18 Avq 02:19GÜNDƏM / QARABAĞ

QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ

QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ


Qarabağ döyüşçülərinə!


Möhtərəm oğullar, Amerikada olan hərbi jurnalustimiz Gül Arifqızı bir qadınla bağlı sorğusunu mənə də ünvanlamışdı. Həmin qadın hazırda Türkiyənin İzmir şəhərində yaşayan Tahirə Məsimzadədir. Sorğu tək mənə yox, Qarabağda döyüş yolu keçmiş insanlara idi. Məqsəd, hazırda Türk əsgərlərinin "komutan"adlandırdığı Tahirə adlı qadının Roza Əliqızı tərəfindən götürülmüş müsahibəsində danişdığı qeyri obyektiv nüanslara aydınlıq gətirilməsini güdürdü. Sərhəd boyunca olduğum döyüş meydanlarında görmədiyim, amma 90-ci illərdə haqqında cinayət işi açıldığını, bu səbəbdən ölkədən qaçdığını eşitdiyim Tahirə Məsimzadə imiş bu qadın...
Cinayət motivləri bundan ibarət imiş ki, bu qadın məqsədli şəkildə Milli Hərəkat vaxtı başqanlarla şəkil çəkdirmiş, bu şəkilləri cinayətinə alət etmişdir. Belə ki, müharibə dövrü əyninə hərbi paltar geyərək, başına özü əqidədə olan kişicikləri yiğıb girov və əsir ailələrinin etibarindan sui-idtifadə edərək əlinə küllü miqdarda vəsait keçirmiş ,işin üstü açilanda Türkiyəyə qaçıb özünə həmin pullarla ev almışdir. Buna don da geydirmişdir ki, hərəkatçı olduğundan tutacaqlatmış. 1997-ci ildə Çeçenistanda döyüşən oğullarimiz Bakıda olarkən bu qadin onlarla əlaqə yaratmış,14 yaşli oğlunu özləriylə Çeçenistana aparmağı onlardan xahiş edəndən sonra ölkədən qaçmışdır. Bunun bu gün Moskvada yaşayan oğlu orada 200 dollar pul oğurladığına görə oradan göndərilmişdir. Bu yaşda uşağın döyüşdüyünü bu gün Türk əsgərinə sırıyan firildaqçı qadın mənim haqqimda ağlına gələni sayıqlayib, geri çəkiləcəyimə inanir. Mənim ayaqlarım qranit üstündə olub, ay firildaqçı, sənin tək bataqlıqdan çıxmamışam. Mən şəhid, girov, əsir ardınca öz xərcimlə hərəkət edəndə, sizlər xislətinizi ortaya qoydunuz. Sən hansı batalyonda komandir olmusan? Mən Qarabağın Həcəri adını qazanmışam döyüş meydaninda, Qrad altinda. Var-yoxumu bi yola qoymuşam. Sənə dil verənlərin də ipləri mənim əlimdə, biləsən, hələ gözləyirəm. Qeydiyyatda olduğum alay tarixi döyüşlər keçirib Qarabağda. Həyat yoldaşımsa Daxili Qoşun tərkibində zabit kimi döyüş yolu keçib (Fəhmin Hacıyevlə, hazırki DQ komandanı general Şahin Məmmədovla birgə döyüşüb). Sizlərdən fərqli olaraq övladıarım atasının pasportundadırlar. Sənin qovulduğun cəmiyyət də mənə məlum...
Prezident Qvardiyasında şərəfli yol keçmiş İnarə xanıma da cavab versənə... Sizin kimilərdən Türk əsgərinə komutan olmaz. Ayıbınıza kor olun...
Hələlik bu qədər, qalanları cinayət dosyesində, arxivdədir...

P. S.Qarşı tərəfi də dinləməyə hazırıq. Amma necə deyərlər "qul haqqına girilməz". Qarabağın Həcəri o bölgələri qarış-qarış gəzən bir veterandı və bu günədək haqlı olan birisinə yanlış dediyi bir sözü eşitməmişik. Səbirə Mahmudova saxta döyüşçülərə qarşı daim acımasızdı və düz yoldadır. Biz susduqca belələrinin sayı artır. Hələ də çoxları hərəkatda olmaqla cəbhədə döyüşməyi dəyişik salırlar. Düşünün...


QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ

QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ
QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ