kİ, GORUNA AND İÇSİNLƏR"...

İNŞAAT QRUPUNDAN XƏBƏR VAR: "DƏDƏLƏRİNİ ÖLDÜRÜBLƏR Kİ, GORUNA AND İÇSİNLƏR"...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ