.

Nikol Paşinyan: Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz…

06 okt 2018
Nikol Paşinyan: Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz…

Axar.az-ın yaydığı məlumata görə, “Ermənistanın səsi” özünün dünənki buraxılışında hansısa bir tarixçinin “Qəhrəmanlıq tarixini unutmaq” adlı məqaləsini dərc edib. Məqalədə müəllif “Erməni xalqının qəhrəmanlıq keçmişi haqqında əfsanələr”ə şübhə ilə yanaşır, doğulan gündən ermənilərin ağıllarına yeridilən və soylarından gələnlərə yalnız soyqırım, alçaldılma, satqınlıq və əxlaqsızlıq ehtiyatı kimi şeyləri miras qoyan “ermənilərin əcdadlarını tərif və tərənnümü” ideologiyasını tənqid edir.
Bəs, erməniləri mümkün qədər doğru xarakterizə edən üstəlik əcdadlarının ünvanına lənətlə müşayiət olunan bu kifayət qədər parlaq və obyektiv fikirlərin müəllifi kimdir?

Yəqin ki, məqaləni bir türkün və ya azərbaycanlının, yaxud bir müsəlmanın yazdığını düşünəcəksiniz. Amma heç vaxt ağlınıza gəlməz ki. bunu bir erməni yazıb.
Həm də “adi erməni” yox, hazırda Ermənistanın baş naziri olan Nikol Paşinyan!
Əvvəlcə, məqalə ilə tanış olaq:
“Erməni xalqına siyasi və elmi tribunalardan edilən ən populyar müraciətlər tarixdən dərs çıxarmaq zərurətinə aid edilir. Erməni xalqı öz ziyalısına qulaq asmaqdan qəti şəkildə imtina edir və tarixdən nəticə çıxarmaqla bağlı çağırışların getdikcə daha populyar olması da bundan xəbər verir. Ola bilər ki, buna səbəb tarixdən nəticə çıxarmağa çağıran ziyalının daha sonra erməni xalqının qəhrəmanlıq tarixi barədə əfsanələr yazmağa, əcdadlarımızı tərif etməyə və ucaltmağa başlamasıdır. Ümumiyyətlə isə əcdadlarımızı obyektiv qiymətləndirmək bir iş, onları tərifləmək tamam başqa işdir.

Gəlin əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanlayaq: bu əcdadlarımız bizə nə vəsiyyət etdi, özlərindən sonra nə qoyub getdilər?

Heç bir şeydən daha artıq bir şey. Çünki “heç bir şey” – bu bizin sıfırdan başlamalı olduğumuz haldır, ancaq biz bilinmir hansı mənfidən başlamalıyıq. Çünki bizim əcdadlarımız bizə sadəcə belə soyqırımlar, alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar ehtiyatı miras qoyublar. Belə görünür ki, bunu aradan qaldırmaq çətin, həddən artıq çətindir.
Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər.

Bizim əcdadlarımız ən azından öz nəsillərinin qeydinə heyvanların instiktiv şəkildə öz nəsillərinin qeydinə qaldığı kimi də qalmadı. Mən bizim əcdadlarımızı tərif edən hər kəsi qınayıram. Bununla da sadəcə bundan sonrakı nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququnu inkar edir, bizə, yaşayanlara isə gələcək nəsillərə heç bir şey vəsiyyət etməmək haqqını bəxş edirlər. Əcdadlarımızı tərənnüm etməklə onlar indiki erməni məmurlarının təkəbbürlü gedəçələri kimi primitiv tərbiyə almamış oğlunun xəyanətinə məruz qalan Böyük Tiqran adladırılan şəxsin öz tacını Roma hökmdarının altına atdığı həmin vaxtdan başlayan və artıq iki min ildən artıqdır ki, içində olduğumuz bu sonsuz prosesə sadəcə yeni təkan verirlər.

MƏN ƏCDADLARIMIZI LƏNƏTLƏYİRƏM. Çünki onlar iranlı bir əyalət aliminə İsfahan küçələrində gəzərək bizə Şah Abbasın erməniləri bura Cuqidən (Culfa) qovduğunu və onları burada şəhər inşa etməyə çağırdığını izah etməsinə imkan verdik. Biz bu tarixdən hansı nəticəni çıxarda bilərik? Kimsə bu hekayədən qürur duyur: “Deməli, ermənilər inşaatçılar olublar”, – deyirlər. Bu inşaatçıların sürü kimi bir yerdən digərinə qovulmasının, onların bəzilərinin İran çöllərini “ermənilərin müqəddəs yerlərinə çevirməklə yolda qalmasının” isə heç kim fərqinə varmır.

Öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Bəzən bizim biabırçı və alçaldıcı keçmişimizi qəhrəmanlıqlarla dolu kimi göstərən tarixçiləri anlayıram. Onlar həqiqi tarixin bizi sındıra, alçalda biləcəyini düşünürlər. Ancaq saxtakarlıq daha çox dağıntıya səbəb olur və bizə dayanmağa, minillik alçaldılmamızı qırmağa icazə vermir. Deməli, biz öz tariximizdən hansı nəticəni çıxara bilərik?

Gəlin, onu unudaq. Gəlin, hər şeyi tamamilə sıfırdan başlayaq. Elə bil ki, Tanrı bizi indicə yaradıb və biz keçmişdə mövcud olmamışıq. Təsəvvür edirsiniz, nəfəs almaq necə də asan olacaq? Gəlin, təsəvvür edək ki, Mesrop Maştots indicə bizim hərflərimizi yaradıb, Narekatsi, ola bilər Mxitar Qoş, David Anaxt və daha bir neçə doğmamız bizimlə yaşayır və başqa heç nə yoxdur. Yerdə qalanları keçmişdə buraxaq. Qoy onlar nə qədər istəyirlər doğrasınlar, bir-birilərini satsınlar, qovulsunlar, soyqırıma məruz qalsınlar və alçaldılsınlar. Belə olan halda ola bilər ki, öz tariximizdən nəticə çıxara bilək, çünki o artıq bizim tariximiz olmayacaq”.
Bu məqalə Paşinyanın özünün “Aykakan Jamanak” qəzetində 9 dekabr 2005-ci ildə çap olunub. Paşinyan öz məqaləsində erməni tarixini unutmağı səmimi şəkildə təklif edir və “qəhrəmanlıq tarixi” anlayışını dırnaq içində saxlayır. Bütün bu dərin fikirləri jurnalist və baş redaktor olduğu dövrdə tarixçi ünvanına iddia edən Paşinyan siyasət həyatına başlamamışdan əvvəl özünün müxalifyönlü nəşrinin səhifələrində təqdim edib. Daha sonra 2006-cı ildə Paşinyan “Aylntrank” (Alternativ) ictimai-siyasi təşəbbüsünün formalaşdırılmasında iştirak edib. 2007-ci ildə parlament seçkiləri ərəfəsində Demokratik Vətən və Mühafizəkarlar Partiyası ilə birlikdə “İmpiçment” adlı seçkiqabağı blok yaradıb. Yeri gəlmişkən, sözügedən blok seçkilərdə məğlub olur.
Maraqlıdır, bu günün dəyişən şərtləri, siyasi olimpin zirvəsinə gözlənilməz və qəfil yüksəlişi ilə öz xalqının biabırçı və alçaldıcı adlandırdığı, satqınlıq və əxlaqsızlıqla dolu, saxta ”qəhrəmanlıq keçmişi” ilə bağlı mövcud dünyagörüşünü izhar etmək mümkündürmü?
Əlbəttə, bu gün Paşinyan öz xalqının tarixinin və yəqin ki, unutmaq istəyəcəyi həmin məqalənin hayında deyil. O, yəqin ki, indi daxildəki problemləri həll etməyə, hakimiyyətdə qalmağa cəhd etməkdə, qarışıqlığa batmamaqda, Qarabağ məsələsində üzünü çirkaba batırmamaqda maraqlıdır.

Lakin, necə deyərlər, əlyazmalar yanmır. Artıq Nikola məqaləsi barədə xatırladıblar və onu erməni xalqının tarixinə və şərəfinə hücum etməkdə günahlandırıblar. Baxmayaraq ki, Paşinyan tarixdəki erməni yalanlarını ifşa edən Corc Burnutyan, Levon Avdoyan, Riçard Ovannisyan, Ronald Qriqor Syuni, həmçinin sovet tədqiqatçıları Emanuel Dolbakyan, Manuk Abeqyan, Aşot Abramyan, Rafik Amramyan, Qriqor Qriqoryan, Suren Yeremyan, Abqar İoannisyan, Yakov Mandanyan, Karapet Məlik Ocaqyan və erməni tarixini sərt tənqid edən digər Qərb erməni alimlərinin pleyadasını diqqətlə öyrənməklə o zaman sadəcə öz ağlının sorğularının nəticəsini yazmışdı, ermənilər hətta psevdotarixi hücumlara görə Cinayət Məcəlləsində uyğun cəza olmadığı üçün təəssüfləndilər.

Lakin burada vacib olan başqa məsələ var. Bir qədər əvvəl ermənilərin soyqırımını inkar edən və erməni tarixinin saxtalaşdırıldığını, əslində isə vətənsiz olduqlarını qəbul edən bir şəxs indi baş nazir kimi antitürk və antiazərbaycan siyasətinə rəhbərlik edəcək, 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərin “soyqırım” kimi tanınmasına çalışacaq və Dağlıq Qarabağı həyasızcasına “tarixi vətən” adlandıracaq?

Nikol Paşinyan: Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz…

314

ЕЩЕ НА ЭТУ ТЕМУ:

PAŞİNYAN:

PAŞİNYAN: "Mən Dağlıq Qarabağ əhalisi adından danışa bilmərəm"

Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə belə deyib: "Mən Ermənistanın baş naziriyəm və Ermənistan
Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Fedai.az virtualaz.org-a istinadən
Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Rusiya Göyçə və Şəmşəddini Azərbaycana verəcək

Paşinyanın Putinə rəhbərlik istəyinin acı nəticəsi Ermənistan Rusiyanın “böyük qardaşı” olmaq istəyir. Fedai.az İstiPress-ə istinadən xəbər verir ki,
PAŞİNYAN DA LAZIMI ÇAĞIRIR...

PAŞİNYAN DA LAZIMI ÇAĞIRIR...

"Lazım gəlsə, bütün dünya erməniləri Azərbaycana cavab zərbəsi endirmək üçün güclərini əsirgəməyəcək. Məhvinizə az qalır". Bu sözləri Ermənistanın saxta
Erməni tarixçi: “Soyqırımda” türkləri günahlandırmaq səfehlikdir

Erməni tarixçi: “Soyqırımda” türkləri günahlandırmaq səfehlikdir

[img=left][/img] Ermənistanlı tarixçi, ədəbiyyatşünas və bloger Filip Ekozyans öz “Facebook” səhifəsində erməni xalqına video müraciət ünvanlayıb. Oxu.Az

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ