TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...

TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...























Vasif Süleyman


HƏLƏ YAZMAMIŞAM SƏNİ
BİR SƏTİR

Nə nalə çəkəmməz, nə ah götürməz,
Bu canım üstünə günah götürməz.
Bir belə günahı Allah götürməz,
Hələ yazmamışam səni bir sətir.

Hissin dumanında azır, deyirsən,
Həsrətdən, hicrandan yazır, deyirsən.
Vallah düz deyirsən, hazır şeirsən,
Hələ yazmamışam səni bir sətir.

Bütövsən, sözünü dəyişmək haram.
Səni vərəqlərə* inan qıymaram,
Qorxuram yazaram, qaralayaram,
Hələ yazmamışam səni bir sətir.

Mən eşqin yolunda dilsiz balayam,
Gərək ürəyimi oda qalayam.
Yazandan sonra da oxumalıyam,
Hələ yazmamışam səni bir sətir.

Daha şaxtalıdır ömrün baharı,
Gəzirəm Tanrıya gedən yolları.
Ötüşən günlərim gözləyə barı,
Hələ yazmamışam səni bir sətir.



TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...








































…NƏYİMƏ LAZIMSAN …

O qız özgəsinin fikrini çəkir,
Nəyimə lazımsan, mənim ay şeir?
Səməd QARAÇÖP

Ömür də sonuncu ana bənzəyir,
Sadağa verdiyim cana bənzəyir.
Narın göz yaşınnan sıxıram onu,
Di gəl, ağ vərəqdə qana bənzəyir -
"Nəyimə lazımsan, mənim ay şeir…"

Daşıdın varımı-yoxumu, neynim,
Apardın ruhumun çoxunu, neynim.
Bir qızın eşqinə yazırdım səni,
O da yazdığımı oxumur, neynim -
"Nəyimə lazımsan, mənim ay şeir…"

Dərdi gəlişindən tanıyıram mən,
Bəxtə düşən bəxti qınayıram mən.
Son dəfə, son dəfə şairliyimi,
Sonuncu şeirdə sınayıram mən -
"Nəyimə lazımsan, mənim ay şeir…"


TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...




































YERİYDİ

Qaçdım arxasında köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.

Gözlərə gəlməyən röyasan dedi,
Tapmazsan, təzədən arasan dedi.
Cəmisi ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.

Yüz «şər»dən keçmişəm bu «şər»ə kimi,
Saldılar düşməzə-düşərə kimi…
Demədim… Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.
TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...


QƏDƏR

Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.

Tanrım, bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını yaz,
Qalmarıq tapılan çaraya qədər.

İnsanlar, olanı danımmı, - sordum,
O qədər çəkdim ki, həsrəti yordum.
Ürək deyilənin qəsdinə durdun,
Qalmadı bütövdən-paraya qədər.

Bir dəli sevgiyə bu dünya darsa…
Haqqı var, köksümü-könlümü yarsa,
Allah ümidinə qalsın, nə varsa,
Qoy getsin, gedəcək haraya qədər.


TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...

TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ…


Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki…
«O» adda, «mən» adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki…


Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də taleyin qarğışı mənəm.
Yaxşı düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki…


Yaşanmaz sevgidir – uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Bir körpə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki…


Ömrü hara çəkə, hara çəkməyə…
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki…


Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı.
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki…

P.S. Şair kimi şair, adam kimi Adam olan Vasif Süleymanı ad günü münasibətiylə döyüşçülər adından təbrik edirik! 100 yaşa, Vasif bəy!
04 yanvar 2019 /

TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...

Похожие новости

AXI ÖMÜR OLDU, HARASI BUNUN?

Əlövsət Saldaş Yatdım ayıldım ki tamama yetir, Axı ömür oldu, harası bunun? Olumdan-ölümə bir gözqırpımı, Nə qədər çəkdi ki, arası bunun. İtirdi gör neçə doğmanı, getdi, Yedi neçə adda boğmanı,

NIZAMI HƏYATOVDAN LƏTİFƏLƏR...

ƏLİMDƏ METR VƏ QOLTUĞUMDA İSƏ TƏRƏZİ OLACAQ... İnternetdə bir oğlan qızla tanış olur. Qız yazır: Mənim boyum 165 metr, çəkim isə 54 kq-dır. Əynimdə isə dar cins şalvar olacaq. Bəs mən səni necə

Şəhidliyim üçün mənə dua eylə ana

Milli Daşqın Şanlı ölüm, sən gəlməsən, alıb özümü gələrəm. Qorxum yoxdu, sənə tərəf yumub gözümü gələrəm. İki damla yaş qoyaram. Ayağına baş qoyaram. Evimdə bir çarpayını, bir kətili boş qoyaram.

Payıma düşən nə varsa yazıram...

Dəniz Təbrizli *** Payıma düşən nə varsa yazıram; Son gedişim - Son sağollaşmağım görkəmli olacaq, Bir sən olacaqsan Bir mən Bir də sevgimiz, O gün kölgələri qovacağam.... Və dodağımda adın külə

Əhməd Cavadın dostundan əzbərləyib, sonra da cırıb atmasını istədiyi məşhur şeiri

1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ