Bildiniz də nə deyirəm?!

Bildiniz də nə deyirəm?!




Aydın Canıyev

Информация для размышление: Moskvada tələbə yoldaşımın qardaşının kafesində qaldığım vaxtlarda çox ibrətamiz bir hadisə başıma gəldi. Deməli, tələbə yoldaşımın qardaşı polisdə sanballı işdə işləyir, bir arxayınçılıq var ki, burada kimsə bizi incidə bilməz, üstəlik də "kriminal ünsürlər" yaxın düşməz. Elə bu əminliyə görə də kafeyə gələn istənilən soydaş-müştəriylə çox sərbəst danışıram, fikirlərimin qoruq-qaytağı olmur, hətta bir dəfə çənəm qızışıb, əməlli-başlı "prava kaçat"layıram. Tələbə yoldaşım qıraqdan qaş-göz edir, səsinin tonunu qaldırıb həyəcanla "Aydın, sarsaqlama" xəbərdarlığı edir, hara dayanıram e - vətənpərvərlik damarım tutub! Qardaş da məni çayaşağı buraxıb, çayyuxarı gəzir, maksimum darmadağın edir, amma dirəşirəm e!
Nəhayət, "atışma"nın sonunda yemək sifariş verir, bizi qonaq edir və kafeni tərk edəndə tələbə yoldaşıma deyir ki, Aydın qardaşdı, nə kömək lazım olsa, mənə deyərsən, sonra da qoluma girib deyir ki, məni ötür. Kafedən maşınacan çox olsa bir 100 metr. Dediyim o ibrətamiz hadisə soydaşımızın tələbə yoldaşıma dediyi sözlərlə başlandı, elə həmin o 100 metrdə də bitdi!
Adam kriminal dünyanın ən bərkgedən qruplaşmasının üzvü, hətta deyərdim ki, killerlərindən biri imiş. Maşında mənə göstərdiyi vizitkalarda ən balaca adamın adının qabağında general-mayor rütbəsi dururdu, baqajda ən müxtəlif növ silahlar da ki, öz yerində: "Qrup yoldaşın bilməsin, sabah gələrsən filan yerə, söhbəti orada davam edərik. Səndən soruşsa ki, nə dedim sənə, çıxarıb bu pulları göstərərsən ki, xərclik verdi".
Geri qayıdanda nə illah elədimsə bu kim idi, sizin yanınızda belə adam neynir, tələbə yoldaşım "allah üzünə baxdı, yaxşı qurtardın, əgər tapşırmasaydı, səni özüm qovacaqdım burdan". Özümü o yerə qoymayıb, xərclik üçün verdiyi pulları göstərdim və əlavə etdim: "Sən o fakültəyə necə giribsən, nə üçün oxuyubsan, başa düşmürəm, bildiyin o qədərdi, adam gördün necə dəyər verdi?"
- Ay gic, o bir də buralara gələndə gözünə görünmə, bu dəfə bəxtin gətirdi, vurub öldürəcək, sənin meyitini də ondan ala bilmərik ki, dədənin xarabasına göndərək. Elə deməyinə də arxayın olmamışdım, əgər pul verməsəydi...
- Yaxşı da, onda de kimdi, sizin yanınızda neynir, niyə əvvəldən xəbərdar etmirdin, qoymusan güllə hədəfində, indi deyirsən bəxtin gətirdi. Banditin burda nə işi var?
- Ay "tupoy", oxumursan, baxmırsan səhərdən-axşama deyirlər "kriminalnaya Rossiya"? Burada azərbaycanlı necə rahat kafe işlədə bilər, banditlərlə əlaqəli olmasa? Səkkiz kriminal qruplaşma var, hərəsinin "krışa"sı bir generaldı. Nə axmaq-axmaq vətənpərvərlikdən danışırsan? Hansı qanundan danışırsan ki, ölkədən didərgin salınan, qohum-əqrəbası həbsə alınanla?
... Səhər dediyi yerə dediyi vaxtda getdim. Bahalı restoranlardan biri idi. Oturub sakit və rahat şəraitdə yeyib-içdik. Heç nə danışmadı. Bir kəlmə də. Lap axırda başladı danışmağa! Fikrini bitirən kimi durdu getdi, yenə də cibimə xərclik qoymaqla.
- Dünən başının gülləsi əskik idi o cür "prava kaçat"lamağına görə. Amma sən elə bilirdin ki, səni tanımıram. Gülləni ona görə başına vurmadım ki, məni düşmən və təhlükəli saymırdın. Mən də bilirdim ki, bura öyrədilib izimizə düşmək üçün göndərilənlərdən deyilsən. Həqiqətən vətənpərvər adamsan. Müvəqqəti çörək pulu qazanmaq üçün yazılar yazmağa gəlmisən. O kafedəki qızların da heç birinə girişmirsən - fikrin-zikrin üç-beş manat düzəldib qayıtmaqdı. Eləcə də gecə sonuncu müştərinin getməyini gözləyib, səhər süpürgəçi gələndə durub gedirsən, o bir tikə çörəyin pulunun dalınca. Oradakı Yulya mənim "qızım"dı, biləsən ki, gələn gündən nə işlə məşğul olduğunu dəqiq bilirəm. Bax, mənim bu cüssəsiz, 13 kilo 700 qramlıq canımın üstünə öz həqiqətlərinlə, özü də yalnız sənin nəzərində düz olan fikirlərlə cumanda, fərqində deyildin ki, bu dəqiqə güllə ağzının içindən açılacaq! Sənin qrup yoldaşına səni tapşırmasaydım, mənə xoş olsun deyə səni elə mən gedəndən sonra döydürüb ordan qovduracaqdı, heç ağlına da gətirməzdin ki, davanı o tələbə yoldaşın düzüb-qoşub səni rədd eləmək üçün. Zırpılığa qalsa, boynuyoğunluğa qalsa, həqiqətə qalsa, Moskvadı e, dünya çempionları itə tökdü, hərəsi yüzünün boynun qırar haqsız ola-ola, amma görürsən ki, iki metr boyu var, 120 kilo çəkisi, başını aşağı salıb işinin dalınca gedir. 35 yaşın var, körpə deyilsən, hələ də başa düşməmisən ki, sənin oxuduğun kitablardakı gözəl ideyalar, təbliğ etdiyin dəyərlər sadəcə nəzəriyyədi, həyatı yaşamağın və yola verməyin hər dövlətdə öz qaydaları var? Dünən demirəm təkcə mən mərhəmətli oldum, dünən həm də sən haqlı idin, anidən bir elementar səhvin bəs edərdi. Bu gün səni çağırmaqda bir məqsədim var ki, biləsən, ölkələr həm də sənin qəddarcasına əleyhinə yazdığın kriminal qüvvələrlə idarə olunur. Adi bir misal. Zırrramanın biridi, qolunda bir az güc var, qarnında da bir az artıq piy. Danışır "böö-böö". Hökümət buna necə başa salsın ki, insan azadlıqları, demokratik dəyərlər o demək deyil ki, sən milli-əxlaqi dəyərlərin üstünə get, qloballaşma, inteqrasiya deyibən gəl bütün hər şeyə tüpür, özünə kreativ, lotu imici yarat? Bax, sən hələ də ehtiyatsızlıq edirsən, halbuki dünən vizitkanı görəndən, silahların baqajda olmağına şahid olandan sonra min kilometr uzaq qaçmalıydın burdan, amma indi də mənimlə üz-üzə oturubsan! Sənin o 180 santimlik boyuna, 80 kiloluq çəkinə güllə də çoxdu! Bir yumruq, sadəcə bir yumruq bəs edər ki, yıxılasan, 28 gündən sonra özünə gələrsən və ömür boyu heç nəyi xatırlamayacaqsan, özü də ağzının suyu axa-axa! Başa düşdün? Təbliğ edəndə də belə incəlikləri təbliğ elə əllə-qolla danışana! Danışmağı öyrənmək lazımdır, öyrətmək lazımdır! Problem olsa, tələbə yoldaşına deyərsən, istənilən adamı başa salarıq. Bir yumruq və 28 gün huşsuz. Ayılandan sonra da ağzının suyu axa-axa gəzəcək. Onu vuran adamı görsə də xatırlamaz.
2008-ci ildən 10 il keçib. Hər dəfə mətbuatda, fb-də, mavi ekranlarda, MM-də danışanlara qulaq asanda, yazdıqlarını oxuyanda görürəm ki, İlahi, bir yumruqluq nə qədər adam var bu ölkədə!
Nökərin sözü olmasın, biri mən, bəs bu qalanlarını kim yumruqlayacaq? Bunlar haçan yazmağı, danışmağı öyrənəcək?
P.S. Boynuma alıram, qorxumdan ta 2015-ci ilə qədər Moskvaya getmədim! Moskvada jurnalistə həm də "hökümətin sukası" kimi baxırlar və əmin olurlarsa qənaətlərində doğrudurlar, görüm-baxım edirlər, yox, müxalifətçisənsə, ya Moskvada "olmurlar", ya da başları çox "qarışıq" olur. Ancaq dərindən və yaxından tanıdıqların səninlə görüşməyə vaxt tapır!
Heç kimi də günahlandırmaq lazım deyil - biz doğrudan da danışmağı və yazmağı öyrənməmişik axı! Elementar polemika mədəniyyəti yoxdu!
P.P.S. Son dəfə Moskvada olanda eşitdim ki, "qardaş" ağır xəstəlikdən rəhmətə gedib! Bu xalqın "öküzlərini, kəllərini, danalarını" bir yumruğa susdura biləcək oğulları da dünyanı tərk edə-edə gedirlər. Amma hər halda o yumruğu hardan və necə vurmağın qaydasını bilənlər hardasa var...
21 dekabr 2018 /

Bildiniz də nə deyirəm?!

Похожие новости

Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

Xaqani Ədəboğlu Azərbaycanlı Mamed arvadının balıq sevdasını həll etmək üçün oğurluq bir yerdə Xəzərə qarmaq atır. Çox gözlədikdən sonra qarmağına bir balıq düşdüyünü görüb sevinclə qarmağını

İT-ə qarşı tədbirə İT-in münasibəti: Aydın CANIYEV

Aydın Canıyev, İT(İntellektual Terminator)-jurnalist İT-ə qarşı tədbirə İT-in münasibəti Və yaxud qlobal məsələlərin müzakirəsinə tülüngülərin ikrahedici baxışına İT rəyi... Çətin məsələdi,

Dünyanı utandırmağın yolları

Aydın Canıyev REMARKA: Anamı məndən bir anın içində aldılar. Apardılar palataya. İndicə yanımda ağrılarına şərik olduğum anam analizlərdən sonra həmən... yatağa uzadılmışdı və mənə icazə vermədilər

NIZAMI HƏYATOVDAN LƏTİFƏLƏR...

ƏLİMDƏ METR VƏ QOLTUĞUMDA İSƏ TƏRƏZİ OLACAQ... İnternetdə bir oğlan qızla tanış olur. Qız yazır: Mənim boyum 165 metr, çəkim isə 54 kq-dır. Əynimdə isə dar cins şalvar olacaq. Bəs mən səni necə

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR

HACININ CƏNNƏTƏ GETMƏKLİYİ... Bir Hacı olur. Bütün həyatı boyu kimsəyə pislik etmir və zinaya yol verməzmiş. Deyərmiş ki, o dünyada ləzzəti daimi görərəm. Vaxt tamam olur, Hacı rəhmətə gedir.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ