QANLILIQ

QANLILIQ


Dahi Üzeyir Hacıbəyov

Danabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayi Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. QoçbalanIn arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.
Danabaş kəndi – Kərbəlayi Hümmətəli ilə Qoçbala kişinin arasında vaqe olan soyuqluğun səbəbi bütün təfsilatı ilə məlum olubdur. Əcnəbi qəzetələrin yazdığına görə Qoçbala kişinin günaşırı yumurtlayan çil toyuğu dünən gündüz saat üçdə çəpərdən aşıb Kərbəlayi Hümmətəli gilin həyətinə giribdir.
Kərbəlayi Hümmətəlinin balaca oğlu Həsənin keçən il Daşdibi kəndindən çolpa halında gətirmiş olduğu qızıl xoruz çəpərdən aşan çil toyuğu görüb üstünə hüçum etdikdə məzkur toyuq geri qaçmağa yol tapmayıb, özünü Kərbəlayi Hümmətəli gilin otağına təpibdir. Kərbəlayi Hümmətəlinin cəhrə əyirməyə məşğul olan arvadı – kiş-kiş eləyib ayağa durduqda binəva toyuq çığıra-çığıra qapıdan çölə yügürür. Tərs kimi Kərbəlayi Hümmətəlinin özü bu halda qapıdan içəri daxil olur. Özünü itirmiş toyuq təkrar içəri təpilib taxçaya minir və orada olan çini boşqabı salıb sındırır. Şayiələrə görə Kərbəlayi Hümmətəli bu boşqabı öz əlilə şəhərdən 25 qəpik pula alıbmış.
Danabaş kəndi – Kərbəlayi Hümmətəlinin oğlu Həsən sınmış boşqabın əvəzini çıxmaq üçün Qoçbalakişi gilin «Alabaş» adlı itinin vurub qıçını sındırıbdır. Nağıl edirlər ki, Qoçbala kişi bu iti bir oğlana dəyişməz imiş.
Danabaş kəndi – Qəzetələrin son nüsxələrinə görə Kərbəlayi Hümmətəligil ilə Qoçbala kişigilin arasında münasibəti–həmsayəki qət olunubdur. Ona bina danışırlar ki, müharibə naçardır. Hər iki tərəf hazırlaşmaqdadır. Bu gün yetişən agentə teleqrafına görə Qoçbala kişi, Kərbəlayi Hümmətəlinin oğlu Həsəni axtarırmış ki, o da vurub onun qıçını sındırsın.
- Əcnəbi qəzetələri yazırlar ki, bu iki qonşu arasinda
naçar olan müharibəni dəf edib, araya sülh salmaq üçün Hacı Əmirqulu tərəfindən sərf olunan səy və Hümmətdən heç bir nəticə hasil olmadı.
Bu gün, sabah müharibə başlanacaqdır. Dünən boşqabların sınıqlarını evdən bayıra süpürən əsnada Kərbəlayi Hümmətəlinin arvadı, yanıqlı bir nitq söyləyib, toyuq yiyəsinin atasına söymüşdür. Qoçbala kişinin balaca qızı bu nitqi eşidib, haman dəm, anasına və anası da axşam atasına xəbər veribdir.
Danabaş kəndi – Müharibə başlandı. Ən əvvəl Kərbəlayi Hümmətəlinin arvadı ilə Qoçbala kişinin arvadı arasında müsadimə vaqe olub, hər iki tərəf bir-birinə qarşı şiddətli bir söyüş atəşi açdılar. Bu atəş iki saat davam edib, bəd Qoçbala kişinin ar-adı başı açıq olduğuna görə, artıq davam edə bilməyib, evə tərəf geri çəkilməyə məcbur oldu.
Danabaş – Bu gün sübh tezdən yenə iki arvad arasıada müsadimə vaqe oldu. Axşam çağı qəti müharibə gözlənilir.
Danabaş – Saat üç tamamda, Qoçbalakişi əlirdə xən- çər Muxtarın üstünə sürətli bir hücum qurduğu əsnada Muxtar güllə ilə vurub Qoçbalakişini öldürdü. Ona görə o tərəf basıldı. Şayiələrə görə polis müdaxiləsi gözlənilir.
Danabaş – Muxtar qaçıbdır, gözləndiyi üzrə polis müdaxilə edib, Kərbəlayi Hümmətəli tutuldu. Qoçbala kişinin qanını almaq vəzifəsi qardaşı Həsənqulunun boynuna düşür.
Danabaş – Bu gün alınan teleqraf xəbər verir ki, dünən gecə saat 9-da Muxtar çəpərlərin dibində güllə ilə öldürülübdür. Həsənqulu kənddən qaçdığına görə zənn edirlər ki, Muxtarı öldürən odur. Muxtarın qanını almaq vəzifəsi Muxtarın əmisi oğlu Səfiyarın boynunadır.
Danabaş – Kərbəlayi Hümmətəli ilə Qoçbala kişinin arasında müharibəyə səbəb olan çil toyuğu dünən gecə saat 2-də çaqqal aparıb yeyibdir.
Bu xəbər bütün kənd əhlini təşvişə salıbdır. Toyuqların əmin-amanlığı tərəfindən böyük nigarançılıq vardır. Qərar qoyulub ki, gecələr itləri zənçirdən buraxıb açıq saxlasınlar.

P.S. Bu gündən dahi publisist Üzeyir bəyin felyetonlarını sizlərə təqdim edəcəyik. Çünki biz o yazıllanlara əməl etmədik və anlamadığımız 100 il sonra da ortadadır.

İdeya müəllifi: Əli Nəsib Zərdabi
27 noyabr 2018 /

QANLILIQ

Похожие новости

MÜBARİZ DƏSTƏ

(Milləti ermənilərdən qoruyan Kərbəlayı ) İrəvan xanlığında məskunlaşdırılan ermənilər tezliklə yerli türk-müsəlman əhaliyə problemlər yaratmağa başladı. Çar Rusiyasına arxalanan ermənilərin

ZİYALI ETİRAZI: "Tələsmə, torpaqlarımızı yaxın vaxtlara azad edəcəyik"

İlham İsmayıl Bu etirazçını şəxsən tanımıram. Bu kişi ürəyinin hökmü ilə gəlib, içindəki vətən, torpaq sevgisi ilə gəlib XİN qarşısında şüar qaldırıb ki, düşmənə müharibə elan edin. Bu kişi vətən

ÖZ EVİNİ DÖVLƏTƏ VERƏN DİFAİ ÜZVÜ

2000 erməni quldur dəstəsini bir gündə məhv etdi. Bala Məşədi 1870-ci ildə-ci ildə Gəncə şəhərində anadan olub. Atası Kərbəlayı Qasım kişinin 3 oğlan övladı vardı. Bala Məşədi övladlardan kiçiyi

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan məlumata görə altı ata və oğul şəhidimiz

Azərbaycanın ermənilərə qan udduran “Mübariz dəstə”si-FOTOLAR

Daşnak polis zabiti formasında olan iki nəfər İrəvanın mərkəzindəki ikimərtəbəli evin qarşısında faytondan düşərək, giriş qapısı qarşısında keşik çəkən erməni əsgərlərinə yaxınlaşır. Əsgərlər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ