18 Avq 02:13GÜNDƏM / QARABAĞ

Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

Ermənistan KİV-ləri eks-prezident Robert Köçəryanın ötən gün “Yerkir Media” telekanalına verdiyi müsahibənin yeni fraqmentlərini yayıb. Virtualaz.org xəbər verir ki, Köçəryan müsahibədə Qarabağ məsələsindən də danışıb və Ermənistandakı hadisələrin Qarabağa da təsir etdiyini deyib.

“Aydındır ki, Ermənistandakı hadisələr müəyyən dərəcədə Qarabağa təsir edib. Və bu haqda Bako Saakyan da danışıb. Hesab etmirəm ki, orada proseslər Ermənistandakı ilə eynidir, çünki Qarabağdakı situasiya Ermənistandakı situasiyadan fərqlənir, amma müəyyən oxşarlıq əlbətdə var. Qiymət vermək istəmirəm, çünki son vaxtlar Qarabağda olmamışam. Ola bilsin Bako Saakyanla görüşmək və birinci əldən informasiya almaq lazım gələcək”-Köçəryan bildirib.

Eks-prezident baş nazir Nikol Paşinyanın hakimiyyətə təzə gələndə qarabağlı olmadığı üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatının olmadığı haqda bəyanatına da toxunub.

“Hamı görəcək ki, o danışıqlara gedəcək, artıq belə bəyanat verib. Mən bunu (Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmamaq barədə dediklərini) təcrübəsizliklə əlaqələndirirəm, görünür onlar təsəvvür etməyiblər ki, danışıqlardan imtina nədir və bunun hansı nəticələri olacaq. Ermənistanın birinci şəxsi yaxasını kənar çəkə deyə bilməz ki, “mən əllərimi yuyuram”. Hətta ən pis danışıqlar da müharibədən yaxşıdır və danışıqlar ümumiyyətlə yoxdusa o zaman müharibə yeganə yoldur”-o deyib.

Köçəryan bunu da bildirib ki, Qarabağ məsələsində Paşinyanla məsləhətləşmələr aparmağa və təcrübəsini bölüşməyə hazırdır. “Mən hazıram. Heç vaxt danışıqlardan qaçmamışam. Üzərinə məsuliyyət götürməyi bacarmaq və uğur əldə etməyə çalışmaq lazımdır, dovşan kimi qaçmaq yox”-Köçəryan bildirib.
Virtualaz.org xəbər verir ki, müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. “Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”-o bildirib.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

“Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı.

“Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübədə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyiblər. Bu strukturların çoxunu Soros maliyyələşdirib. Bəlkə həmin pullar Azərbaycandan daxil olub, bəlkə Türkiyədən, mən hardan bilim?”-Köçəryan sual edib.

Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ