.

MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN

17 okt 2018
MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN

















Elbariz Məmmədl

Hamı səndən küsür, dara düşəndə,
Yükünü götürüb, qaçır qürbətə.
Canın ilmə-ilmə sökülüb gedir,
Təpərin, dözümün uçur qürbətə-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Nimdaş duruşundan əzab tökülür,
Yalın ayağında dabanın çat-çat.
İllərdi, bir rahat ömür gəzirsən,
Ümid gözləməkdən dodağın çat-çat-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Elə yüz illərdi, başın bəlalı,
Bir daş qoymamışıq, daşının üstə.
Elə çəpərlərin daralıb gedir,
Elə qışın gəlir, qışının üstə-
Mən sənin nəyindən küsüm,ay Vətən.

Dərdi ovutmağa söz tapmaq olmur,
Sözün də yeri var, söz həddinədək.
Burdan əllərimiz uzalı qalıb,
Ruhunun doğuşu Çin səddinədək-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Bir qara qutudu taleyin, bağlı,
Niyə açammırıq, qara qutunu?
Hələ sinəsində gəzdirən varsa,
Keçmiş işğalların atributunu-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Özgə masalarda yağlı tikəsən,
Uralanmış bağsan, bizə çatınca.
Hamı bu dünyada söz sahibidi,
Sənə növbə çatmır, sözə çatınca-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Yaman varlığını urvatdan salıb,
Harın adamların harın niyyəti.
Çəkib ümidini dar ağacına,
Bogazdan yuxarı qarın niyyəti-
Mən sənin nəyindən küsüm, ay Vətən.

Sinənin üstündə ölü kimiyik,
Tanrıdan üzülən ruhu, qəlbi ac.
Sən də bizim kimi can üstündəsən,
Sən də bizim kimi yalın-yalavac-
Mən sənin nəyindən küsüm, ay Vətən.

MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN















GƏLƏCƏK

Belə yürüyəməz bu gidi dünya,
Suların durulan vaxtı gələcək.
Üzü zülmətlərə gedən yolların,
İşığa burulan vaxtı gələcək.

Öpüb qucaqlasın yüz yol şər şəri,
Lap qonsun çiyninə mələklər, şərin,
Yolu açılacaq bir gün, məhşərin,
Divanın qurulan vaxtı gələcək.

Çox da duyğumuzda yaz, xəyal kimi,
Ölüm çoxlarına gəlir, bal kimi,
Susdurub hamını zülm, lal kimi,
Zəncirin qırılan vaxtı gələcək.

Adama dərd gəlir, adamdan bəri,
Bu dama daş yağır, o damdan bəri,
Tamah ki, başlayıb, Adəmdən bəri,
Gələcək, yorulan vaxtı, gələcək.
MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN


























HARDASAN?

Ermənilər Şuşanı,Kəlbəcəri, Laçını tikib özününküləşdirir
Ruhumuzu, yaddaşımızı silir. Bəs, biz?

Hardasan, hardasan ay, ev yiyəsi,
Viranə yurduna yiyə çıxan var.
Sən burda həsrətdən göyə çıxırsan,
Orda binələnib göyə çıxan var.

Hələ kimlərdənsə əlac umursan,
Hələ bitmədimi, sən uyan nağıl?
Gör neçə illərdi ağlını alıb,
Ruhunda naftalin qoxuyan nağıl.

Yenə də geriyə qayıdır zaman,
İtən yurdları da belə verıblər.
Qatıb başımızı kor nağıllara,
Səni də, məni də ələ veriblər.

Canın girovunda ehtiyacların,
Hara varacaqsan, ianələrlə?
Beləcə gününü yola verirsən,
Ömrünü sümürən bəhanələrlə.

Nə tez unuduldu, nə tez keçildi,
Sinənə çəkilən xaçın dağları,
Həsrət cığırlardan asıb özünü,
Dərdi quzulayan Laçın dağları,

Bu nə susqunluqdu, bu nə sükutdu,
Dan gəlir sükutun daşa, dan belə.
Atam, səndən ötrü böyük dərdmi var,
Xocalıdan belə, Şuşadan belə.

Gözləmə ki, gələr, ağ atlı oğlan,
Onu gətirəsi ruha çər dəyib.
Boş yerə sinənə döyməyə dəyməz,
Burdan Laçın deyib, Kəlbəcər deyib.

Elə istəyirsən, yurda dönəsən,
Səni inandığın yalanlar qoymur.
Mayası düşmənin qanından gələn,
Filanlar, filanlar, filanlar qoymur.

Yuxunda görürsən, əsir yurdları,
Bir gün tükənəcək, bu yuxular da.
Girov ocağından izin silinir,
Hardasan, ay yurdun yiyəsi, harda?


MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN

MƏN SƏNİN NƏYİNDƏN KÜSÜM, AY VƏTƏN

193

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Kliniki ölüm keçirən şəxs danışdı: “İsa Peyğəmbər məni geri qaytardı”

Kliniki ölüm keçirən şəxs danışdı: “İsa Peyğəmbər məni geri qaytardı”

ABŞ-da növbəti paranormal hadisə baş verib. Fedai.az xəbər verir ki, iki dəfə kliniki ölüm keçirən Çarli adlı şəxs qəribə hadisələrdən danışıb. O, iddia edib
VƏTƏNSİZ (pritça)

VƏTƏNSİZ (pritça)

Hicran Hüseynova Vətən yaxşı şeydi, deyirlər. Qədim bir atalar sözündə də “Vətənə gəldim, imana gəldim” deyilir. Qəribədi, belə çıxır ki, qürbətdə yaşayanlar
DÜNYA MƏNİM NƏYİMDİ Kİ?

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?

EL BƏYİ DÜNYA MƏNİM NƏYİMDİ Kİ? Yollar uzun, yorulmuşam, Lillənmişəm, durulmuşam, Özümü satın almışam, Dünya mənim nəyimdi ki? Verdiyi pay gözün yaşı, Dərd
Anan ölsün, ay Vətən!

Anan ölsün, ay Vətən!

Milli Daşqın Ziyəddinoğlu Üstünə yağıbdı qar, bu gecə sübhə qədər, Soyuq oldu sənə də, üşüdünmü can, Vətən? Yaraların dərindi, simlədərsən, qorxuram, Qaysaq
Ramiz Rövşənin 71 yaşı tamam oldu

Ramiz Rövşənin 71 yaşı tamam oldu

Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq. Qara

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ