OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!

OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!
Mayıl Dostu
Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair

V Yazı

(Əvvəli: http://fedai.az/index.php?newsid=3999, http://fedai.az/index.php?newsid=4036, http://fedai.az/index.php?newsid=4047, http://fedai.az/index.php?newsid=4065)

1993 - cü ilin mart ayında, Novruz bayramından 1-2 gün sonra Ağdərənin üstündəki "Qlobus" adlanan yerə bizimkilərin hücumu oldu. Döyüşdə Ağdərədə yerləşən hərbi hissə, Ağdərənin Polis Şöbəsinin əməkdaşları və Tərtər batalyonu iştirak edirdi. Düşmən tərəfdən vuruşan əsas qüvvə Xankəndində yerləşən Rus hərbi birləşməsinin texnikası və əskərləri olmuşdu. Qeyri - bərabər döyşüdə hər iki tərəf çoxlu itki verdi, mövqelərdə əsaslı bir dəyişiklik olmadı. Milli Qəhrəman, qorxmaz, cəsarətli Vəzir Orucov da həmin döyüşdə şəhid oldu.

Yaxşı yadımdadır, may ayının 4 -ü, ya 5-i idi. Ağdərə Polis Şöbəsinin qarşısında şöbə rəisi Camal bəylə ( soyadı yadımdan çıxıb ) çöhbət edirdik. Şöbənin əməkdaşları hamısı bayırda dəstə - dəstə söhbət edirdilər. Birdən "Qlobus" adlanan yerdən dalbadal artileriya atəşi açıldı. Camal bəy "hamı yerə yatsın" deyə bağırdı və məni də dartıb yerə yıxdı. Elə həmin an ətrafa xeyli mərmi düşdü, xoşbəxtlikdən zərər çəkən olmadı.

Buna qədər Ağdərə qəsəbəsində yaşayan ailələr də artıq oranı tərk etdilər. Ağdərədə hərbi hissə, Polis şöbəsi və İcra nümayəndəliyi qaldı. İyun ayının əvvəllərindən ermənilər Ağdərə istiqamətində daha da fəallaşdılar və ardıcıl hücum əməliyyatları keçirdilər. Həmin istiqamətdə bizdə olan axırıncı və ən əlverişli mövqeyi - Ağdərənin solunda "Vışka" adlanan yüksəkliyi 17 iyunda ermənilər ələ keçirdi. Beləliklə, Ağdərə təxminən bir ildən sonra yenidən işğal olundu.

Həmin döyüşdə də xeyli itki verdik. Ağdərə Polis şöbəsi və orda yerləşən hərbi briqada Tərtərin 3 kilometrliyində olan Mərquşevan qəsəbəsində yerləşdi. Ağdərə qəsəbəsi İcra nümayəndəliyi isə Tərtərdə şəhər sovetinin binasında yerləşdirildi.

Düşmən genişmiqyaslı hücum keçmişdi. O vaxt Respublikamızdakı qarışıqlıq və özbaşınalıq haqqında hamı məlumatlı olduğu üçün, o barədə yazmağa lüzum görmürəm. Hiyləgər düşmən həmin fürsətdən məharətlə faydalandı. Onların əsas hədəfi Ağdam idi. Buna görə də əsas gücü Qarqar, Xaçın və Qabartı çayları ətrafında yerləşən kəndlərin alınmasına yönəltmişdilər. İyul ayının ortalarında düşmən artıq, məqsədinə nail olmuşdu. Ağdam rayonunun Qabartı dərəsi kəndləri - Qalayçılar, Papravənd, Boyəhmədli, Nəmirli; Xaçın dərəsi kəndləri - Əliağalı, Xaçın Dərbənd, Əlimədətli, Kürdlər, Mollalar, Qızıllı Kəngərli, Maqsudlu, Şahbulaq, Tərnöyüt, Çullu kəndləri, Qarqar dərəsi kəndləri - Şelli, Şıxbabalı, Sarıhacılı və s. kəndləri işğal edilmişdi. İşğalından təxminən bir həftə əvvəl Ağdama getmişdim. Şəhərdə həmişəki qələbəlikdən əsər-əlamət yox idi. MTN - nin Ağdam şöbəsinə getdim. Şöbənin rəisi, dostum Yaqub Axundov və xətrini çox istədiyim, qohumum, həmin şöbədə məsul vəzifədə çalışan Nadir Əliyevlə görüşmək üçün. Görüşdük, xeyli söhbət etdik, vəziyyətin ağırlığını müzakirə etdik. Ayrılarkən, Nadiri Yaqub müəllimə tapşırdım, dedim ki, o, qorxu - hürkü bilmir, ondan muğayat olsun. Həmin anda Nadirin üzündəki özünə inam və arxayınçılıq ifadə edən təbəssümü heç vaxt yadımdan çıxmır. İnsanda gücünə və cəsarətinə nə qədər inam olardı!

Ağdamın işğal olduğu gün - 23 iyulda Nadir Əliyev həmin cəsarətin və qorxmazlığın qurbanı oldu. Ölümündən sonra ona Milli Qəhrəman adı verildi.
OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!






































Kim nə deyir, desin, Ağdamın işğal edilməsi, düşmənin üzərimizdə tam qələbəsi idi. Mən digər işğal olunan, çoxlu sayda şəhid verən digər rayonlarımızin əhəmiyyətini aşağılamaq fikrindən çox uzağam. O rayonların hər biri mənim üçün doğma və əzizdir. Doğru olan budur ki, erməni Ağdamlılardan it kimi qorxurdu. Şahidiyəm, Ağdamın dəliqanlı cavanları Xankəndinin küçələrində "at oynadırdı", bir erməni qorxusundan cınqırını çıxara bilmirdi. Qərbi Azərbaycandan çoxlu sayda oturub-durduğum, yaxınlıq etdiyim adamlar var. Onlar deyirlər ki, erməni həddini aşanda, onları Ağdamla hədələyirdik. Bir sözlə, Ağdamın işğalı düşməndə güclü olduğuna inam yaratdı. Elə bu inama görə onlar, bir-birinin ardınca rayonlarımızı işğal etməyə nail oldular...

1994 - cü il may ayının 4 - ü və 5 - də Ağdərə ilə Tərtərin arasında yerləşən, 3 nömrəli sovxoz deyilən ərazidə son qanlı döyüşlər oldu. Yağışlı, dumanlı keçən həmin günlərdə əskər və polislərimiz dediyim ərazidə düşmənin pusqusuna düşdü, çoxlu sayda itkilərimiz oldu. Döyüş meydanında çoxlu sayda şəhid meyidləri qaldı. Günlərlə, həftələrlə Mərquşevanda məftil çəpərə söykənib intizar baxışlarını Ağdərəyə tərəf uzanan çöllərə zilləyib naçar durumlu o qədər ata, ana görmüşəm ki!...

Bəzəksiz deyirəm, övladının meyitini əldə etmək üçün çarəsiz qalan valideynlərin ah-naləsin eşitmək, görmək olduqca dəhşətli idi. Ciyərparanı itirmək bir dağ, onun cəsədinin düşmən tapdağı altında qalması ondan böyük dağ! Bircə ayın içində saqqalı sinəsinə tökülən, qəddi əyilən atalar, qara saçları ağappaq ağaran, çöhrəsi qırışan, yerişini itirən analar necə də zavallı idilər! 5 - 6 meyiti çıxmaq şərtilə, cəsədlərin hamısı o çöllərdə qalıb qurd - quşa yem oldu. Yeri gəlmişkən, olanları unudub boş danışıqlara ümid bağlamaq ən azı sadəlöhvlük və yazıqlıqdır, yalnız düşməndən qisas və torpaqları aldıqdan sonra danışıq aparmaq olar. Səhv etmirəmsə, Ağdərə polislərindən də 3 nəfərin meyiti orada qalmışdı. Seymur Quluyev (qardaşımın qayını), Natiq Əliyev həmkəndlilərim (hər ikisi şagirdim olmuşdu), Polad Ərəbov isə Umudlu, ya Kərəmlidən idi. Ağdərə Polis şöbəsinin rəisi Faiq Şabanov həmin meyitlərin alınması üçün çox çalışır, ermənilərlə hər gün "ratsiya" ilə danışırdı. Tez - tez onun yanında olur və meyidlərin alınması üçün yollar arayırdıq. Nəhayət, may ayının axırına yaxın ermənilərlə (22 - 23 gündən sonra) 2 meyiti 3 qab benzin (hər qab 20 litr) müqabilində almaq razılığına gəldik. Həmin döyüşdə iştirak etmiş polislər - Azər Dostuyevi və Fərhad Məmmədovu götürüb F. Şabanovun xidməti "UAZ"- ında Ağdərəyə tərəf yollandıq. Orta xətti keçib ermənilərin nəzarət etdiyi mövqeyə daxil olduq. Danışdığımız erməni zabiti 5-6 nəfər əsgərlə bizi gözləyirdi. Polislərimizlə erməni əsgərləri meyitləri axtarmağa getdilər, biz isə hər tərəf aydın görünən təpənin üstündən ətrafı seyr edirdik. Ot dizə qədər qalxıb yerin üzünü örtsə də, ətraf çökəklərdə səpələnmiş meyidləri seçmək olurdu. Havada quzqunlar fırlanır, dəhşətli qoxu ürək bulandırırdı...

Təxminən, bir saat sonra uşaqlar gəldilər. Seymurun və Poladın meyidlərini özlərilə götürdükləri xərəyə qoymuşdular. Azər yaxınlaşıb qulağıma dedi ki, Seymurun başını kəsib kənara atmışdılar . Seymur qəhrəmanlığı ilə ad çıxarmışdi, görünür onun meyitini tanıyan erməni olmuşdu. (Sonralar Seymur haqqında tanınmış jurnalist Vahid İmanov "Dağlarda çaxan şimşək" adlı sənədli povest yazdım).

Natiqin cəsədini tapmamışdıar, ermənilər də axtarışa icazə verməmişdi (bir neçə gün sonra, atası tərəfdən əsir ermənini verməklə Natiqin meyiti alınmışdı). Meyidləri yuyulması və kəfənlənməsi üçün Tərtərdəki hərbi qospitala gətirdik.

12 MAYDA ATƏŞKƏS HAQQINDA SAZİŞ İMZALANDI. DÜZ 4 AYDAN SONRA 25 İL OLUR!

OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!
OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!
11 yanvar 2019 /

OLANLARI... QİSASI UNUTMAĞA HAQQIMIZ YOX!

Похожие новости

Horadiz əməliyyatından 25 il ötür

Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür. 1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da

İTİRİLƏN ƏRAZİLƏR, QIRILAN ÜMİDLƏR ...

Surət bəy əsgərlərini və hərbi texnikasını çəkib aparandan sonra Ağdərə bölgəsində, oranın adamlarında qəribə bir ruh düşkünlüyü yaranmışdı. 1993-ci il yanvar ayının axırında baş verən hadisə isə çox

12 MART - 8 KƏNDİN EDAM GÜNÜ

Mayıl Dostu Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair III Yazı (Əvvəli: http://fedai.az/index.php?newsid=3999, http://fedai.az/index.php?newsid=4036) 1992 - ci il mart ayının 11-i

AĞDƏRƏ RAYONUNUN LƏĞVİ - HÜCUM REVANŞININ SÜQUTU

Mayıl Dostu Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair II Yazı (Əvvəli: http://fedai.az/index.php?newsid=3999) FƏLAKƏTİN SƏBƏBİ - MƏNƏMLİK EQOSU Milli Məclisdə Ağdərə rayon kimi ləğv

AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi birləşmələrinin hücumuyla işğala məruz qaldı.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ