ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB

ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB
İlhami Cəfərsoy
AMEA Dilçilik İnstitutu
Qədim dillər və mədəniyyətlər şöbəsini
müdiri, filologiya üzrə elmlər doktoru



...Ermənilərin iddialarına görə, Alban və erməni əlifbalarını Mesrop Maştos yaratmışdır. Əslində isə o əlifba Mesropdan çox qabaq mövcud idi. Bizim Aran müdrikləri Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratmış, Troyanın işğalından qabaq Elladaya aparmışdır.
Aran əlifbası əsasında Avropada yunan və latın, Fələstində yevrey, Misirdə kopt, Efiopiyada amxar, qız, Qafqazda alban, iber və erməni əlifbaları tərtib edildi. Bu barədə qədim yunan, latın və yevrey tarixçilərinin əsərlərində kifayət qədər məlumat vardır.

Qərb tarixçiləri məqsədli şəkildə Aran əlifbasını yarandığı yerin adı ilə Finikiya əlifbası adlandırırlar. Ancaq belə bir gerçəkliyi dana bilmirlər ki, Aran övladları finikiyalı deyillər.

Aran alpları Araz çayı ilə Urmiya gölünün arasından gələrək Finikiyanın Tir və Sidon şəhərlərində yurd salmış, sonra Beotiyanı, İoniyanı, Karfageni tutmuşlar.
M.Maspero yazır: - Finikiyalı Aran (Bibliyada bene-Kadem, Şərq oğlu yunanlardan qabaq Olimpi tutmuş, Beotiyanın mərkəzində öz koloniyasını yaratmışdır.
Arximandrit İeronimə (IV əsr) görə, müdrik Aran yaratdığı 22 hərfdən ibarət əlifbanı Elladaya gətirmiş, sonralar yunan filosofları üç işarə artıraraq onun əsasında qədim yunan əlifbasını tərtib etmişlər.
Bibliyada iki tayfa: - Aran və Sarıçin övladları bene-Kadem, yəni şərq oğulları adlandırılır. Sarıçinlər Siciliyanı, Aran alpları Elladanı tutmuş, yunanlar onlardan yazıb-oxumağı, əkinçiliyi, dənizçiliyi öyrənmişlər.

Aran alpları olimpiada yarışlarını öz vətənlərində – Alinpe (sonrakı Əlincə) dağının ətəyində keçirərdilər. Onlar həmin yarışları Aralıq dənizi adalarına apardılar. Balkan yarımadasının uca bir dağına Alinpe adı verdilər. İ. İ. Şopen yazır ki, alinpe xalis tatar (türk) sözüdür.

Yunanlar Alinpe dağını Olimp adlandırırlar. İndi olimpiada deyiləndə elə başa düşülür ki, o, yunan sözüdür. Mən əldə etdiyim mənbələrə istinadən yazmışam ki, yunanlar çox şeyi, o cümlədən olimpiada yazılarını bizdən öyrəniblər.

Bizim (demək mümkündürsə) bəzi alimlər Aran tarixi termini altında İranı başa düşürlər. Halbuki ellinlərlə yunanlar kimi iranlılarla farslar eyni xalq deyillər. İ. İ. Şopen yazır ki, bir zaman Misiri, Fələstini tutan İr və Aran nəsillərinin qalıqları indiki türkmənlərdir.
Aran müdriklərinin Finikiyada yaratdıqları əlifba əsasında Efiopiya əlifbaları, Efiopiya əlifbaları əsasında alban, iber və erməni əlifbaları tərtib edildi.
Qafqazın xristian əlifbalarının Efiopiya əlifbaları əsasında tərtib edilməsinin əsas iki səbəbi var idi. Birinci səbəb Efiopiyanın elitar nəsillərinin çoxunun türk əsilli olması idi. Onlar Ön Asiyadan Misirə köçmüş, oradan Nibiyaya və Efiopiyaya qovulmuşlar.
ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB
B.A.Turayev yazır: Abissena patriarxları ermənilərlə (ermənilərlə yox, iltisaqi dilli H’Ay, Kuş, Aran övladları ilə) eyni kökdən olduqlarını unutmurdular. Onların əsrlərlə davam edən əlaqələrinin səbəbi yalnız xristianlığın eyni təriqətində olmaları deyildi, eyni kökdən olmaları idi.

Eramızın I əsrində yaşamış yevrey alimi İosif Flavi yazır: – Nil vadisindən uzaq Efiopiyaya köçən Asiya xalqları hələ də özlərini Kuş övladları adlandırırlar.
Alban, iber, erməni əlifbalarının tərtib edildiyi IV əsrdə Efiopiyada yüzə yaxın etnik qrup yaşayırdı. Onların arasında dördü iqtisadi və hərbi qüdrətinə görə öndə gedirdi: – Amxar (Amar), Abas, Qız, İtoba. Bunlar hamısı türk mənşəli etnoslardır. Bir hissəsi Albaniyada qalmış, bir hissəsi Afrikaya köçmüşdür. Abas nəslinin adı ilə bəzi xalqlar Efiopiyanı Abissena, bəziləri Həbəşistan adlandırırlar. Efiopiya isə İtoba deməkdir. İtoba etnik adı it totemi ilə bağlıdır. Sami dillərində yazılan qədim mətnlərdə İtoba nəslinin adı kelbelim kimi tərcümə edilir. Kəlb ərəb dilində “it” deməkdir.

Amxar və ya Amar Albaniyanın qədim türk etnoslarından biri idi. Onların Efiopiyaya köçən qanadı samilərlə qarışmış, Azərbaycanda qalanlar türk və alban olaraq qalmışdır. Bizim üçün maraqlıdır ki, amxarlar itə it, pişiyə muş, ilana ilan, ataya ahta, qıza qız deyirdilər.
Mesrop Maştos əlifbanı tərtib edəndə Efiopiyanın dövlət dili qız dili idi. Ayrı-ayrı dövrlərin salnamələrində həmin dil qız, qıız, qeez dili adlandırılır.
Qız dilində kitaba daptara deyilirdi. Arxaik forması depderi olan dəftər Aran sözüdür. Aran müdrikləri keçi dərisindən hazırladıqları 20 x 30 sm. ölçülü vərəqləri depderi adlandırır və onlara yazı yazırdılar.
Dep-təpmək, yazmaq, deri-dəri deməkdir. Qız dilində daptara kimi deyilən söz qədim yunan və latın dillərinə tepthera formasında keçmişdir. Biz indi bu sözü dilimizdə dəftər kimi işlədirik və düşünürük ki, alınma sözdür.
Faruk Sümər yazır ki, Qız oğlu türkmən tayfalarından biri olub, XI əsrdə səlcuqlarla birləşmişdir.
Efiopiyanın Abas nəsli əvvəlcə Azərbaycanda yaşayırdı. Onların az bir hissəsi Albaniyada qalmış, çoxu Troyaya, oradan Misirə və Efiopiyaya köçüb getmişdir. Homerin “İliada”, Vergilinin “Eneida” eposlarında onlardan dəfələrlə bəhs edilir.
Rollen hələ 1751-ci ildə yazırdı ki, Abas Danayın oğludur (17, s. 270). Bu o deməkdir ki, Abas döyüşçüləri e. ö. XV-XIV əsrlərdə Danay tayfa ittifaqına daxil olmuşdur. Danaylar türk olub, Dana adlandırdıqları qızıl buğa bütünə sitayiş edirdilər.
Dion Kassiyə görə, Pompey Abas çayı sahilində albanlarla vuruşmuşdu. Belə hesab edilir ki, həmin çay indiki Alazandır. Abas alpları yunanlarla, romalılarla vuruşa-vuruşa Qafqaz dağlarının ətəklərinə çəkildilər. Bu barədə antik tarixçilərin əsərlərində bilgilər var.
Abas nəslinin patriarxlarından biri ter-Abas 551-596-cı illərdə Böyük Aran mahalının yepiskopu oldu.
Abas nəsli İtaliyada, Misirdə, Efiopiyada yad xalqlar arasında əriyib itsə də, öz yurdunda türk olaraq qaldı. Fikrimizi IX-X əsrlərdə xəzərlərin və peçeneqlərin arasında Abas nəsillərinin varlığı təsdiq edir.
Egiopiyanın hakim türk nəsillərindən biri amxarlar idi. Onlar Ön Asiyanın və Misirin qədim mənbələrində Amar da adlanır. İndi Amar Efiopiyanın hakim milləti, Amar dili ölkənin dövlət dilidir. Efiopiya əhalisinin yarısı – 15 milyon nəfəri Amar dilində danışır.
ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB
Efiopiyanın hakim nəsilləri İosif Flavinin yazdığı kimi, Kam və Kuş mənşəli olmuş, sonra onların dilləri tədricən sami dillərinin təsirilə dəyişmişdir. Bunu nə qədər inkar etməyə çalışsalar da, bəzi ermənişünasların əsərlərində görmək mümkündür.
Hans Yensen yazır ki, Mesrop Maştos erməni əlifbasını Efiopiyanın amxar, sabe, qız əlifbaları əsasında tərtib etmişdir.
Erməni alimi Qurqen Savak bir qədər irəli gedərək sübuta yetirdi ki, yalnız ermənilərin yox, həm də albanların və iberlərin əlifbaları Finikiya mənşəli Efiopiya əlifbaları əsasında tərtib edilmişdir.
Qurqen erməni əlifbasının Finikiya mənşəyindən bəhs etsə də, öz erməni xisləti ilə Finikiya əlifbasının Aran müdrikləri tərəfindən yaradılmasına toxunmur. İddia edir ki, Finikiya əlifbası və onun əsasında yaranan Efiop əlifbası sami əlifbasıdır.
N. A. Olderoqqe onunla razılaşmır. Bildirir ki, Efiopiyanın amxar, kava, qız və s. əlifbaları efiop-sami əlifbasıdır, yəni mənşəcə iltisaqi olub, sonradan samiləşmiş xalqların əlifbasıdır.
Özü də Aran nəslindən olan Mesrop Maştos yalnız siyasi səbəblərə görə yox, etnik səbəblərə görə, hər üç əlifbanı Efiopiya əlifbası əsasında tərtib etmişdir. Mesrop misirli deməkdir. Yəhudilər Aran sözünü misrim formasında öz dillərinə tərcümə etmiş, nəticədə Mesrop və Misir adları yaranmışdır.
Bizans imperatorları güclü Sasani dövlətinə qarşı mərkəzi Aksum şəhəri olan Efiopiya ilə ittifaqa can atırdılar. Onlar Qırmızı dənizdən üzüb keçməklə Hindistana ticarət yolu açmaq istəyirdilər.
O zaman Aksum dövləti çox güclənmişdi və Ərəbistan yarımadasının sahil şəhərlərini tutmuşdu.
Ermənilər Mesropa qədər yunan və pəhləvi əlifbalarından istifadə edirdilər. Hətta onlar iyerey Abelin gətirdiyi Suriya əlifbasını 2 il kilsədə şagirdlərə öyrətmişdilər. Mesrop yeni siyasi şəraitdə Efiopiya ilə yaxınlaşmağı lazım bildi və onların əlifbaları əsasında hər üç əlifbanı tərtib etdi.
Aksum dövləti özləri ilə xristianlığın eyni məzhəbində və oxşar dillərdə olan albanlara, iberlərə, ermənilərə ticarət imkanları yaratdı. Sinay dağının ətəyində, Qırmızı dəniz sahilində monastırlar tikildi.
Sonralar Məhəmməd peyğəmbər xüsusi sərəncam verib, Müqəddəs Katerina monastırını vergilərdən azad etdi. Peyğəmbər əleyhissəlamın həmin sərəncamı indiyədək Müqəddəs Katerina monastırında saxlanır.
ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB
IV-V əsrlərdə yazılan qız, amxar, kafa salnamələri bizim dövrümüzə qədər gəlib çatmasa da, əldə olan bəzi epitafik abidələr Efiopiyanın qədim etnoslarının mənşəyi haqqında fikirlər yürütməyə imkan verir.
Soldan sağa yazılan qız, kafa, amxar əlifbaları 36 hərfdən ibarət idi. Mesrop Maştos buna uyğun olaraq alban və erməni əlifbalarını 36 işarə ilə tərtib etdi və qız əlifbasının işarələrinin çoxunu olduğu kimi saxladı.
Sonra hər iki əlifbaya 2 işarə əlavə olundu. Əlimizdə erməni əlifbalarının 4, alban əlifbalarının 6 nümunəsi vardır. Onların hərflərinin xeyli hissəsi demək olar ki, eynidir.
Erməni dilçiləri iddia edirlər ki, albanların əlifbası 52 hərfdən ibarət imiş. Necə ola bilər ki, sami dilləri ilə qarışmış erməni dilində xırıltılı boğaz samitləri alban dilindəkindən az olsun? Hələ 40 il bundan qabaq M. X. Abeğyan yazırdı ki, albanların dili qismən, ermənilərin dili tamamilə yad ünsürlərlə qatışıqdır.
Ermənilər 52 hərf söhbətini ortaya artmaqla demək istəyirlər ki, albanların dili türk dillərinə qohum ola bilməz. Türk dillərində samitlərin sayı azdır.
Əlimizdə Sinay alban perqamentinin surəti vardır. Həmin perqamentdə cəmi 38 işarə ilə mətnlər yazılmışdır.
Ermənilər iddia edirdilər ki, alban əlifbası ilə yazıya alınmış heç bir mətn bizə gəlib çatmamışdır. Onlar düşünürdülər ki, bütün əlyazmalarını məhv ediblər.
Şükürlər olsun ki, Sinay yarımadasındakı Müqəddəs Katerina monastırından alban perqamenti tapıldı. Ermənilər uzaq Qırmızı dəniz sahilinə gedib, onu məhv edə bilməyiblər.
Alban əlifbası XIV əsrə – Qazan xan İslam dinini qəbul edənə qədər qalırdı. Gəncədə monqol xanlarının sarayında bu əlifba ilə məktublar yazılır, toplanan vergilərin hesabatı hazırlanırdı. Bu barədə köhnə nəsil gürcü tarixçiləri hələ XIX əsrin ortalarında məlumat vermişlər.
Tam əminliklə bildirirəm ki, Mxitar Qoşun “Alban salnaməsi” alban əlifbası ilə yazılmışdır.
Yaxın illərdə qədim erməni, gürcü, yevrey dilləri üzrə mətnşünaslar hazırlaya bilsək, biz Gelati, Çufut kala, Kafa epitafiya abidələri arasından o nümunələri tapa bilərik.
Sonralar Gürcüstanın inzibati ərazisinə daxil edilən David Qaraca, Mroval Mta mağara-monastırlarından gürcü və erməni əlifbaları ilə yanaşı türk, uyğur əlifbaları ilə yazılmış dualar tapıldı.
Həmin duaların biri belədir: "Ari tanqri, ari yuca, ari acalsez, İisa ki xaça çəktənk, rahmat galgil biza".
Həmin abidələr, xüsusilə qədim yevrey əlifbası ilə yazıya alınan epitafiya mətnlərinin bəziləri e. ö. II əsrə aiddir. Həmin abidələrə istinadən D. Xvolson yazır: "Heç kəs deyə bilməz ki, eradan əvvəl Qafqazda və Krımda türk yaşamamışdır".
18 noyabr 2017 /

ELMAR HƏSƏNLİNİN TƏQDİMATINDAN... MESROP MAŞTOS ƏLİFBA YARATMAYIB

Похожие новости

Tövrat – Azərbaycanda, qədim Azəri dilində yazılıb

Firudin Gilar Bəg Qədim dünyanın ən müqəddəs kitablarından biri də yəhudilərin Tövrat (Tora/Torah) kitabıdır. Deyilənə görə, Allah Musa peyğəmbərə Tövratı verəndən sonra dedi: “İndi Tövratı İsrailə

" İYİ"li, Kötülü hamısı erməni çıxır...

Meral Akşenerin liderliyində qurulan İYİ Partiyanın qurucularından olan Elmas Girağos kimdir? İYİ Partiyanın erməni kökənli qurucusu! Haber Ayyıldızın məlumatına görə Meral Akşener Başçılığında

DƏYƏRLİ TARİXÇİMİZ HƏBSDƏ OLAN VETERAN ÜÇÜN MÜRACİƏT YAYDI

REDAKSİYADAN: Dəyərli və vətənpərvər alimimiz D. Əzimlinin ürək yanğısı ilə yazdığı bu statusu döyüşçülər daha yaxından anlayacağı şəksizdir. Bizim bu məmləkətdən uzaqlarda olan veteranlarımıza üz

ERMƏNI YALANLARINI IFŞA EDƏN KITAB AZƏRBAYCANDA DA KIMLƏRISƏ HIDDƏTLƏNDIRDI

RİZVAN HÜSEYNOV “Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi tərəfindən rus dilində nəşr edilən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ