İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsində iştirak edib

İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsində iştirak edib
















Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

Fedai.az xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşüblər.
Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili və qəsəbə sakini Hüseynağa Kamilzadə yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.
Hazırda “Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.
Bildirilib ki, Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb. Bu da onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən və artıq başa çatmaqda olan üçüncü Dövlət proqramında bölgələrin qazlaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib, əhalinin təbii qazla təmin edilməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb. Bu isə regionların inkişafına müsbət təsir göstərir, o cümlədən mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlət başçısı və birinci xanım Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıc qəsəbəsində inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxdılar, sənətkarlarla söhbət ediblər.
Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət ediblər.
Sakinlər dövlət başçısı və xanımı ilə xatirə şəkilləri çəkdiriblər.
26 avqust 2018 /

İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsində iştirak edib

Похожие новости

Prezident məzun günündə iştirak edib

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib. , Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev məzun

Prezident məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr

Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Bona Dea

Mehriban Əliyeva Britaniyanın ticarət elçisi ilə görüşüb

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. Fedai.az AzərTac-a istinadən xəbər verir

Prezident “Bakı Ağ Şəhər”də olub

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Etmiad Əsədovun vəfatından 1 il keçdi...Rəhmətlə anırıqGizli anlaşmalar üzə çıxır: Rusiya - ABŞ bir medalın iki üzüAzərbaycan mediası Ərdoğanla veteranların görüşü barədə niyə susdu?Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcəkAzərbaycan Rusiyaya nota verdiİlham Əliyev Türk Şurasının Zirvə Görüşündə - FOTO/VİDEOƏrdoğan Bakıda oteldə Veteranlar Birliyi üzvləri ilə söhbət etdiMasonlar "Barış Pınarı" Əməliyyatıyla bağlı açıqlama verdilərERMƏNİ HƏRBİ EKSPERTİNDƏN ERMƏNİLƏRƏ QORXUNC XƏBƏRLƏR"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcək.“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü - FOTO“Bir millət, iki dövlət” formulu bütün sahələr üzrə birliyimizə xidmət göstərir - Əli HəsənovAzər Axşam olaya aydınlıq gətirir: "O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir"Ləqəbi Ölüm Mələyi: Məsum baxışları altında bir Savaşçı yatan, ilk Sovet snayperi Roza ŞaninaAzər Axşamın övrəti quşladı...Türkiyə Prezidenti sabah Azərbaycana gəlirPaşinyanın Putinə yaltaqlanmaq istəməsi kimsənin diqətindən yayınmayıbVeteranlar Azərbaycan DİN XTPD-nin ilk əfsanəvi komandiri polis polkovniki Əbil Rzayevi andılar...30 ölkədən 150 siyasətçi Qarabağa gəlib - “Artsaxın dostları” forumu keçirilibXTPD-nin ilk komandirinin Anım günü keçirildiErmənistanın həddini bilməz şəkildə Türkiyə açıqlamaları - VİDEORusiya ABŞ-ın "Barış pınarı" əleyhinə olan layihəyə qarşı çıxdı“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurduAVMVİB sədrindən Türk Ordusuna dəstəkTonoyan Dağlıq Qarabağa gəldiTürk əsgərlərinin Suriyadakı bu görüntüləri TÜKLƏRİNİZİ BİZ-BİZ EDƏCƏK - MÖHTƏŞƏM VİDEOMüharibə veteranına ölkə rəhbəri vətəndaşlıq verdiƏməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildiAVMVİB TOVUZ BÖLGƏSİNDƏ TƏDBİR KEÇİRDİHeç kim unudulmur!ERMƏNİ MƏTBUATI YAZIR: "BAŞ NAZİRİN EKSTRAVAQANT XƏRCLƏRİ DAVAM EDİR."AVMVİB Göygöl rayonunda layihə həyata keçirdiAVMVİB FƏAL ÜZVLƏRİNİ TƏLTİF EDİR...Küçə süpürən qadın9 Oktyabr Ordumuzun ikinci dəfə təşəkkül tapması günüdürTörəmə nədir, Törəmə anlayışı, Törəmə növləri, Törəmənin xüsusiyyətləriƏnvər paşa Moskvanın sülh təklifini niyə rədd etdi?Qubadlı rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətiAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi"ERMƏNİ QOHUMLARI DEKLARASİYASI"NA EHTİYAC VARDünyada bütün şərəfsizliklərin tək ünvanı - ERMƏNİ - VİDEORayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb? - VİDEOBakı meriyasının qarşısında piket keçirildi – FOTOLAR“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLARİradə Gülməmmədova müharibə veteranları ilə görüşdüTÜRK ORDUSU ƏMƏLİYYATLARA BAŞLADIXanlar Vəliyev Rusiyanın Baş hərbi prokuroru ilə görüşdüVəndamda türk əskərinin məzarı var, yoxsa...İtaliyanı adam edən türklər ...Hocaz uğrunda şəhid düşən qəhrəmanlar yad edildi -VİDEOZəkəriyya Rəhimov: "ƏMR ET, KOMANDANIM!"Düşmənin içinə kəşfiyyata... Bahar Bənövşə ilə!Təhsil Nazirliyində kollegiya iclası keçirilibYəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərilərin tarixi mirası Aqşin Yenisey yazır...Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı - VİDEOAVMVİB Sabirabad şöbəsi ön cəbhədəXainlər düşməndən təhlükəlidirİSLAM SƏFƏROV: ƏMR ET, KOMANDANIM!Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?AVMVİB Suraxanı rayon şöbəsi Anım tədbiri keçirdiAzərbaycanlı vəkil Rusiyada partiya yaratdı – yeni partiyanın abreviaturası SSSR adlanırJAK ŞİRAK DA ERMƏNİ ÇIXMADIAVMVİB Nəsimi rayon şöbəsi təltif edirJurnalistikanı məhv edən “jurnalist”lər…MÜƏLLİM GÜNÜNƏ AYDIN SAYAĞI SÖZ ARDI...Türk daim belindən erməni tələsinə düşürBÖYÜK AZƏRBAYCANMI, TORPAQ İTKİLƏRİMİ?Veteranlar "N" saylı hərbi hissənin yaranma günündə iştirak ediblərAleksandr Proxanov: Zal İlham Əliyevi alqışladıAVMVİB Abşeron rayon şöbəsində Anım tədbiriİran Azərbaycana xəyanətlərini davam etdirirERMƏNİSTANDA NƏ BAŞ VERİB?İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır - Siyavuş NovruzovATMACA: MANATA SİTAYİŞ EDƏNLƏR...K. ŞİRİN: "Gələcək sizin əlinizdədir, əziz müəllimlər!"İlham Əliyev “Valday” iştirakçılarının qeyri-formal görüşündə - FOTOXanım rektor müəllimləri təbrik etdiDAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜPensiyaların artımı ilə bağlı nazirlikdən açıqlamaRektor Nurlana Əliyeva BSU- nun yeni tələbələri ilə görüşdüAVMVİB sədri Füzuli Rzaquliyev: "ƏMR ET, KOMANDANIM!"-VİDEOPUTİN İRƏVANDA Köçəryanın arvadı ilə görüşübQardaş Türkiyədə Qazilərə verilən imtiyazlar25 İLLİKLƏ BAĞLI TƏLTİFLƏR DAVAM ETDİRİLİBDAHA BİR QAZİMİZ HAQQA YÜRÜDÜ...Şəhid Milli Qəhrəmana Xatirə medalı verildiErmənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIRUkrayna sülhü bərqərar edə biləcəkmi?Siyavuş Novruzov: “Xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür”İlham Əliyev: Qarabağ - Azərbaycandır! Və nida işarəsi - VİDEOPrezident bu müəllimlərə fəxri ad verdiYÜKSƏK BAL TOPLAYIB MÜƏLLİMLIK PEŞƏSINI SEÇƏNLƏR ÇOXALIBSəbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdirAlmaniyanın nüfuzlu portalı Qarabağdan yazdıİlham Əliyev Rusiyada işgüzar səfərdədir - VİDEO - FOTOMilli Məclisdə bu qədər deputat yeri boş qalıbErmənilər Qarabağdakı raket sistemlərini nümayiş etdirdiBu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ