Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür


Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür..Bu qərar Osmanlı dövləti tərəfindən verilmişdi. Ordu bölmələrinin, komandanlığın formalaşması, döyüş-plan xəritəsi 1918-ci ilin iyununda paytaxt İstanbulda hazırlanmışdı. Artıq Qafqaz İslam Ordusunun döyüş tapşırığının icrasına başlamasına heç bir maneə qalmamışdı....

Bu, həmin günlər idi ki, Bakı bolşevik-daşnak hərbi birlikləri tərəfindən işğal edilmiş, 1918-ci ilin mart soyqırımı törədilmişdi. Dünya güclərinin neftə olan ehtiyacı Bakıya marağı artmışdı və onlar Xəzərin Abşeron sahillərinə doğru can atırdı. Bu hərbi-siyasi yürüş həm də geostrateji mövqeyinə görə əlverişli bir bölgəyə sahib olmaq üçün idi.

O dövrün geosiyasi mənzərəsini göz önünə gətirmək üçün Azərbaycan Milli Şurasının üzvü olmuş Miryaqub Mehdiyevin bu fikrini xatırlatmaq kifayət edər yəqin. O, yazırdı: “”Britaniya şiri” Xəzərin cənubundan Abşeron yarımadasına sıçramaq istəyirdi ki, neft mədənlərinə qonmaq istəyən “Alman qartalları”na imkan verməsin”.

Osmanlı dövləti isə dini və dili bir olan soydaşlarının yardım çağırışına cavab verməkdə və bölgədə öz təsir gücünü artırmaqda maraqlı idi.

Bütün bu iddialı və təmənnalı yürüşlərin içində yalnız Osmanlı dövləti dini və milli təəssübkeşlikdən çıxış edərək Bakıya doğru irəliləyirdi. Bu dini və milli təəssübkeşlik o qədər güclü idi ki, Birinci Dünya müharibəsində demək olar ki, bütün cəbhələrdə məğlub olan Osmanlı ordusu yeganə olaraq Qafqaz – Azərbaycan cəbhəsində zəfər qazandı. Özü də bu proses qısa müddətdə və sürətlə həyata keçdi.

Bütün sadalanan proseslərin hüquqi bazasını 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri arasında aparılan danışıqların yekunu olaraq imzalanan “Sülh və dostluq haqqında” müqavilə təşkil etdi. Bu müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyəti dövlət kimi ilk olaraq Osmanlı tərəfindən tanındı və Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərmək barədə öhdəlik götürdü.

Buna qədər isə Azərbaycan Milli Şurası ölkənin yarısını bürümüş bolşevik-daşnak virusundan xilas olmaq üçün yollar axtarır, ağır təzyiqlərə tab gətirməyə çalışırdı...

Həmin dövrdə dünyanın yeni siyasi xəritəsi çəkilirdi. Bütün bu kataklizmlərə baxmayaraq, Osmanlı dövlətinin hərbiyyə naziri İsmayıl Ənvər paşa soydaşlarına kömək göstərməyin yollarını axtarırdı. Turançılıq ideologiyasını rəhbər tutan bacarıqlı sərkərdə və siyasətçi Ənvər paşa türk torpaqlarının azadlığı uğrunda aparılan mücadilədə soydaşlarının yanında olmağı qərarlaşdırır. O, şəxsi təşəbbüsü ilə Osmanlı dövlətinin siyasi rəhbərliyini Azərbaycan Xalq Cümhuriyyətinə hərbi dəstək verməyə razı salır. Bu ağır tapşırığı isə 29 yaşlı qardaşı Nuru paşaya həvalə edir.

Xatırlatmaq yerinə düşər ki, Ənvər paşa 1-ci Dünya müharibəsi zamanı Osmanlıya qarşı üsyan qaldıran və dövləti arxadan vuran ermənilərin 1915-ci ildə köçürülməsi haqqında qərarının da təşəbbüskarıdır və daxili işlər naziri Tələt paşanın yaxından iştirakı ilə bu prosesi uğurla həyata keçirib. Beləliklə, ermənilər iki türk xalqı arasında “qara yara” ola biləcək bir ərazidən – Anadolunun şərq vilayətlərindən Osmanlının ucqarlarına köçürülüblər.

Haşiyə: Osmanlı dövlətinin müttəfiqi olan Almaniya Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərdən şərqə doğru keçilməsini istəmirdi. Almanların Gürcüstan və xüsusilə Bakı nefti ilə bağlı gizli planları da var idi, bu səbəblə türk ordusunun Azərbaycana girməsinə qarşı çıxırdı. Bu və digər səbəblərə görə Ənvər paşa bu təşkilatlanmanı son dərəcə gizli həyata keçirirdi. Başda Almaniya və Rusiya olmaqla, böyük dövlətlərin diqqətini çəkməmək üçün qurulacaq ordunun Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edilmiş kimi göstərilməsinə cəhd edirdi. Bu səbəbdən orduya da “Qafqaz İslam Ordusu” adının verilməsi uyğun sayıldı.

Beləliklə, Ənvər paşanın əmri ilə Osmanlı ordusunun beşinci diviziyası Azərbaycana gəlir. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə - milli hökumətə köməyə çatır. Əhali Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edir. Osmanlıların beşinci piyada diviziyası və cümhuriyyətin hərbi nazirinin müavini, general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil olunur. Nuru paşanın rəhbərlik etdiyi orduya Osmanlı əsgərləri və azərbaycanlılardan ibarət 18 min hərbçi daxil edilir. Stepan Şaumyanın başçılıq etdiyi və böyük əksəriyyəti ermənilərdən təşkil edilən Bakı Sovetinin qoşunları da adekvat addımlar atır. İyunun 10-da Bakı Sovetinin ixtiyarında olan 20 minlik yaxşı silahlanmış qoşun Gəncə istiqamətinə yürüşə başlayır. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşır və burada Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə qarşı-qarşıya gəlir. İki həftə davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələnir. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusu Bakı istiqamətində irəliləməyə başlayır.

İyulun sonunda S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur olur, qiyafəsini dəyişir və 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət yeni bir mürtəce qurum – “Sentrokaspi” diktaturası yaradılır. Bakını nəyin bahasına olursa-olsun əldən vermək istəməyən “Sentrokaspi” diktaturası ingilis qoşunlarını köməyə çağırır. Lakin bu da onları xilas edə bilmir.

Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başlayır. Daşnak-bolşevik qoşunları darmadağın edilir və xilaskar ordu Bakıya daxil olur. Qafqaz İslam Ordusu Bakını cümhuriyyətə, cümhuriyyəti isə bütün Azərbaycan xalqına qovuşdurur. Nəhayət, sentyabrın 17-də milli hökumət Gəncədən Bakıya köçür...

Lakin Osmanlı İmperiyasının hərbi bölmələri Azərbaycanda çox qala bilmir. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan “Mudros” müqaviləsinə görə məğlub sayılan Osmanlı dövlətinin qoşunları Azərbaycandan çıxmalı olur. 1918-ci il noyabrın 17-də sonuncu Osmanlı-türk bölüyü Bakını tərk edir...

Mübarizə isə davam edir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən nail olur. Bundan sonra gerçək tariximiz xatırlanır. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər Xiyabanında Türk Şəhidliyi abidəsi ucaldılır...

Qafqaz İslam Ordusu necə yarandı?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ənvər paşanın həyatı, onun ideoloji xətti hələ də tam araşdırılmamış və öyrənilməmiş qalıb. Ənvər paşanı bacarıqlı bir sərkərdə, dünya müharibəsində məğlub olmuş ordunun komandanı, dövlətinin ən çətin vaxtlarında özündə güc tapıb soydaşlarının dövlət qurmaq cəhdlərinə dəstək verən fədakar, eyni zamanda Turan arzusu səbəbi ilə xəyalpərəst siyasətçi kimi də xarakterizə etmək olar. Hətta onun tərcümeyi-halında 1920-ci ildə Bakıda keçirilən Kommunist Partiyasının qurultayının iştirakçısı olduğu məqamı da yer alıb. Bütün bunları nəzərə alaraq, onun fəaliyyətinin bəzi məqamlarına toxunmaq yerinə düşər.

Nədənsə, bir çox hallarda Ənvər paşanın fəaliyyətinin üzərindən sükutla keçirilir, Qafqaz İslam Ordusunun yaradılmasındakı əvəzsiz xidməti xatırlanmır. Elə fikir yaranır ki, Qafqaz İslam Ordusunu sanki Nuru paşa özbaşına yaradıb və Azərbaycana gətirib. Əlbəttə, Azərbaycanı azad edən ordunun komandanı kimi Nuru paşanın əməyini danmaq olmaz, amma unudulmamalıdır ki, indi tarixin bir mərhələsi kimi görünən bu hadisələr zamanında ciddi siyasi-hərbi gedişlər idi. Bu mənada Osmanlı ordusunun 29 yaşlı yarbayının (polkovnik-leytenant) dünya xəritəsini dəyişəcək belə bir prosesə təkbaşına başçılıq etməsi qeyri-mümkündür. Azərbaycan xalqı onu rus-erməni soyqırımından xilas edən insanı tanımalı və bilməlidir ki, Osmanlı dövlətinin bu qərarı verməsi, Qafqaz İslam Ordusunun formalaşdırılıb Azərbaycana göndərilməsi və döyüş tapşırığını şərəflə yerinə yetirməsi bilavasitə Ənvər paşanın adı ilə bağlıdır.

Ənvər paşanın bu istiqamətdə əsas rollardan birini oynadığına dair sənədlər Osmanlı dövlətinin hərbi arxivlərində saxlanılır. Sənədlərdə bildirilir ki, 1917-ci il bolşevik inqilabından sonra əsir olduğu Rusiyadan indiki İraqın Mosul şəhərinə qaçan avstraliyalı bir zabit Osmanlı Silahlı Qüvvələrinin VI ordusunun komandanı Xəlil paşanın vasitəçiliyi ilə Osmanlı dövlətinin baş komandan vəkili-hərbi nazir Ənvər paşa ilə görüşür və Rusiyadakı mövcud vəziyyət haqda ona müfəssəl məlumat verir. Bununla yanaşı, Rusiyadakı Kazan Türkləri Milli İdarəsinin rəisi Sədri Məqsudi Arsal 1918-ci ilin mayında Osmanlı dövlətinin Moskvadakı səfiri Qalib Kəmali bəyi ziyarət edir. Bu görüş zamanı Kazan Türkləri Milli İdarəsinin rəisi deyir ki, Türküstanın birinci qapısı Bakıdır, Kazan, Türküstan və Azərbaycan türklərinin müstəqilliklərini qazana bilmələri üçün Qafqaz və Bakı dərhal işğaldan azad edilməlidir. Bu və buna bənzər məlumatların artması nəticəsində Ənvər paşa vəziyyəti dəyərləndirərək, Qafqazda hərbi əməliyyatlara başlanmasının mümkünlüyü fikrinə gəlir. Qafqaza hərbi yürüşün Osmanlı dövlətinin etibarını yenidən yüksəldəcəyini də düşünən Ənvər paşa bölgədəki qətliamları dayandırmaq üçün müvafiq addımlar atır. Əvvəlcə albay Kazım Qarabəkir ilə görüşür. Ancaq Kazım bəy Ərzurum və ətrafının azad edilməsi üçün çalışdığını bildirərək, bu vəzifəni icra edə bilməyəcəyini söyləyir. Bundan sonra Ənvər paşa həmin vəzifəyə ögey qardaşı Nuru bəyin təyin olunmasına dair əmr imzalayır. Həmçinin, Nuru bəy yarbaylıqdan (polkovnik-leytenant) general-leytenant rütbəsinə yüksəldilir. Daha sonra isə Osmanlı sultanı Nuru paşanın Qafqaz İslam Ordusunun komandanı təyin olunması və bütün Qafqazda sultan adından hərbi və siyasi fəaliyyət göstərəcəyinə dair fərman verir.
Vaxtın azlığını dərk edən Ənvər paşa qısa müddət ərzində türk hərbi birliklərinin Azərbaycanın istiqlalı uğrunda əməliyyatlarda iştirakını təmin edir. Bakının azad olunmasından sonra Azərbaycanın şimal bölgələrində, həmçinin Qarabağda apardığı savaşlarda yüzlərlə türk əsgəri şəhid olur.

Ümumilikdə 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 min əsgər və zabiti şəhid olub. Onların 1130 nəfəri Osmanlı-türk əsgəri idi.

Turan xəyalı...

Ənvər paşa məlum olduğu kimi, həm də bir turançı idi. 1921-ci ilin oktyabr ayında Orta Asiya türklərini müstəmləkəçi ingilislərə qarşı birləşdirmək və Turan dövləti qurmaq niyyəti ilə Batumdan Buxaraya gedir. Turan Xaqanlığını qurmaq üçün böyük mücadilə aparır və ruslara qarşı döyüşən Basmaçılar hərəkatına dəstək verir. 1922-ci ilin fevralında əmrində olduğu Basmaçı qüvvələri ilə Düşənbəni ələ keçirir və oradakı rus qarnizonunu əsir alır. Daha sonra bolşeviklərin işğalı altında olan Xorasan və Buxaranın azad olunması əməliyyatlarına başçılıq edir. 1922-ci il iyunun 22-də Kafiran müharibəsində məğlub olduqdan sonra dağlara çəkilmək məcburiyyətində qalır. 1922-ci ilin 4 avqustunda indiki Tacikistan Respublikası ərazisində - Belçivan bölgəsindəki döyüşlərin birində rus-bolşevik bölməsinin komandiri, milliyətçə erməni Akop Məlikyanın həyata keçirdiyi əməliyyat zamanı həlak olur. 1996-cı ilin avqustunda onun nəşi Türkiyəyə gətirilərək İstanbuldakı “Abideyi-Hürriyyət” təpəsində, Tələt paşanın məzarının yanında rəsmi mərasimlə dəfn olunub. Mərasimdə prezident Süleyman Dəmirəl, o vaxt dövlət naziri olan indiki prezident Abdullah Gül, müdafiə naziri Turhan Tayan və digər rəsmi şəxslər iştirak edib.

Haşiyə:Ənvər paşanın həyat yolunu, Osmanlı və türk tarixindəki rolunu, Qafqazın rus-erməni işğalından azad edilməsi, böyük Turan dövlətinin qurulması uğrunda apardığı mübarizəni bir yazı ilə əhatə etmək mümkün deyil. Bioqrafiyasında təzadlı məqamların olmasına baxmayaraq, onun mübarizə yolu bir örnəkdir və bütün türklər tərəfindən daim hörmətlə xatırlanmalıdır.

Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur. (karabakhmedia.az)

Ramil Məmmədli
23 noyabr 2017 /

Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür

Похожие новости

VƏFALI TÜRK GƏLDİ YENƏ!

AYNUR TALIBLI .Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul Qafqaz Türk-İslam O rdusunu ehtiramla anırıq... Türk vəfalıdır, ədalətlidir, məzlumun yanındadır və zalıma qarşıdır. Türk dünyaya nizam

Katolik papaların törətdikləri soyqırımlar

Müharibə başlayanda din xadimləri öz nüfuzlarından istifadə edərək, baş verən faciənin qarşısını almağa çalışırdılar. Lakin sonrakı hadisələr göstərir ki, diktatorların hakimiyyətə gəlməsinə, böyük

Azərbaycanın ermənilərə qan udduran “Mübariz dəstə”si-FOTOLAR

Daşnak polis zabiti formasında olan iki nəfər İrəvanın mərkəzindəki ikimərtəbəli evin qarşısında faytondan düşərək, giriş qapısı qarşısında keşik çəkən erməni əsgərlərinə yaxınlaşır. Əsgərlər

TÜRKİYƏDƏ CÜMHURİYYƏT BAYRAMIDIR

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Dünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlirAzərbaycanda Milli Məclis buraxıldı"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilərSabiq prezident 17 il azadlıqdan məhrum edildiSəudiyyə sülaləsi tarixi sənədlərlə yəhudi çıxdıBu bizim hekayəmiz, o qədər saf, o qədər təmiz ...Daha bir qazimiz sıralarımızı tərk etdi...Haqqa yürüdüDüşmənin növbəti böhtanıİlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.Tramp erməni hiyeredulu Kardaşyana "çılpaq poz vermə"-deyibMüharibə veteranı həkimlər bir aradaİlham Əliyev Valeri Gerasimovla görüşdüŞəhid ailələrinə və müharibə əlillərinə daha 100 mənzil verildiİlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTOABŞ-da iki erməni dığası EVLƏNİBLƏR...VİDEO“Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə...” - Prezident İlham ƏliyevBakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMA
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ