.

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

23 noy 2017
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu
Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb)
Ağdərə kolanıları arasında tam olmayan məlumata görə altı ata və oğul şəhidimiz var. Xatınbəyli -1, Baş Güneypəyə - 1, İmarət-Qərvənd (Kərəmli) - 2 və Sırxavənd -2. Qəhrəman kolanı əhalisi gücləri daxilində düşmənə qarşı vuruşaraq Vətən yolunda öz döğma canlarından və candan əziz bildikləri övladlarının da canından keçmişlər. İmarət-Qərvənd (Kərəmli) kəndi Ağdərənin cənnət guşələrindən biriydi və əhalisinin qəhrəmanlığı dillər əzbəriydi. Lakin kimsəsizlik və köməksizlik bu kəndin işğalına səbəb oldu. Azsaylı əhalisiylə düşməni qorxu altında saxladığına görə bu kənd, düşmənin ilk hədəfi oldu. Rus-erməni hərbi birləşmələri 24 sentyabr 1991-ci ildə kəndi işğal etdilər. Kənd əhalisii silahı yerə qoymayıb "Qisasçı" partizan dəstəsi yaradaraq düşmənlə mübarizəni davam etdirdi. Yaşından asılı olmayaraq hər kəs düşmənlə mübarizəyə qalxmışdı...
Almasov Tağı Süleyman oğlu 1929-cu il fevralın 17-də anadan olub. Ömrü boyu kolxozda çalışıb. Erməni xəyanəti başlayan zamandan onlarla mübarizəyə qalxıb. İmarət-Qərvənd partizan dəstəsinin qocaman və fəal üzvlərindən olub. Oğlanları da onunla birgə döyüşüb. 1991-ci ilin son gecə döyüşündə erməni hücumunun qarşısının alınmasında Tağı kişinin əvəzsiz xidmətləri olub. Ümumiyyətlə, elə bir döyüş olmayıb ki, o öz oğlanları ilə birgə iştirak etməsin.
Kərməlinin qəhrəmanlıq epopeyası olan hücum və müdafiəsində, sonralar isə Kəlbəcərin, xüsusən də Ağdabanın müdafiəsində şücaətlər göstərən Tağı kişinin
döyüşçü taleyinə də, şəhidlik yazıldı.
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu




























8 aprel 1992-ci il. Ağdaban faciəsi baş verən zaman Tağı kişi də köməyə tələsən ön dəstədə idi. Bağlıpəyə - Ağdaban yolunda pusquya düşürlər. Dəstə axıra qədər döyüşərək, düşmənə təslim olmadılar. Bir neçə nəfər mühasirədən çıxa bildi.
Qalanları isə həlak oldu. Oğlu Şahid də bu döyüşdə düşmən gülləsinin qurbanı oldu.
Bu ata-oğul şəhidlər Bağlıpəyə kənd qəbiristanlığında dəfn edildilər.
Almasov Şahid Tağı oğlu 1 yanvar 1969-cu ildə anadan olub. 1991-ci il sentyabrın 24-də İmarət-Qərvənd kəndi yandırılan zaman düşməndən sonra qisas almağa can
atan igidlər, sonralar “Qisasçı” partizan dəstəsinə könüllü daxil olublar. Şahid də belələrindən idi. Atası Tağı kişi və qardaşları ilə birgə döyüşürdü.
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu
Kəşfiyyatçı idi. Əsas döyüşləri Qetavan, Zərdəxaç, Aterk, Çapar uğrunda olmuşdu. Qardaşı ilə birlikdə kəşfiyyatda olarkən kənddə qalmış ağacı-daşı söküb aparan erməniləri məhv etmişdilər. Çaparda neçə düşməni evi-eşiyi ilə birlikdə cəhənnəmə göndərmişdilər. Kəşfiyyatçı kimi əvəzsiz bir döyüşçü idi.
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu
Ancaq o, da Ağdaban faciəsi baş verən zaman köməyə tələsən dəstədə pusquya düşdü. Düşmənin sıx həlqəsini yarmağa cəhd edərkən həlak oldu. Misilsiz döyüş yolu keçmiş Şahid, atası ilə birgə şəhid oldu. Arzusu kəndinə qayıtmaq, bu yolda
axıra qədər döyüşüb qisas almaq idi.
9 aprel 1992-ci ildə ata-oğul şəhidlər Bağlıpəyə kənd qəbiristanlığında dəfn edildilər.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Fedai.az Araşdırma Qrupu

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

448

ЕЩЕ НА ЭТУ ТЕМУ:

ATA-OĞUL ŞƏHİDLƏR

ATA-OĞUL ŞƏHİDLƏR

SƏN, ŞƏHİD OĞLU, ŞƏHİD İSTƏMƏ MƏNDƏN MAQBƏR, SƏNƏ AĞUŞUNU AÇMIŞ VƏ DURUR PEYĞƏMBƏR! Mehmet Akif[img=left] Bu barədə mətbuatda az yazılıb. Qarabağ
AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi
Cəsur kəşfiyyatçılar haqqında

Cəsur kəşfiyyatçılar haqqında "Səkkiz oğul istərəm...” filmi nümayiş etdirildi (FOTOLAR)

Azərbaycanın ilk hərbi diktoru olan Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

Vətənin hər qarışı əzizdi. Hər çınqılına min can fəda olsun. Amma Qazax rayonunun 7 kəndi Bağanis Ayrım (24 mart 1990-cı il), Xeyrimli (8 mart 1992-ci il),
Yaşımız artdıqca sıralarımız seyrəlir

Yaşımız artdıqca sıralarımız seyrəlir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin daha bir üzvünü itirdik. Daha bir nəfər keçmiş döyüşçümüz haqqa yürüdü. İkinci qrup Vətən

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ