24 Noy 02:52GÜNDƏM / ARAŞDIRMA

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı
Xaqani Ədəboğlu

(Əvvəli ötən saylarda)

Hazırda Sarkozinin yerini Ərdoğan tutub. Çünki Türkiyə Pentaqonun iki planını boşa çıxarmağa məcbur oldu. Kobani və 15 sentyabr.
NATO əslində, Pentaqonun əlində bağlı ölkələri nəzarətdə saxlamaq üçün qurduğu bir hərbi birlikdir, yəni jandarm rolunu oynayır. Tarixçilər yaxşı bilirlər ki, Rusiya Çarizmi III Roma rolunu oynadığı dövrlərdə bu işi "Avropanın jandarmı" adıyla çox zaman tək başına həyata keçirirdi. NATO-nun ilk hərbi müdaxiləsi 19 oktyabr 2014-cü ildə baş tutmalıydı. FETÖ tərəfdarlarının vasitəsiylə Kobani əyləmləri böyüyərək bu şərti qaçılmaz hala gətirməliydi. Törədilən bütün terror olaylarında məqsəd, ölkədə xaos yaratmaq və idarəetməni iflic hala salmaq məqsədi daşıdığı bu gün tam aydınlaşıb. Bu baş tutmayınca ilərlə bəslənilən FETÖ və bölgdə fəal terror fəaliyyəti ünsürləri 15 sentyabr qiyamı qaldırdılar. 15 sentyabr günü NATO qərargahlarında işləyənlər cəmi 462 nəfər idi, bunlardan 237 nəfəri FETÖ üzvü çıxdı. Onların cinayətləri sübut edilincə isə hər biri müxtəlif NATO ölkələrindən siyasi sığınacaq istədilər və o saat da tələbləri qəbul edildi. Qarşılıqlı iadə müqaviləsi olsa da, indiyədək cinayətdən axtarılan bir nəfəri belə Türkiyəyə verməyiblər. ABŞ HHQ Komandanı müavini : "Türkiyə S-400 alsa, biz F-35-ləri verməyəcəyik". ABŞ Türkiyəyə qarşı siyasi etikadan uzaq şəkildə və pinti bir müharibə aparır. Amma bu ərazilər zamanıyla və gələcəkdə də Türkiyənin qəlimiyləvə qılıncıyla cızılmış sərhədlər içində yaşamağa öyrəşmişlər. Gec-tez Böyük Türk milləti topartlanaraq bu səlibçilərin bic övladlarını əbədiyyən Türk oğlu Səlahəddin kimi gəldikləri yerədək qovacaqdır. Çünki bu toplumların öz tarixlərinin qürubuna doğru yaşamaları fonunda, qədim Türk milləti Tanrı kmi əıbədi yaşardır, gəncdir...
100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı




















Bu dəfə də bacarıqsız oduqlarına görə Türkiyə ilə güclü tərəfdaşlıüq edən Qatar dövləti hədəfə alındı. Məqsəd Türkiyəni siyasi seçim qarşısında qoymaq idi. Türkiyənin geri çəkilməsi bölgədə nüfuzunun heçə enməsi, irli durması isə NATO ilə qarşı-qarşıya durması demək idi. Türkiyə dövlət imicini üstün tutması ABŞ-ın əsəblərini tarıma çəkdi. Çünki Suriya mövzusunda buraxdığı yanlışı bu dəfə təkrarlamadı. Faktiki olaraq Bəşər Əsəd öz ölkəsinin müdafiəsinə qalxdığı ilk başdan bəlliydi, lakin İraqı, Liviyanı, Misiri, Tunisi öz "qanlı demokratiyasıyla" bəzəmiş ABŞ bu müqaviməti istəmirdi və Suriya onun planında ən zəif həlqə kimi düşünülmüşdü. B. Əsədin strateji əlaqələr qurduğu İran və Rusiya ona istədiyi nəticəni verdi. O, ABŞ-Suriya müharibəsinin hələlik qalibidir...
Qatara qarşı eyni münasibəti görməyən ABŞ-ın NATO-su Türkyəni cəzalandırmaq üçün bütün vasitələrdən istifadə etməyə başladı.
İlk siqnal NATO-nun qərargahından gəldi. Ya diz çök, ya da düşmənimizsən!
100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı
Artıq bölgədə ABŞ-PKK-PYD koalisyonu və Rusiya-İran-Suriya kolisyonu mövcuddur. Nə qədər gülməli olsa da dünyanın super gücü bu gün bu pərdəyə sığınıb hərəkət edəcəyi yol xəritələrini cızır. Terroçu İŞİD boşluğunu doldurmaq üçün terror qrupları təlimatlandırılaraq anti Türkiyə hərəkətlərə istiqamətləndirilir. IV Roma, hətta ölkə daxilindəki bütün resurslarına "hazır" əmri verilib. Maraqlı bir sual ortaya çıxır: "Suriyada ABŞ-a qarşı açıq döyüşən İran və Rusiyadırsa, NƏDƏN TÜRKİYƏ?"
Türkiyə, Rusiya və İran prezidentlərinin bütün dünya tərəfindən böyük maraqla izlənilən Soçi görüşü sona çatdı. Gorüşü bu qədər əhəmiyyətli edən əsas səbəb İŞİD-dən təmizlənməsindən sonra Suriyada quruculuq və stabilliyi bərpa etmək çalışmalarının necə yürüdüləcəyi ilə bağlı olacağı kimi izlənilirdi. Soçi görüşündən əvvəl Rusiya ilə Türkiyənin İŞİD sonrası Suriya məsələsinə fərqli yanaşmaları bugünkü müzakirələrin xeyli gərgin keçəcəyindən xəbər verirdi. Xatırladım ki, bir gün öncə İraq hökuməti də İŞİD-in tam ləğv edildiyini bəyan etdi və maraqlıdır ki, bu İŞİD-çilər də bölgəyə terrorizmə qarşı müharibə etməyə gəlmiş NATO ölkələrinə getdilər və bir nəfər də indiyədək həbs edilməyib. Moskva bu yaxınlarda Rusiyada keçirilməsi gözlənilən Suriya Milli Konqresinə PKK-PYD qüvvələrinin də qatılmasını istəyir, Aknara isə öz ərazi bütövlüyünü təhdid edən kürd separatçılarını Suriyanın yenidən qurulması prosesindən uzaq tutulmasını tələb edirdi.
100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı
Son zamanlar xeyli yaxınlaşan iki dövlətin arasında yaranmış bu fikir ayrılığı Ankara-Moskva xəttində ikinci qırılma nöqtəsinin yarana biləcəyi ehtimalını belə ağla gətirirdi. Rusiya öz yaratdığı PKK və unun quyruğu olan diğər kürd hərbi birləşmələrini yenidən ələ keçirməyi planlaşdırır. Bu isə Rusiyanı ağır duruma sala bilər. Terroru dəstəkləməklə bölgədə qazandığı nüfuzu sürətlə itirə bilər. Çünki SSRİ yıxıldıqdan sonra PKK terror təşkilatı iki qolla müxtəlif ölkələrin əlaltısına çevildi. Avropa Sosial Demokratları və ABŞ bu terrorçu qrupları himayə etdi. Bu gün Rusiya bu qruplar üzərində itirdiyi sahibliyi qaytarmağa çalışır və kürd kartından ciddi surətdə yararlanmağı planlaşdırır.
100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı
Faktiki olaraq ABŞ-İraq müharibəsinin qalibi İran, ABŞ-Suriya müharibəsinin də qalibi isə Rusiya və İrandır. ABŞ düşdüyü duruma görə onun koalisiya üzvləri arasında ciddi narazılıqlar var. İran bölgədə proseslərə təsir rıçaqlarına malikdir. Rusiya isə Yaxın Şərqdə heç zaman olmadığı reytinqə sahibdir. Bölgədə Türkiyənin mövqeyi və nüfuzu isə nəzərə çarpmayacaq dərəcədədir. Əslində bu qorxulu deyil. Çünki tarixən Yaxın Şərqin birinci xilasında da bolşevik Rusiyasının rolu olduğunu bildirmişdik. Lakin bircə faktı da unutmaq olmaz ki, Rusiya və İran siyasi cəhətdən "ayağı sürüşkən" dövlətlərdir. Yəni Türkiyə Yaxın Şərq siyasətinə yenidən baxmalıdır. İranla şaquli, Rusiya ilə isə üfiqi münasibətlərə üstünlük verilməlidir. Bir xüsus da diqqətdən yayınmamalıdır. İnformasiya sahəsində İsrail meyilli və erməni əsilli Türk informasiya məkanı ilə eyni tərkibli Rusiya informasiya məkanı çox güclü şəkildə Türkiyə-Rusiya yaxınlaşmasını əngəlləməyə çalışmaqdadırlar. AB-nin Ermənistana yaxınlaşmaq istəyi isə ikinci nəfəs qazanmaq və daha təcrübəli erməni terror şəbəkəsinin xidmətindən yararlanmaq istəməsiylə bağlıdır. ABŞ MKİ bu xüsusu illərdior ki, nəzarətdə saxlayır və çox güman k, bu dəfə İŞİD rolunda erməni terror qrupları Suriyanın Hələb şəhərində peyda olacaqlar...
100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU... IV yazı
Ona görə də Türkiyə hər cür məzhəbçiliyi qadağan edərək bölgədə türk təəssübkeşliyini siyasi sipərə çevirməli və qan qardaşlarımız olan türkmənlərin hər an yanında olmaq yollarını aramalıdır. Çünki Türkiyə istəyib istəməməsindən asılı olmayaraq tarix bu bölgənin taleyini ona həvalə edib. ABŞ-ı qorxudan budur. Rusiyanı da, İranı da qorxudan budur. Türkiyə bölgədə qalxarsa "Böyük Ortadoğu Projesi"nin Qərbdən Hindistanadək bütün yollar, kəmərlər və bütün infrastrukturlar Türk millətinin nəzarətinə keçəcək. Bu İlahi bölgüdür. Milyonlarca insanı qırğına verməyi planlayan qaniçən və quduz imperializminin planına qarşı, tarixən olduğu kmi rifah və bərabərlik içində dinc həyat sığortası verən "Türk Birliyi Projesi"nin konkret işlərlə həyata keçirilməsinə start verilməlidir. Dünyada əzilən türk xalqı olmamalıdır.
Çünki amerialıdan dost, farsdan biradər, rusdan isə yoldaş olmaz...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ