.

Yuxu gözəlliyin əsası, ünsiyyətin uğurudur

23 okt 2018
Yuxu gözəlliyin əsası, ünsiyyətin uğurudur


















İnsanlar yorğun adamları sevmirlər

İsveç alımlərinin qənaətinə görə, kifayət qədər yuxu yatmaq təkcə sağlamlıq üçün deyil, həm də xarici görünüş üçün çox əhəmiyyətlidir.
Belə ki, yuxusunu tam almayanlar cazibədarlığını itirir və insanlar şüuraltı olaraq onlarla münasibətdən yayınır.
Göz altındakı torbalar və şişlər ona gətirib çıxarır ki, sizinlə kimsə görüşmək istəmir. İsveç alimləri bu cür düşünürlər.

Sınaq

Sınaqda hər iki cinsdən olan 25 tələbə iştirak edib. Könüllüllərə sınaq şərtlərinin tələb etdiyi zaman onların həqiqətən də yatmadığını müəyyən etmək üçün bədən hərəkətlərini ölçən xüsusi cihaz verilib.

Onlar əvvəlcə iki gecə ardıcıl yaxşı yatmaq, bir həftə sonra isə iki gecə cəmi 4 saat yatmaq barədə göstəriş alıblar. Səhər tədqiqatçılar könüllülərin şəkillərini çəkiblər.

Daha sonra alimlər bu şəkilləri Stokholm şəhərində tələbələri tanımayan 122 adama göstəriblər. Onlara bu insanların nə dərəcədə cazibədar olduqlarıı, sağlam olub olmadıqları və onlara etibar etmək olarmı kimi suallar verilib.

Suallar arasında "Siz bu insanlarla görüşmək istərdinizmi?" sualı da yer alıb.

Sorğu iştirakçıları gözlənilməz asanlıqla könüllülərdən hansının yorğun olduğunu və yatmaq istədiyini müəyyən ediblər. Belə aydın olub ki, şəkillərdə daha yorğun görünən tələbələr daha az diqqət cəlb edir.

Sorğu iştirakçıları yuxusuz insanlarla görüşmək istəmələrinə şübhə ilə yanaşıblar. Respondentlər həmçinin şəkildəki insanların sağlam olmalarına da şübhə ediblər.

"Ünsiyyətdən yayınmaq"

Stockholmdakı Caroline İnstitutunun tədqiqatçılarının dediklərinə görə, bu cür seçimlər təkamül nöqteyi nəzərindən məntiqlidir.
"Səbəbindən asılı olmayaraq sağlam görünüşə malik olmayan üz başqalarında özünü qoruma hissini qaldırır, bu isə ünsiyyətdən yayınmağa sövq edir", - institutun hesabatında deyilir. Başqa sözlə desək insanlar xəstələrlə bir arada olmaq istəmir, enerjili və sağlam insanlar daha cəlbedici görünürlər.

Lakin tədqiqat qrupuna başçılıq edən həkim Tina Sundelin bu məsələni şişirtməməyə çağırıb.

"İnsanların çoxu bəzən yuxusunu almayan zaman heç bir problem yaşamırlar".

Liverpool universitetinin psixoloqu Gale Brewer "cazibədarlığın adətən şüuraltı" qəbul olunduğunu deyir.

"Bununla yanaşı biz kiminsə yorğun və ya xəstə olduğunu hətta xırda əlamətlərdən belə hiss etmək qabiliyyətinə sahibik".

"Biz istəyirik ki, bizim tərəf müqabilimiz sağlam və enerjili olsun. Bu tədqiqat isə növbəti dəfə yuxunun necə vacib olduğunu xatırladır", - deyə psixoloq xanım əlavə edib.(bbc.com)

Yuxu gözəlliyin əsası, ünsiyyətin uğurudur

46

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

Natiqlərlə bağlı araşdırma göstərib ki, əl hərəkətləri sizin cazibədarlığınızı daha da artıra bilər. David Robson izah edir. Növbəti dəfə TED çıxışı və ya bir
Kitab oxumağın bilinməyən faydası

Kitab oxumağın bilinməyən faydası

Kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var
Tələbələr niyə çox yatmalıdırlar?

Tələbələr niyə çox yatmalıdırlar?

Gecə istirahətinin insan yaddaşı üçün faydalarını nevroloqlar hələ indi anlamağa başlayıblar. Böyük Britaniyada yerləşən Royal Holloway Universitetindən
Dünyada 4 cür insan var imiş. Kimdir onlar?

Dünyada 4 cür insan var imiş. Kimdir onlar?

[b] Bir elmi araşdırma insanların xarakter xüsusiyyətlərinə görə 4 fərqli kateqoriyaya bölündüyünü müəyyən edib. Elm adamlarının dünyada 1,5 milyon insan
Ağıllı olduğunuzu göstərən 11 əlamət

Ağıllı olduğunuzu göstərən 11 əlamət

Əsrlə boyu elm adamları insanın intellektini ölçmək üçün müxtəlif üsullar tərtib ediblər və İQ testləri də bunlardan biridir. Ancaq bu test insanın

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ