22 Noy 01:47GÜNDƏM / VETERAN

Büdcənin milyardları bir yana, bizim "qan pulları" hara getdi...

Büdcənin milyardları bir yana, bizim "qan pulları" hara getdi...



















Bir ildir ki, büdcə müzakirəsini gözləyirik. Düşünürük ki, "qan pulu" adı verilən kompensasiya pullarından Baş Nazir A. Rasizadə yekun qərarı nəhayət ki, verəcək. Amma deyəsən, bu dəfə də yaddan çıxıb. Ölkə qanunvericiliyinə görə ən üst qurum sayılan Konstitusiya Məhkəməsinin qərarı onun təsdiq etdiyi deputatların müzakirə və qərarı adıyla neçə ildir ki, yubadılır. Məlum olan odur ki, bu pullar zaman-zaman Azərsığorta DSŞ hesabına ödəyib. Belə çıxır ki, bu "qan pulları" kimlərinsə himayəsi ilə dövr etdirilir. Amma son bəhanələri olan Milli Məclis üzvləri də Musavat.com-un verdiyi xəbərə görə, bu suala cavab axtarırlar. Musavat.com verdiyi məlumata görə, deputat Məlahət İbrahımqızı şəhid ailələrinin sığortası ilə bağlı hökumətə müraciət etdi: “Mən bilmək istəyirəm, şəhid ailələrinin və əlillərin sığorta haqqının ödənilməsi 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulubmu? Artıq bu məsələ Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb”.

Deputat Qənirə Paşayeva da bu problemdən bəhs etdi və hökumətdən məsələyə aydınlıq gətirməsini xahiş etdi: “Bu ailələr bizim başımızın tacıdır, onlara borcluyuq. Amma biz millət vəkillərinin onlara veriləcək cavabı olmur. Sığorta pulu ilə bağlı nəhayət, hansısa addımlar atılacaqmı? Şəhid ailələri açıq şəkildə deyirlər ki, bu pula çox ciddi ehtiyacları var. Bu vəsaiti hissə-hissə ödəmək mümkün deyilmi?”

Sadə bir suala illərcə cavab verə bilməyən A. Rasizadə hökuməti bu dəfə də məsələnin üstündən sükutla keçəcəyi görünür...

Fedai.az Araşdırma Qrupu
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ