14 Noy 01:53GÜNDƏM / ATMACA

MOLLA BƏHRAMIN CƏDDİ KAFİR HİPPOKRATIN BELİNİ QIRSIN...

MOLLA BƏHRAMIN CƏDDİ KAFİR HİPPOKRATIN BELİNİ QIRSIN...




















Bir xəstə ilə həkm mübahisə edirdilər. Xəstə həkimə müraciətlə, "Sənə, and içdiyin "Hippokrat andı" qənim olsun"-deyib hirslə çıxıb getdi. Amma görəsən xəstənin, Hippokrat andında nə yazıldığından xəbəri vardımı? Bilsəydi, qəbiristanlıq mollalarının canına and verərdi. Kafir, çoxallahlı Hippokrat hardan biləydi ki, bir gün Azərbaycanda belə problemlər də yaranacaq?

Ona görə də Hippokratın içdiyi andın tam mətnini dərc etdirmək qərarına gəldim:

"Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm.

Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm.

Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən uzaq olacağam.

İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun".

Əziz xəstələr, bu yazını yazıb sizləri Hippokrata çox da etibar etməməyi tövsiyə edirəm. Bizim məhlədə olan molla Bəhram ondan kəramətli adamdır. Məsələn, mənim acığım həkimlərə tutanda deyirəm ki, "molla Bəhramın cəddi kafir Hippokratın belini qırsın". Axı həkimə 200 manat maaş verib, 100 minlik xəstəliyə çarə etməsini istəməyə Hippokrat köpəyin oğlu neyləsin?

Elnur Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ