.

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

17 okt 2018
Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər



















Natiqlərlə bağlı araşdırma göstərib ki, əl hərəkətləri sizin cazibədarlığınızı daha da artıra bilər. David Robson izah edir.

Növbəti dəfə TED çıxışı və ya bir siyasi nitq izləyərkən, spikerin əl hərəkətlərinə fikir verin. Aramla hərəkət etdirir, yoxsa enerji ilə? İncədirmi, kobuddurmu? Və əllər daha çox hansı cür hərəkət etdirilir - şaquli, yoxsa üfüqi?

Bir çoxumuza bəllidir ki, mesajı çatdırmaq üçün hərəkətlər bəzən sözlərdən daha təsirli olur. Məsələn, dərin tonlu səs səlahiyyət göstəricisi kimi qəbul olunur və hər hanısısa müdirin gəliri və şirkətdə nə qədər işləyəcəyinə təsir edən mühüm göstəricidir.

Vyana Universitetindən Markus Koppensteiner-in apardığı son araşdırmada jestlərdən geniş istifadə edən insanlar tədqiq olunub və maraqlı nəticələr əldə edilib. Hətta digər mümkün bütün faktorlar nəzərə alındıqda belə, əl hərəkətləri ektsraversiya və dominantlıq kimi şəxsiyyətin mühüm xüsusiyyətlərini üzə çıxarır.

Eyni zamanda jestlər insanların fiziki hündürlüyünə də təsir göstərir - dinləyicilər sizi bir neçə santimetr hündür və ya alçaq qəbul edə bilərlər.

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər


















Koppensteiner-in əldə etdiyi nəticələr "güc pozaları" - məsələn əllər beldə ayaqlar aralı duruş Superwoman mənasına gəlir - üzrə məşhur araşdırmanı xatırladır. Bu kiçik jestlər ictimai çıxışdan öncə insanlarda əminlik yaradan hərəkətlərdir.
Çoxsaylı bənzəri araşdırmalar aparan Harvard Universitetindən müəllimə Amy Cuddy-nin təbirincə, "bacarana qədər sınamağa davam edin".
Cuddy-nin araşdırması tənqidlə üzləşsə də, son tədqiqatlar göstərib ki, böyük kütlələrə xitab edən insanların həmin kütlələr tərəfindən qəbul edilməsində güc pozalarının böyük təsiri var.
Fəqət yeni araşdırmada bir neçə mühüm fərq də mövcuddur. Güc pozaları çıxışdan əvvəl, şəxsi səviyyədə məşq etmək üçün yaradılıb və davamlı hərəkətlərdən daha çox, statik pozisiyalardan ibarətdir.
Koppensteiner-in araşdırması isə əksinə, spiker danışdıqca etdiyi əl hərəkətləri və başqa insanların buna münasibətini yoxlayır. Məsələn o, siyasətçilərin çıxış videolarını izləyir, sonra həmin videoları çubuq cizgi filmi fiqurlarına çevirir ki, üz ifadələri kimi qarışıq faktorlar görünməsin.
Sonra isə iştirakçılardan bu səssiz cizgi filmlərində spesifik şəxsiyyət xüsusiyyətlərini qiymətləndirmələrini istəyir.

Vicdanlılıq, şüurluluq kimi bəzi xüsusiyyətləri əl jestlərindən müəyyənləşdirmək çətin olsa da, digərlərini rahatlıqa ayırd etmək olub.
Məsələn, ekstraversiya qısa sakitlik anları ilə müşayiət olunan daha çox hərəkətli fiqurlara şamil edilib.

İştirakçılar səlahiyyətli şəxs/rəhbər mövqeyinə sahib insanları isə daha çox şaquli əl hərəkətləri ilə ayırıblar - əlləri kürsüdən çiyinlərə qədər qaldırmaqla. Bu cür jestlərdən istifadə edən insanlar adətən dominant olurlar.

"Bir çox araşdırmalarımda eyni nəticə ilə üzləşirəm," Koppensteiner deyir.

2015-ci ildə dərc olunan bir məqalədə Koppensteiner aşkarlayıb ki, çubuq fiqurların hərəkətləri əsasında əldə olunan bu şəxsiyyət reytinqləri sayəsində siyasətçilərin real həyatdakı çıxışları zamanı nə qədər alqış aldığını proqnozlaşdırmaq mümkündür.

Eləcə də məzmundan asılı olaraq, dominantlıq jestləri pozitiv və ya neqativ qavranılır. Yəqin ki, yanlış şəraitdə hakimlik jestləri də təkəbbürlü, aqressiv və ya dözülməz təsir bağışlayır.

Dominantlıq təsirindən başqa, şaquli əl hərəkətlərinin natiqin fiziki hündürlüyünə də təsir göstərdiyi düşünülür.
"İştirakçılar, çubuq fiqurların real hündürlüyü ilə, əllərini yuxarı-aşağı, daha geniş jestlərlə hərəkət etdirdikdəlri zaman hiss olunan hündürlük arasına fərqi hiss ediblər," o deyir.

Bu hissi yaradan dəqiq psixoloji mexanizm hələ aydın deyil. Əvvəlki araşdırma hündür insanların təbii olaraq yaxşı lider olduğunu göstərsə də, hərəkətlərin vizual illüziya yaradaraq bu təsviri əmələ gətirdiyi düşünülür.

Belə olduqda dominantlıq da artır. Lakin bu həm də əks istiqamətdə işləyə bilər: artan dominantlıq dəyişən hündürlük qavrayışına aparıb çıxarar.

"Bilirik ki, yüksək vəzifəli insanlar həm də hündür kimi görünürlər," Koppensteiner deyir.
O, aktyor Tom Crusie-i misal çəkir. Onun boyunu hündür göstərən bir faktor güclü kamera işidirsə, biri də kamera qarşısında əmin duruşudur.

Koppensteiner-in nəticələri daha az rəsmi olan araşdırmaları da dəstəkləyir. Məsələn, yazıçı və bədən dili məşqçisi Vanessa Van Edwards yüzlərlə TED çıxışlarını nəzərdən keçirib.

O, bəzi çıxışların internetdə kifayət qədər çox yayılması, bəzilərinin isə heç bir diqqət cəlb etməməsinin səbəbini aydınlaşdırmağa çalışıb.
O müəyyənləşdirib ki, ən uğurlu videolarda təxminən iki dəfə artıq əl jestlərindən istifadə olunur (272-465 nisbətində). Və bu, Koppensteiner-in araşdırması ilə üst-üstə düşür: çox əl hərəkəti spikeri daha xarizmatik və bilgili göstərir.

Bir şeyi vurğulamaq da lazımdır ki, Koppensteiner hələ uğurlu hərəkətlərin yamsılandığı halda hansı nəticələr yaradacağını sınaqdan keçirtməyib. Bununla belə o, bəzi insanların bilərəkdən performans sərgilədiyini düşünür. Bəlkə də bunda xarakter fərqi də rol oynayır.
İctimai çıxış bir çoxumuzun ən böyük fobiyalarından biridir. Bu təcrübəni inkişaf etdirmək yolunda verilən istənilən ipucu az da olsa, insanda əminliyi artıracaq.

Qoyun əlləriniz danışsın, bilmək olmaz bəlkə də bu zaman sözlər də dinləyicilərin ürəyinə daha asanlıqla yol tapar.(bbc.com)

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

92

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Tələbələr niyə çox yatmalıdırlar?

Tələbələr niyə çox yatmalıdırlar?

Gecə istirahətinin insan yaddaşı üçün faydalarını nevroloqlar hələ indi anlamağa başlayıblar. Böyük Britaniyada yerləşən Royal Holloway Universitetindən
Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? – Psixoloq məsləhəti

Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? – Psixoloq məsləhəti

Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş
Ağıllı olduğunuzu göstərən 11 əlamət

Ağıllı olduğunuzu göstərən 11 əlamət

Əsrlə boyu elm adamları insanın intellektini ölçmək üçün müxtəlif üsullar tərtib ediblər və İQ testləri də bunlardan biridir. Ancaq bu test insanın
Əqli gücü artırmağın səkkiz yolu

Əqli gücü artırmağın səkkiz yolu

Pis yaddaşdan əziyyət çəkirsinizsə və ya beyninizin qocalıdığını hiss edirsinizsə, sizə yaxşı xəbərimiz var. Olubmu ki, var gücünüzlə kiminsə adını və ya bir
Uşaqlarınızın uğur qazanmasını istəyirsinizsə...

Uşaqlarınızın uğur qazanmasını istəyirsinizsə...

Araşdırma: Uşaqlarınızın uğur qazanmasını istəyirsinizsə, onları məktəbə 1 il gec göndərin Hamımız həyatda uğur qazanmaq istəyirik.Biz valideyn olduğumuz

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ