18 Avq 02:35GÜNDƏM / TƏHSİL

Öz gücünü kəşf et

Öz gücünü kəşf et

Ölüm insanın ən qorxduğu şey deyildir. Həyatının sonuna gəldikdə əslində heç bir gerçək həyatının olmadığının fərqinə varmaqdır. Bir xəstəxanada aparılan sorğuda ölüm yatağında olan 100 qoca insana həyatlarının “ən böyük peşmanlığı nədir?” sualı soruşulmuşdu. Demək olar ki, hamısı etdiklərindən deyil, “etmədiklərindən” peşman olduqlarını söyləmişlərdi: almadıqları riskləri, arxasınca getmədikləri xəyalları...
Səndən soruşuram:son sözlərin “kaş ki ” mi olmalı, Ey sən! Oyan artıq! Nəyə görə varsan? Həyat sadəcə işləmək, həftə sonunu gözləmək, kirayə vermək deyildir. Xeyr, xeyr.Hər şeyi bilməsəm də bunu dəqiq bilirəm. Bu dünyada hər kəsin Allah tərəfindən bəxş edilmiş “bacarıqları ” vardır.Mən artıq Martın Lüter King kimi davrana bilmərəm. O adamın heç xəyalları olmadı.”o ”-xəyal onu ələ keçirdi. Insanlar xəyalları seçməzlər,xəyallar insanları seçərlər. Sualım budur: “Cəsarətin varmı?” səni seçən xəyalı gerçəkləşdirməyə, yoxsa onun əlindən qaçıb getməsinə izinmi verəcəksən?. Bilirsən , keçən dəfə təyyarələrlə bağlı bir şey öyrəndim. Bu ümidvericidir. Bir pilot ilə danışırdım.Onun dediyinə görə sərnişinlər “uçmağın çox təhlükəli olduğunu ” düşünürlər. Əslində , təyyarənin “yerdə” olması daha çox təhlükəlidir. “Zarafat eləyirsən?”- dedim. Pilot davam etdi: “Təyyarə yerdə olduqda havada olduğundan daha çox paslanır, qəzalı vəziyyət yaradır” .Sonra fikirləşdim , bəli bu çox məntiqlidir. Çünki təyyarələr səmada yaşamaq üçün yaradılmışdır və hamı “içindəki” xəyalı yaşamaq üçün yaradılmışdır.Bəlkə də ən üzücü şey bütün həyatını “yerdə” yaşamaqdır, həm də heç havalanmadan...
Bir çoxlarımız oğrulardan qorxur,gecə gələr və hər şeyimizi oğurlayarlar.Əslində zehnimizdə də oğrular var, xəyallarımızın izindədirlər, onun adı da “şübhə”dir.Şübhə sənin xəyal etdiklərindən daha çox şey öldürmüşdür. Onun bir çox üzü vardır və bir virus kimi səni “kor” edər, “parçalar” və sən “kimi edərsən”. “Kimi etməyin” nə olduğunu bilirsən? Kariyerini dəyişdirmək istər kimi,davamlı olaraq 5 almaq istəyən kimi, həmişə formada olmağı istəmək kimi....
Xəyal nədir? İçindəki qığılcımı istər “kimi” həyatına davam edə bilməzsən! Onu bütün qəlbinlə istəməlisən. Səy göstərəcəksən, çox çalışacaqsan, çox vaxt stresli olacaqsan, depresiyaya girəcəksən. Sənə bir şey deməliyəm. Steven spielberq film tədris mərkəzlərindən tam 3 dəfə rədd cavabı almışdı, amma o yenə də mücadiləyə davam etmişdir. Tənqidçilər Beyonsa “sən mahnı oxuya bilmirsən” deyirdilər ,o depresiyaya girmişdi,amma o yenə də inadından dönməmişdi.Mücadilə və tənqid inkişaf etmək üçün olmazsa olmazlardandır.
Ömür dediyin..
Həyata ha indi, ha sonra başlayaram deyə-deyə bir baxırsan ki, ömür tükənib.. Ovcumuzda son istifadə tarixi çoxdan keçmiş bir yığın təcrübə qalır. Atsan da atılmır, satsan da satılmır! Gənclik bir quşdur, tutmaq istədim, tuta bilmədim. Yaşlılıq köhnəlmiş bir parçadır, satmaq istədim , sata bilmədim.
Bir ikindi kölgəsidir ömür....

Çevirən: Yeganə Rüstəmova
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ