BİLİRDİM Kİ, QARABAĞI QORUYA BİLMƏYƏCƏYİK...

BİLİRDİM Kİ, QARABAĞI QORUYA BİLMƏYƏCƏYİK...

Əlisafa Mehdi
Müharibə veteranı, jurnalist


1995-ci il. Briqadamız Gəncə şəhərində yerləşmişdi. Yeni əsgərlər gətirilmişdi. Onlar bir ömürlük kədərlə xatırlayacağım şəhidlərimin siyahıda yerini tuturdular. Ağır savaşlar, ağrı-sızıltı, aclıq-susuzluq, bitli-birəli qaşınmalar, gecələri vahiməli, gündüzləri cançəkişdirici günlər yaşamamışdılar. Gec isinişirdilər, tez-tez intizam nizamnaməsini pozurdular. Hətta yüngül cinayıt xarakterli əməlləri də olurdu (Mənfi liderlik, yerlibazlıq, idmançı qoçuluğu, dələduzluq, oğurluq, xuliqanlıq).
Mən həm də Briqadanın təhqiqatçısı idim. Onları qısa müddətdə islah edəcəyimə əmin idim deyə, bir çox ipə-sapa yatmaq istəməyənlərin sənədlərini hazırlayıb, onlarla birlikdə hərbi prokuraturaya aparırdım, Prokuror da onlara göz ağardır, "prokuror xəbərdarlığı" adlı rəsmi sənədə qol çəkdirirdi. Yəni, bir də qələt qırsan, bağışlanmayacaqsan! Sağ olsunlar. o vaxt, yəqin ki, ağır döyüşlərdən gəldiyimizə görə hərbi prokuraturada çox humanist münasibət duyurdum.

Bir ara prokurorla söhbət gedişində dedi ki, Universitetdə mənimlə paralel (o, hüquq fakültəsində, mən jurfakda) oxuyan Filankəs Gəncə şəhər prokurorluğunda bərk gedən vəzifədədir...

Onu çox yaxşı tanıyırdım. Meydan hərəkatında "azadlıq aşıqi" ladları üstündə vətənsevərlik çıxışları ilə yaddaşımda qalmışdı.

Zatən bizim irqin vəzifə xəstəliyinə tez tutulmasını düşündüyümdən, görüşə meyl etmədim.

Bir gün nəyəsə görə yolum ora düşdü. Nəyəsəni həll edəndən sonra onu soruşdum, qapısın göstərdilər... Onunmu, ya mənimmi bəxtsizliyimdən bir yaşlı qadın onun açıq qapısının ağzında onu allı-yaşıllı qarğışla yuyub sərirdi. Əri də arada züyün tuturdu. Bu biabırçılığa, rəzilliyə, yaramazlığa, murdarlığa şahid olduğumdan o, pərtlənməsin deyə, bəlkə də elə mən özüm onun əvəzinə utanmayım deyə görüşdən çəkindim. Çıxışda bu sayaq əskikliyin üstünü dumanladan siqareti bal kimi sümürürdüm.

Fəlakət alovunda qovrulan o qadın höyüllü nalələrlə çıxdı. Mənim məhrəm baxışlarımı tutan kimi dərdini mənə söylədi: "Ay bala, oğlum ağır döyüşdən yaralanıb çıxmışdı. Qudurmuşun biri balamı öldürdü, balaaa! Bəhmənkəsin oğlu öldürdü, balaaa!!! Faktlar var, şahidlər var, balaaa! Bu şərəfini itirmişlər bir xurcun pul alıblar, balamın qanını batırırlar, balaaa!!! Ay bunların balası mənim balam kimi qanına bulaşsın, təkər altında qalsın! Ay bunların nəsli-kökü zəlil günə qalsın!

Bircə oğul balam idi! Umudumuz o idi, balaaa!!! Torpaq uğrunda döyüşmüşdü, əsəbi idi. Dükanda bunun oçuruna girən o qudurmuşa etiraz etdiyinə görə balaaa! Dartıb balamı çöldə divara çırpıb öldürdü, balaaa!!! Onu düşmən öldürmədi, bunlar öldürdülər, bunlar da qanın batırırlar, balaaa!!! Allaaah! Yoxsan, Alllaaaaaah!!!"

Getdim. Elə bil məni öldürürdülər. Əynimdə o ananın öldürülən balasının palrarından idi. Onun balası kimi bir tabor döyüşçü ilə nəfəs alrdım. Onlar bu dövlətin bayrağı qədər müqəddəs idilər. Onlar öləndə bu dövlətin bayrağına bükülürlər. Onların haqqına girmək olmaz!!! Onların canları hansısa məmur balasının qudurğan istəklərinə qurban getməməlidir...

... Gəncədə yas var idi...

Girişdə oturmuşdum. Gözüm çöldə idi. Çöldə sakitlik oldu, elə bil ordakılar özlərini yığışdırdılar. Sonra içəri girənlər üçün yas yiyələri ayağa qalxdılar. Dalıyca, oturanlardan bir çoxu qalxıb irəli, gələnlərə əl-ələ salam verməyə yürüdülər. Onların üzlərində məzlum təbəssüm oynayırdı. Onlar gələnlərlə əl-ələ salamlaşmaq qismətindən xeyli məmnun idilər, Oturanacan müşaiyət etdilər. Mağardakıların bir çoxu da qalxıb təzimlə "salamməlöyk" edirdilər. Gələnlər şərəfli yerdə gen-gen oturub rahatlananda həmən tələbə yoldaşımı tanıdım! Çox xoşhal idi!

Onun ağlına da gəlməzdi qalxıb desin: "Camaat, mən alçağam! Mən şərəfsizəm! Mənim qabağıma yüyürməyin! Məni urvatlamayın! Camaat, mənim bu torpağın üstündə yaşamağa haqqım yoxdur! Məni qovun burdan! Asın məni, şaqqalayın, öldürün!" Deməzdi! Belə düşünməzdi! Çünki bu camaat özü onun belə olmasını istəyirdilər. Bu camaat beləsini başa çıxardırdı.

... Bu camaatla Qarabağı almaq mümkünsüz idi...
Döyüşçüsünə dəyər verməyən zümrədən Qarabağ təsibi sormağa dəyməzdi. Bunlarla Qarabağı qorumaq mümkünsüz idi. Ona görə də düşmən Qarabağı rahatca alıb özəlləşdirdi.

...Qalxıb getdim. O zamannan bəri hara getdimsə həmən mağmın təbəssüm sərgiləyən zümrə, həmən özündən məmnun məmur gördüm. Onlar bizdən fərqli, bu torpağın üstündə tam iddialı vətəndaş haqqı ilə yaşayırlar.
Niyə də yaşamasınlar? Qarabağ məğlubiyyəti bizim ləyaqətli vətəndaş olma duyğumuzu tar-mar edib.

Ax mənim ağılsız başım! Nəyin dərdini çəkirsən?...

BİLİRDİM Kİ, QARABAĞI QORUYA BİLMƏYƏCƏYİK...
12 yanvar 2019 /

BİLİRDİM Kİ, QARABAĞI QORUYA BİLMƏYƏCƏYİK...

Похожие новости

BİLİRDİM Kİ, QARABAĞ İŞĞAL OLUNACAQ!

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1988-ci ildə – ermənilərin Qarabağ hay-küyü ciddi sürəklə duyulmaqda idi. O ilin yayında Kəlbəcərdə yerli "Yenilik" qəzetində təcrübə kursunda idim. O

QARABAĞI ƏLDƏN VERƏCƏYİMİZİ BİLİRDİM

Əlisafa Mehdi Müharibə veteranı, jurnalist 1993-ün sonu, 1994-ün yanvarında üzü Qarabağa səngərlədiyimiz döyüş xəttindən 20-30 km arxada hər kəs öz işində idi – şıdırğı alver, toy-büsat, gündəlik

GECİKMİŞ ETİRAF

Zəlimxan Yaqub Arımı yemişəm, ar itirmişəm, Bir dağam zirvəmdən qar itirmişəm, Qarabağ görkəmdə dünya gözəli, Şuşa yaraşıqda yar itirmişəm Öldürün, öldürün, öldürün məni. Üstə duz səpilmiş

DÖYÜŞÇÜ MÖVQEYİ: Qarabağ xoşbəxtliyimizin təməlidir

Abbas Hüseynli Keçmiş döyüşçü, müharibə veteranı Qarabağ torpağı hər bir azərbaycanlı üçün əziz olmalı, hər birimiz Qarabağ torpağının erməni-haylar tərfindən işğal olunmasına razı olmamalıyıq.

ÖLÜLƏR MƏMLƏKƏT QORUMAZ...

Xaqani Ədəboğlu Bizim ermənisevər bir maygülünə cavab olaraq yazdığım bir statusa görə 24 saat mənim facebook profilim bağlı qaldı. Statusdan az qala 1 il keçməsinə baxmayaraq söz bu ermənilərə indi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoyduVasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribatAVMVİB sədrindən bayram təbrikiMehriban Əliyevadan Bayraq Günü paylaşımı: "Üç rəngli bayrağınla məsud yaşa!" - VideoPrezidentdən Bayraq Günü ilə bağlı möhtəşəm paylaşım - VİDEO1200 ERMƏNİNİ MƏHV EDƏN 45 AZƏRBAYCAN TÜRKÜNazir əmr imzaladı – bu müəllimlər üçün diaqnostik qiymətləndirmə keçiriləcəkŞəhid oğlunun toyuna təşrif buyuran "çağrılmamış qonaqlar"ın sürpriziQəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün...AVMVİB Tovuz rayon şöbəsində təltif mərasimiPaşinyandan Putinə şok zərbəRus əsgərini güllələyən rus əsgəri tatar danışdıPrezident "Azərbaycan Dəmir Yolları" QSC-yə 45 milyon ayırdıMilli Qəhrəman Mübariz İbrahimovun dəfnindən 9 il ötdüErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıbTARİXİ YOL, TARİXİ HADİSƏBakı sakinlərinə Bayraq Günü ilə bağlı müraciətYanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİErmənistan baş nazirinin bəyanatı Amerikada da narahatlıq yaradıb“Türkiyənin hədəfi kürdlər yox, PKK-dır” – Necirvan BərzaniOktyabrda baş verən 7 noyabr inqilabıBüdcəmizdə nə var, nə yoxMübariz Mənsimov müxalifətin zirvə görüşü barədə nələr dedi?Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQBu gün radio və televiziya işçilərinin bayramıdırQarabağın Həcərinə aid kadrlar yayınlanıb - VİDEOMaşınında erməni mahnısı səsləndirən şəxs tutulduFətullah Gülənin erməni patriarxına - Şok məktubuAlmaniyada üzərində “Artsax Respublikası” yazılmış avro hazırlanıbHeydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdüDİLİMİZ, MİLLİ KİMLİYİMİZDÜŞMƏNƏ QARŞI CİHAD ELAN ETMİŞ ZƏNGƏZUR QAZİSİNəvə-oğulun toyunda, şəhid-oğul təltif edildi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ