İlham Əliyev şəhid ailələri ilə görüşdü - Foto

İlham Əliyev şəhid ailələri ilə görüşdü - Foto


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Fedai.az, bu barədə AZƏRTAC -ın məlumat yaydığını bildirib.

Aldığımız məlumata görə, Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı daha bir fərman verib.


Fedai.az xəbər verir ki, bu barədə ölkə başçısı şəhid ailələri ilə keçirdiyi bugünkü görüşdə məlumat verib.

Ölkə başçısı vaxtilə müavinətləri almış ailələrlə bağlı araşdırılmaların aparıldığını və onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını, bu səbəbdən 11 min manat alacaq şəhid ailələrinin sayının artdığını vurğulayıb.

Fedai.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”, - deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb. Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.

Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

28 yanvar 2019 /

İlham Əliyev şəhid ailələri ilə görüşdü - Foto

Похожие новости

Prezident və birinci xanım Davosun sessiyasında

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Azərbaycan

Prezident və birinci xanım “sosial evlər”in açılışında olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil

İlham Əliyev Lənkəran rayonuna səfərə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki

Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Bona Dea

Prezident “Bakı Ağ Şəhər”də olub

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ