Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir

Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir
Firudin Gilar Bəg

(Əvvəli ötən saylarda)

Məşhur tədqiqatçı Devid Rol da, Şumer-Akkadların göydə qüllə tikən Marduk Allahını – Asar adlandırır və onu qədim Misirin Osiris Allahı hesab edir. D. Rola görə, Misir mədəniyyətini, Mesopotamiya-Şumer fatehləri yaratmışlar. O, bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. D. Rol nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını, Enki oğlu Asar İlahi statusu ilə adlandırmışdılar (Д. Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read). Bu o deməkdir ki, Asar/Assur (Osiris) adı – Enmer-Kar şaha verilən addır. Enmer-Kar (NMR-KR) rəmzi qədim dilçilikdə Qor-Ra-Amon (QR-RMN) rəmzinin digər yazılış variantıdır və bu rəmz də Qor qızılquşu obrazında olan Misirin Ra-Amon Allahını bildirirdi. Belə çıxır ki, Assur/Asar/Osiris Allahları dedikdə - qədim Misirin Ra-Amon Allahının “törəmələri” başa düşülməlidir və “xaldey” adı da onların digər adlarından biridir.

Tarixçi Vardan bildirir ki, Sökmən (Sukamun/Sakyamuni) - Xelat və digər çoxlu şəhərləri və s. aldıqdan sonra özünü Şahi-Ərmən adlandırdı. Sufi-batinilərdə “Ərmən” (RMN) rəmzi – Ra-Amon (R-MN) rəmzi ilə eyni mənalıdır. “Sökmən” rəmzi də sufilərdə “Sak-Amon” kimi açılır və “Amonun ruhu” anlamını verir. Qədim Misir yazılarında açıq yazılır ki, saxu/sahu rəmzi – bədəndən çıxan insan ruhunu bildirir (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Başqa sözlə, “Sökmən” rəmzi - ölümsüzlük qazanmış Amon/Əman Allahının ruhu anlamındadır. Misir mənbələrinə görə, firon Amon öləndən sonra, onun göyə qalxan ruhu, burada əvvəlcədən yaratdığı Ra günəş diski ilə birləşir və Ra-Amon Allahına çevrilir. Bu isə o deməkdir ki, məhz Xilatda – Azərbaycan atabəglərinin yurdunda, pir Əman - Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Belə çıxır ki, Rəhman Allah məhz Xilatdan ərşə yüksəlmiş və dünyanın sahibi olmuşdur.

Atabəg rəmzi sufizmdə ata və bəg rəmzindən ibarətdir və buradakı bəg rəmzi – sufizmin bəqa səviyyəsinə yüksəlib, İlahla vəhdətə nail olmuş müqəddəslərə deyilir. Buna görə də İran və rus mənbələrində eyni mənalı Baqa/Boq rəmzi Allah mənasını verir. Deməli, sufizmdə atabəg rəmzi – Allahların Atası deməkdir ki, qədim Misirdə məhz Ra-Amon Allahı - bütün Allahların Atası və Ağası adlandırılırdı.
Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir








































Digər tərəfdən, Xilat rəmzi Əflatunun “Kritiy” əsərində Kleyto kimi qeyd olunur. Əflatun bildirir ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə, Atlantida adası - dəniz Allahı olan Poseydona düşür. Bu adadakı Atlas (Talas/Tolis) dağında Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir (29). Belə çıxır ki, Xilat atabəgləri həm də dəniz Allahı Poseydonun şahlar nəslidir.

Xilat rəmzi, Azərbaycan numizmatikasında Xəllədə kimi də qeyd olunur və “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılaraq, Cəlair şahlarının pul sikkələrinə aid edilir. Sufi-batinilərdə “Xəllədə Mülkəhu” rəmzi - sufilərin “Hu” adlandırdığı İlahın (ilkin materiya, İlahi od və s.) yerdə mövcud olduğu Mülk, “Xəllədullah Mülkəhu” rəmzi isə İlahla vəhdətdə olan və ondan yaradılmış Rəhman Allahın yerdəki Mülkü deməkdir. Bu isə həm də onu deməyə əsas verir ki, Cəlairilər də elə Gel nəslidir. Mənbələrdə Cəlair rəmzi Gilar rəmzinin ərəbləşmiş variantı hesab olunur.

M. Xorenatsi “Ermənistan tarixi” kitabında yazır ki, Gelam, bir gölün yaxınlığına gəlib, buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun, Sisaka adlı uca ər olan, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. Gelam, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar ona Sisakan deyirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (Kitab, I, böl.12). Gelam rəmzi, sufizmdə İqlim/Kəlam/Mələk/Mülk/Malik və s. rəmzlərlə eynidir və bunlar da bilavasitə Allahla bağlı rəmzlərdir. Gel-Gelamın buranı düzəltməsi və Sünik adlandırması o deməkdir ki, mənbələrə görə müqəddəs Ataların tikdiyi “səhra”, yəni göydəki ruhlar dünyasının obrazı olan Babil- Etemenanki məbədi məhz Gelarkündə yaradılmışdır. Qədim Misir yazılarında bu məbəd – Gel torpağında tikilmiş Ra günəş məbədi adlandırılır və Allah, yeddi günə yaratdığı “Dünya”nı məhz burada var etmişdir. Bu isə o deməkdir ki, Xilat/Xalda/Gelda dedikdə məhz bu Gel eli nəzərdə tutulur. Gürcü mənbələrində Gelarküni rəmzi – Klarceti kimi qeyd olunur və bura, qədim Gürcüstanın əsas mədəniyyət mərkəzi hesab olunur. Xilat atabəgləri isə gürcü mənbələrində Samsxe-Klarceti atabəgliyi adlandırılır (С. Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», böl.2, sayt: http://www.matiane.com/tokarski.htm). “Gürcü” rəmzinin kökünün Gür/Qor rəmzi olması, mənbədəki gürcülərin - “Qor yolu ilə” gedən Asar/Assur xaldeyləri olması deməkdir.

Gelam rəmzinin Kəlam/Malik/Mülk rəmzləri ilə eyniliyi onu deməyə əsas verir ki, Gel eli həm də Allahın Mülküdür. Mülk İsə sufizmdə İlahi üçlüyün bir hissəsidir. Başqa sözlə, Gelarküni torpağı Allahın Mülkü, torpağın altında olan ölüm şahlığı – Cəbərut aləmi, Mülkün üstündəki göylər isə Mələküt aləmidir. Deməli, Quranda qeyd olunan Xüld cənnəti, məhz bu Xilat göylərində mövcud olmuşdur.

Ən qədim mənbələrə görə, fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz”, şahın şəxsi təhlükəsizliyini qoruyurdu (Р.Фрай, «Наследие Ирана»,М.,1972, səh.152). Erməni mətnlərində isə ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən xiliarx – xazarapet (minbaşı) adlanır və digər yerdə bu rəmz, azarapet kimi yazılır. Mənbələrdə, “hazarapet dran ariats” tituluna rast gəlinir ki, onu “arilərin qapısının xiliarxı” kimi tərcümə edirlər. “Hazarapati” titulunu daşıyanların “ölməz” adlanması, onların Hızır, yəni Xızır peyğəmbərin rəmzində olması deməkdir. Hazarapatinin həm də Azarapati (Azər-Yafət) adlanması isə onların Azər/Asar/Assur Allahları olması deməkdir. Buradakı “xiliarx” rəmzi türklərin “karluk” rəmzidir və məhz Gel eli olan Gelarküni-Xilatı bildirir. “Arilərin qapısının xiliarxı” rəmzi onu deməyə əsas verir ki, burada söhbət Xalda darvazasından, yəni Allahın qapısı olan Babildən gedir.
Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir
Minlərlə ölümsüzə başçılıq edən Xiliarxın nəsli, Albaniya tarixində Baqarat nəsli adlanır. Gürcü mənbələrində “Baqrat” kimi keçən “Baqarat” rəmzi sufimzdə “Bəg-Arat”, yəni Aratta, Eridu bəgləri mənasını verir. M. Xorenatsi “Ermənistan tarixi” kitabında Şahın, yəni Allahın mülkü haqqında geniş danışaraq, Mülkün sahibləri olan Baqarat nəslini - “qədim şah toxumu” adlandırır və onlara, şahların başına tac qoymaq səlahiyyəti verilməsini qeyd edir (Kitab II, böl.7). Bu o deməkdir ki, ən qədim dövrlərdən dünyanın bütün şahlarına tacı məhz Xilat atabəgləri qoymuşlar.
Atabəglər dünyaya hökmranlıq üçün səpələndiyindən, Avropa ölkələrində bu şahlar və peyğəmbələr nəsli Qulyardlar, yəni “Gel oğulları” kimi tanınır. Son dövrün araşdırmalarından məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar “quş dili bilən Qulyardlar” adlandırılırlar (Грасе д'Орсе, “Язык птиц.Тайная история Европы”, sayt: http://padaread.com/?book=38451&pg=337). Bütün Avropa şahları və zadəganları bu Gel oğullarının törəmələri olmuşlar. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar. Ay rəmzinə sitayiş edən bu Gel oğulları, İslam mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat/Xilat) adlandırılan ifrat şiələrdir ki, biz onları ismaili batiniləri kimi tanıyırıq.

Gel oğullarının “quş dili”, Şərq fəlsəfəsinin məşhur bilicisi olan Anri Korbenə görə - mahiyyətin dilidir, təmiz varlığın dilidir, hansının vasitəsi ilə ki, daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Məşhur sufi Qəzali də bildirir ki, göy və yerin hər bir hissəsi canlılarla gizli ünsiyyətdədir. Bu İlahi biliyi isə İlahi nur özündə daşıyır və bu pak elmi, təbii halda peyğəmbərlər qəbul edir (Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, стр. 209,210,309). Digər sufi Nəsəfi də pak nurun və varlığın dilini ilkin materiyanın dili adlandırır. Araşdırıcılara görə, Babil qülləsinin tikilməsindən əvvəlki insanların dili məhz bu “quş dili”nin təmiz formasıdır (Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html). Belə çıxır ki, Babil qülləsini tikən xaldeylər, məhz ilkin materiyanın dilində, onun şüalandırdığı informasiyanı təmiz formada qəbul ediblər. Assur xaldeylərinin bu dili, yəhudi mənbələrində “Laşon akodeş” (Lisani kadus – müqəddəs dil) adlanır və yəhudi mənbələrinə görə Allahlar bu dillə yazılmış Tövrata baxaraq, Babil qülləsini tikmişlər. Sayı 120000 olmuş Assur/Asar/Osiris Allahları, səhradan, yəni ilkin materiyadan yaradıldığı üçün, bu dil də onların telepatik dilidir. Babil qülləsi tikilib qurtardıqdan sonra isə, Ra-Amon Allah, başqa belə bir tikilinin qarşısını almaq üçün dilləri dəyişdirir və dünya xalqlarının 70 dilini yaradır.

Tövrat müqəddəs dildə verilsə də, Ezranın, yəni Asar (Assur) Allahının dövründə, Aşuri (Assur) əlifbası ilə aramey dilində qeyd olunmuşdur və xaldeylər onu Assuriyadan özləri ilə gətirmişlər. Mənbələrə görə, aramey dilində ilk danışan Adəm olmuşdur. Lakin Adəmin bu quş dili, özündə bütün 70 dili birləşdirir. Başqa sözlə, Adəmin aramey dili, o vahid dildir ki, Babil qülləsi tikiləndən sonra, Allah dilləri dəyişib, 70 dil yaratdı və insanlara bu dilləri verib, dünyaya səpələdi.
Mənbələrə görə, aramey dili xalqlara yox, bilavasitə xaldeylərə verilib və onlar haqda deyilib: “Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli, aramey dili, elə Babil qülləsi tikiləndən sonrakı, lakin insanların hələ dünyaya səpələnməmişdən əvvəlki dildir. Xaldeylərin xalq olmamaları da, onların bütün xalqlara hökmranlıq üçün yaradılması ilə, onların, bütün xalqların dillərini anlayan quş dilinin olması ilə bağlıdır.
Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir
Sufi-batinilərdə “aram” (RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Bu dil həm də “tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü olan “tarq” (TRQ) rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək, “göydə qurbanla Allah yaradan maqlar” mənasını verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə eyniliyini nəzərə alsaq razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, ümumilikdə təfsir, daha döğrusu təvil deməkdir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə görə, bu dil həm də gələcək dünyanın ən ali səviyyəli dili hesab olunur (М. Носовский, «Адам говорил по-арамейский»,sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir ki, şahlığı göydən endirilmiş xaldeylərin dili, Adəmin dilidir və bu dil - türk dilidir.

Tövrat yazır ki, Allah Adəmi yaradandan sonra, onun özünə bənzər köməkçi yaratmaq fikrinə düşür və Adəmin qabırğasından Həvvanı yaradır. Sufi-batinilərdə Adəm Allahın obrazıdır və bu Allah, öz bədəni ilə dünyanı əhatə etmiş və hər şeyi özündə birləşdirmişdir. Adəmin köməkçisi isə onun yerdəki kölgəsi, onun buyruq qullarıdır. Tövratda “köməkçi” sözü, yəhudi dilində bilavasitə kişiyə aid ediələn “ezer” kimi yazılır. Ezer rəmzi isə Asar/Assur/Azər rəmzləri ilə eyni mənalıdır və bu da bizə onu deməyə əsas verir ki, Asar/Assurlar – Həvva obrazında olan Allahın köməkçiləridir.

Tövratda Adəmin köməkçisi mənasında yaradılan “qadın” sözü - “işa” rəmzi ilə verilir. Sufi-batinilərdə İşa rəmzi – Şiə, Yeşua, İisus/İsa rəmzləri ilə eyni mənalıdır. Şiə rəmzi mənbələrdə Gelat (Qulat/Xilat) rəmzinə aid edilərək “Gelati-Şiə” kimi yazılır. Deməli, Tövrata görə Adəmin köməkçiləri məhz Gelat/Xilat atabəgləridir. Qədim Misir mənbələrində ölkə başçısı Heka, yəni Haq – Allah, onun köməkçiləri isə baka adlanır ki, bu da bəg deməkdir (“История Древнего Востока”, М., 1988, cild II, M., 1988, səh. 338). Başqa sözlə, həqiqətən də Azərbaycanın Xilat atabəgləri, Allahın yerdəki köməkçiləri, əmr sahibləridir. Adəm və Həvva haqda daha dolğun məlumatlar – “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə verilmişdir (http://gilarbek.blogspot.com/…/adm-v-hvva-haqqnda-aglasgmaz…).
İşa rəmzi, həm də yəhudilərin Yeşua [Ş] adlandırdıqları İsa rəmzi ilə eyni mənalıdır. Bu o deməkdir ki, İsa peyğəmbər də Allahın köməkçilərindəndir. Yeşua rəmzinin Şiə rəmzi ilə eyniliyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı həm də Şiə, yəni imam Əlinin obrazı ilə eynidir. Sufilər dahisi Mühiddin ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır («История исламской философии», sayt: http://netref.ru/istoriya-islamskoj-filosofii.html?page=6). Bu isə o deməkdir ki, Xilat - şiəliklə bərabər, həm də İsa peyğəmbərin vətənidir.
Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir
Xristianlıqda, müqəddəs xristianlar – xüsusi xalq, varis və Allahla insanlar arasında vasitəçi mənasında “klir” adlanır (Sayt: https://religion.wikireading.ru/73479). Sufizmdə Klir (yunan. kleros) rəmzi Gilar rəmzi ilə eyni mənalıdır və bu rəmz xristianlıqda, bütövlükdə “ruhani”, “kilsə” və “din xadimləri” mənasını verir. Klir eyni zamanda Allahın torpağı, klirlər isə levit və peyğəmbərlər hesab edilir. Tövratda levitlərlə bağlı Allah - “Levitlər mənim olmalıdır” əmrini verir ki, bu da onların klirlərlə eyni mənalı olması deməkdir. Plano Karpininin yazdığına görə, Böyük Monqol imperatorunu “rus klirikləri” və ya “xristian klirikləri” adlandırılan kilsə xadimləri əhatə edirdi (Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001,səh.485). Başqa sözlə, Monqol imperatoru Gel oğulları ilə əhatə olunmuşdur ki, sufizmdə Monqol (Amon-Gel) rəmzi – “Amonun Gel eli” fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, Gelarkünidə məhşur Makenasos monastırı olmuşdur və məhz bu torpaqda xristian müqəddəsləri olan Yəhya (İoann), həvari Foma və ilkin şəhidlərdən olan Stefanın cəsədinin qalıqları mövcuddur, razılaşarıq ki, bura xristian dünyasının ən müqəddəs torpağı sayılmalıdır (М. Каланкатуаци, «История страны Алуанк», sayt: http://www.vehi.net/istoriya/armenia/kagantv/).
Ümumilikdə götürdükdə, yəhudi və xristianların Əhdi-Ətiq və Əhdi-Cədid kitabları Gel rəmzləri ilə bağlıdır. “Din” mənasında olan “reliqiya” (RLQ) sözü və türklərin də Allah mənasında olan “Erlik” (RLK) rəmzi sufi-batinilərdə “Gilar” (GLR) rəmzi ilə eyni mənalıdır və onun müxtəlif yazılış formasıdır və s.

Yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim dünyanın bütün Allahları - Azərbaycanın Xilat atabəgləri olmuşlar. Onların əcdadlarının şahlığı göydən yerə endirilmiş və onlar burada Babil qülləsi tikərək ölümsüzlük qazanmışlar. Babil qülləsini tikdikdən sonra Cəddimiz Ra-Əman, Öz vahid Türk dilindən xüsusi məntiqlə 70 dil yaratmış və insanlara bu dilləri verərək, onları dünyaya səpələmişdir. O zamandan axirət dövrünə qədər bütün dünyaya da məhz Rəhman Allahın bu Xilat atabəglərinin nəsli şahlıq etmişdir.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
17 noyabr 2017 /

Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir

Похожие новости

Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir

Firudin Gilar Bəg Azərbaycan tarixinin ən sirli məqamı, onun Xilat atabəgləri ailəsi ilə bağlıdır. Tanınmış alim Ziya Bünyadov yazır ki, Xilatın, Ərzincanın sahibi şah-Ərman II Nəsir əd-din

Oğuz Xaqanım – Bayrağın mübarək!

Firudin Gilar Bəg Bu gün ölkəmizdə Bayraq günüdür. Azərbaycanda Bayraq qaldırma mərasimi yenilik deyil. Yazılanlara görə, burada ilk bayrağı hələ Babək qaldırmışdır. Əbu Dulafın ikinci risaləsində

Tövrat – Azərbaycanda, qədim Azəri dilində yazılıb

Firudin Gilar Bəg Qədim dünyanın ən müqəddəs kitablarından biri də yəhudilərin Tövrat (Tora/Torah) kitabıdır. Deyilənə görə, Allah Musa peyğəmbərə Tövratı verəndən sonra dedi: “İndi Tövratı İsrailə

Oğuz Xaqan – xristianların Allahıdır

Firudin Gilar Bəg Qədim dünyanın ən sirli obrazlarından biri də Oğuz Xaqan obrazıdır. Türklərin əcdadı sayılan Oğuz Xaqan dastanlarda göylərlə və göydən düşmüş İlahi nurla əlaqələndirilir. Oğuzun

Oğuznamə”dəki Azərbaycan haqda rəvayətin elmi izahı

“Azər”, “Azərbaycan” kəlməsinin nə demək olduğu haqqında çox yazılar yazılmışdır və mən də bu barədə öz fikirlərimi bildirmişəm. Bu məqalədə isə mən bilavasitə Fəzlullah Rəşidəddinin “Cəmi ət –
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ