26 Okt 17:39QANUN

TƏQAÜDLƏR 2018-Cİ İLDƏ ARTIRILACAQ

TƏQAÜDLƏR 2018-Cİ İLDƏ ARTIRILACAQ
Trend.az-ın yaydığı məlumata görə Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumu həddinin tədricən artırılması nəzərdə tutulur.
Məlumata görə, bunlar 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.
Bununla yanaşı əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyadan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinin, müharibə veteranlarının, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması planlaşdırılır.
Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ