Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…” » Fedai.az
fedai.az
» » Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…”
» » Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…”

    Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…”


    Emin Ağalarova sərt məktub: “Əgər Yerevan haqda yana-yana oxuyan o erməni axçisi…”

    Azərbaycanın Xalq artisti
    Hörmətli Emin Ağalarova səmimi məktub!


    Sizə hər zaman pərəstiş etmişəm. Bir azərbaycanlı, şirvanlı balası kimi. Çünki dünya sizi belə tanıyır. Və dünyanın sizi tanıması, həm də Azərbaycanı tanınması deməkdir.
    Son günlər təşkilatçısı olduğunuz “Jara” mahnı festivalının tərkibində Azərbaycana, paytaxtımız Bakıya qonaqların içərisində bir erməni axçisini də gətirəcəyiniz haqqında xəbərlər gəzməkdədir. Və bu xəbər bütün vətənini sevən azərbaycanlıları, ermənilərin zəbt etdikləri torpaqlarımızda şəhidləri olan bütün insanları , şəhid ailələrini, qaziləri çox hiddətləndirir və məyus edir.
    Bir erməninin Azərbaycana gəlib konsert verməyi, o deməkdir ki, o erməni bizim heysiyyatımız, qürurumuzla oynayır.
    Mən inanmıram ki, siz torpaqlarımızın işğalından xəbərsiz olasınız? Mən inanmaq istəmirəm ki, ətrafınızda olan dostlarınıza, yaxınlarınıza ermənilərin ölkmizdə, tarixi torpaqlarımızda törətdikləri soyqırımlardan danışmayasınız. Soyqırım demişkən, sizin övladlarınzın anası, xeyirxah və çox mərhəmətli Leyla xanım Əliyeva 10 ildən artıqdır ki, dünyanın hər yerində “Xocalıya ədalət”- deyib haray çəkir, təbliğat kampaniyası aparır, bu dərdimizi dünyaya çatdırmaq üçün qəlbinin sarsıntılarını, duyğularını rəsmə, şerə çevirir.
    Yəqin ki, aprel döyüşləri yadınızdadır. O döyüşlərdə Ordumuz işğal olunmuş torpaqları geri qaytarmaq üçün 3 gün ərzində xeyli şəhid verdi. 2016-cı ilin aprelindən sonra da 30-a qədər şəhidimiz olub. Məgər bilmirsiniz ki, o 19 yaşından yuxarı, kasıb, miskin ailəlrin tək oğullarını ermənilərin gülləsi həlak edib?! Axı bizim prezidnetimiz , Ali Baş Komandan İlham Əliyev hər dəfə çıxışlarında deyir ki, erməni əsgərinin bizim torpaqlarda nə işi var?
    Bax bu gün hər hansı erməninin Azərbaycan torpağında nə işi var? Bəlkə fikirləşirsiniz ki, xalq diplomatiyası aparmaq istəyirsiniz?! Xalq diplomatiyası hələ alınmır . Ötən il Eynulla Fətullayev də iki erməni dostunu gətirdi, heç nə alınmadı. Fiaskoya uğradı. Xalq diplomatiyası haqqında, yalnız, torpaqlarımız azad olunandan sonra düşünmək olar. Bir də ki, biz işğalçı deyilik ki, xalq diplomatiyası aparaq. Diplomatiya ilə diplomatlarımız, beynəlxalq təşkilatlarımız məşğul olurlar.
    Mən çox istəyərdim ki, Siz Jara festivalında bir “Qarabağ üçün oxu” adı gecəsini azad etdiyimiz Cocuq Mərcanlıda keçirəsiniz. Bəli, əgər, Yerevan haqqında yana-yana mahnı oxuyan o erməni axçisi və haykanuşu Zara da gəlib, Covuq Mərcanlıda desə ki, mən Azərbaycan şəhidlərinin qarşısında bir günahkar kimi baş əyirəm, onda , ona Vətənimizə gəlməyə icazə vermək olar. Mən əminəm ki, o bunu etməyəcək. Haykanuş Zara görmədinzmi Yerevan mahnısını, Genosid mahnısını necə yana-yana oxuyur?!
    İnandığınız nədirsə, o inandığınıza and içərəm ki, bu işlər belə olmur. Hərdən fikirləşirəm ki, o Zara yəqin ki, Rusiya vətəndaşıdır, bəlkə buraya gətirib, bizim xüsusi xidmət orqanlarına verəcəksiniz ki, əvəzində Rusiya vətəndaşı olan Dilqəmlə Şahbazı Moskva ilə danışıqlar aparıb, dəyiş-düyüş edək?!
    Nə bilim vallah, hirs məni boğur.
    Bilirəm, sizin kimi uşaqlar çox ərköyün olurlar. Ürəkləri nə istəyir, edirlər. Halal xoşunuz olsun, öz zəhmətinizlə qazandıqlarınızdır. İmkanınız yaxşıdır. Lakin imkanlı olmaq o deyil ki, milli dəyərlərini yerlə-yeksan edəəsən. Axı, nəyə görə mənim xalqımın heysiyyatı, mənəviyyatı, şəhidlərimizin ruhu təhqir olunmalıdır. Bir erməninin Azərbaycana gəlib, burada şadyanalıq etməsi, dünya azərbaycanlılarının erməniçiliyə qarşı apardıqları mübarizəyə və təbliğata da xələl gətirir. Təbliğatımıza qoşduğumuz dost ölkələrə nə deyək? Deyək ki, Emindir də… hamınız tanıyırsınız, dostlarını başına yığmışdı?! Bizə güləcəklər. Bizi aşağılayacaqlar.
    Emin Ağalarov, axı siz Azərbaycanın xaql artistisiniz, xahiş edirəm, bizim xalqın heysiyyatı ilə oynamayın!!!

    Nə bilim, bəlkə də Mədəniyyət Nazirliyimiz artıq tədbir görüb, Zara erməni haxçisinin Azərbaycana gəlişinə qadağa qoyub?! Adını afişadan çıxarıb. Xəbərim yoxdur axı. Nigaranam. Hərdən mənə elə gəlir ki, o qız Heydər Əliyev adına Hava limanından keçərkən, onun sənədinə giriş möhürü vuran sərhədçimizin də ürəyi partlaya bilər. Çünki kiminsə, şıltaqlığına görə, bəzən istəmədiyin işi məcburiyyət şəklində görmək adam üçün ölümdən betərdir.(turkustan.info)


    Hörmətlə,
    Jurnalist Aida Eyvazlı


    Oxşar xəbərlər
  • "XALXINKILAR GEDİB PUL GƏTİRİR, MƏNİMKİ DƏ GEDİB QIL GƏTİRİB"...
  • Erməni əsilli müğənnini Bakıda yezidi kürdü kimi oxutmaq istəyirlər
  • Erməni müğənni Bakıda konsert verəcək – FOTO, VİDEO
  • Erməni inqilabı, 12 may mitinqi və Qarabağ
  • Aprel döyüşləri Azərbaycan dövlətinin qələbəsidir: İlham Əliyev

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər