24 Noy 02:17GÜNDƏM / VETERAN

F. Rzaquliyev: "Sosial sahəyə diqqət artırılmalıdır"

F. Rzaquliyev: "Sosial sahəyə diqqət artırılmalıdır"

Bu gün millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı, Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib.

“Report”un xəbərinə görə, deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. “Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.

Məsələ ilə bağlı AVMVİB Sədri Füzuli Rzaquliyevə müraciət etdik. AVMVİB Sədri F. Rzaquliyev bizimlə söhbətdə bu təklifə münasibətini bu sözlərlə bölüşdürdü: "Millət vəkillərimiz Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Səyavuş Novruzov, Fuad Muradov və Zahid Oruc tez-tez müharibə iştirakçılarının problemlərini, heç olmasa dilə gətirirlər. Sağ olsunlar. Hazırda əlil və şəhid ailələrinin "qan pulu" ilə bağlı hökumətin səssizliyi ciddi narazılıqlar yarada bilər. Bu məsləyə aydınlıq gətirilməlidir. Əlillər bizdən soruşurlar ki, Beynəlxalq Bankın biriləri tərəfindən talan edilmiş pullarına kompensasiya tapan hökumət, 20 ildən artıqdır ki, bu vəsaiti tapa bilmir? Bu haqlı sual qarşısında aciz qalırıq. ƏƏSMN -də müavin məsələsinə gəlincə isə bu effektivi omayan bir təklifdir. Xeyli müavin var. Yazılan şikayətlərə cavab verməyə ərinirlər. Bir müavin əlil olsa, nə dəyişəcək ki? Sosial sahəyə diqqət artırılmalıdır. Ölkə prezidenti, Ali Baş Komandan bizim sosial dövlət olduğumuzu dəfələrlə bəyan edib. Lakin bu prinsipə və göstərişlərə əməl olunmur. Hətta yazılan təkliflərə münasibət bildirilmir. Məsələn 6 ay öncə Baş Nazirin müavini Ə. Həsənova məcburi köçkün veteran və əlil olan şəxslərlə bağlı təşkilatın təkliflərini ünvanlasaq da indiyədək cavab alınmayıb. Məsələ ilə bağlı isə xatırladım ki, bu istiqamətdə Ümummilli lider H. Əliyev Əlillər Fondu yasratmışdı. Sadəcə tacir Füzuli Ələkbərov nazir olandan sonra Fondun gəlirlərini tam talan etmək üçün onu ləğv etdirdi. Hərçənd ki, bu fondu da daha çox müharibədən yaynan insanların rəhbərliyinə vermişdilər. Amma heç olmasa müharibə əlilləri bu fondun xidmətindən qismən də olsa yararlana bilirdilər. Yəni bir nəfərin müavin olması əvəzinə daha müstəqil formada fondu bərpa edib işbazların deyil, məhz əlillərin idarəsinə vermək daha məqsədəuyğun olardı".

E. Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ