Leyləklər yolumuzu gözləyir

Leyləklər yolumuzu gözləyir

Əbülfət Məhərrəmli


Jurnalistika da aviasiya kimidir: şturvalın arxasına keçib birinci dəfə səmaya qalxan pilot birdəfəlik göylərə vurulduğu kimi, işıq üzü görmüş təzə mətbəə boyalı qəzet səhifəsində ilk imzasını oxuyan qələm sahibi də bu peşəyə həmişəlik könül bağlayır. Təki ilham qabında azdan-çoxdan barıtın və bir də seçdiyin həyat yolunda səni addımlamağa sövq edən iradən olsun.

Ancaq bir həqiqət də var ki, həyatda hər şey insanın iradəsindən asılı deyil. Elə taleyüklü hadısələr baş verir ki, qurduğun dinc planlara öz amansız korrektələrini edir və həmin düzəlişləri qəbul etməkdən başqa sənin çarən qalmır.

Belə hadisələrdən söhbət açanda hər şeydən öncə müharibəni nəzərdə tuturam. Daha doğrusu, milyonlarla insanın taleyində kotan kimi şırım açmış sonuncu Qarabağ müharibəsini. Beləcə soyuq duş təki üstümüzə tökülmüş, bizi qəflətən yaxalamış (qəflətənmi?) erməni separatizmi və onun məntiqi davamı olan Qarabağ savaşı bütövlükdə Azərbaycan xalqının həyat ritmini dəyişdi. Ölkəni çeşidli təxribatlarla üz-üzə qoydu, dinc soydaşlarımızı yerindən-yurdundan etdi, ellərimizə və ailələrimizə sonsuz bədbəxtliklər gətirdi.

Azərbaycanın məcburən cəlb edildiyi qarşıdurma, təbii ki, cəmiyyətin ən fəal üzvlərindən olan jurnalistlərimizin həyatından və fəaliyyətindən yan keçmədi. Tarixi sınaq məqamında kimi düşmənin güclü havadarlarına söykənib dünya və keçmiş SSRİ səviyyəsində işə saldığı aqressiv təbliğat maşınının Azərbaycana qarşı yürütdüyü informasiya müharibəsinə sinə gərmək, hiyləgərliklə düşünülmüş çoxsaylı təxribatlarının mahiyyətini açmaq, şablon kimi səslənsə də, deməliyəm ki, Azərbaycan həqiqətlərini cüzi imkanı çərçivəsində dünyaya çatdırmaq üçün əlindən gələni etməyə çalışdı.

Ekstremal jurnalistikamızın ilk qaranquşları olan Çingiz Mustafayev, Ali Mustafayev, Salatın Əsgərova kimi həmkarlarımız, onları xatırlamaq, zənnimcə, yerinə düşür. Allah onlara rəhmət eləsin. Onlar əllərinə kamera və ya qələm götürüb erməni silahlı dəstələri tərəfindən oda qalanmış şəhər və kəndlərimizi gəzdilər, arxalı erməninin törətdiyi vəhşilikləri bizə baxanda kar və kor olan dünyanın nəzərinə çatdırmağa çalışdılar.

Elə jurnalistlər də oldu ki, onlar bir müddət qələmi yerə qoymağa məcbur oldular. Xeyr, onlar yazmaq istəyindən daşınmadılar, sadəcə Vətənin müdafiəsi üçün təzə yaradılmaqda olan, uşaq kimi hələ kövrək addımlarını atan orduya çağırıldılar. Obrazlı desək, qələmi süngüyə çevirdilər. Təvazökarlıq demək mümkünsə, belə bir tale bəndənizə də nəsib oldu.

Müharibənin öz rəhmsiz qanunları var, qəfil güllə heç kimi, nə jurnalisti, nə də əsgər və zabiti ayırd edir. Qarabağ müharibəsi ruhları Allahın dərgahına qovuşmuş minlərlə şəhidimiz kimi yuxarıda adını çəkdiyim və çəkmədiyim neçə-neçə həmkarımızın da ömrünü yarımçıq qoydu. Bununla belə hərbi əməliyyatların tüğyan etdiyi bölgələrdə jurnalistlərlə qeyrilərinin bir fərqi dərhal diqqətə çarpır: döyüşlər zamanı peşə borcunu yerinə yetirən jurnalistlər xəsarət aldıqda tamamilə haqlı olaraq həmkarlarımızın sayəsində aləm xəbər tutur. Ancaq sən haçansa kütləvi informasiya vasitələrində çalışsan da, artıq burada adi döyüşçülərdən birisən. Laçının dağlarında, Ağdamın ətrafında və ya Haramı çöllərində düşmənin qəfil gülləsinə hədəf olsaydın belə, orta statistik itki kimi barəndə məlumat verilə bilərdi. Əslində bunda qeyri-adi bir şey yoxdu, Vətən qarşısında hamı birdir və hamı onun müdafiəsində dayanmağa borcludur.

Digər yandan hansı statusda müharibədə gülləyə tuş gəlmək o qədər də önəmli deyil, həm də ona görə ki, hərbi əməliyyatlarda, ümumiyyətlə, ölüm həddindən artıq adiləşir. Güllə və mərmilərin gecə və gündüz rekviyem çaldığı döyüş meydanından kənarda kiminsə övladı, atası, əzizi kimi qiymətli ola bilərsən, cəbhədə belə şeylər barədə düşünməkdə sərbəstsən, söz açmaq isə yersiz görünür. Əgər əvvəllər kiminsə barmağının qanaması adamı yetərincə həyəcanlandıra bilirsə və bu təəssürat uzun müddət xəyalında dolaşırsa, döyüş bölgələrində silahdaş itkisi nə qədər ağır olsa belə, uğultuyla yerə sancılmış mərminin və ya qəfil güllənin ruhunu göylərə uçurduğu insan cəsədlərinə baxdıqda əvvəlki kimi tüklərin qabarmır və həkim kimi soyuqqanlılıq duyğusallığına hakim kəsilir. Təəssüflər olsun ki, bu belə olub və müharibənin reallığıdır.
Ancaq təyyarəçilə müqayisə etdiyim jurnalist üçün bir yazmaq yanğısı da var və cəbhədə baş verən gerçəkliklərə hərbçi olmaqla yanaşı, həm də qələm əhlinin gözülə baxırsan. Gördüklərin barədə yazmaq, insan nəslinə xas əməl və duyğuların bütün çılpaqlığı ilə üzə çıxdığı cəbhə həyatından maraqlı və heyrətamiz hesab etdiyin anları qələmə almaq ürəyindən keçsə də, buna sadəcə vaxtın və imkanın yoxdur. Sovet ordu sisteminə xas funksiyaları yerinə yetirən tərbiyəvi iş üzrə zabitlərin müharibə vaxtı işi də həmişə başından aşıb. Kadrların daim çatışmadığı cəbhə bölgəsində əgər haradasa zabitə ehtiyac varsa, əmin ola bilərsən ki, oraya mütləq səni göndərəcəklər. Ona görə “zampoliti” zabitlər öz aralarında arabanın ehtiyat təkəri adlandırırdılar.

Bununla belə inadkar istək yaxandan əl çəkmir və şahidi olduğun önəmli hadisələr barədə qələmə almaq zəruri ehtiyaca çevrilir. Digər tərəfdən necə jurnalistsən ki, xalqın, ölkənin nəbzinin vurduğu yerlərdə olasan və burada baş verənləri qələmə almayasan?! Belə məqamda adamın köməyinə dəftər gəlir, yəni fürsət yarandıqca ətrafında baş verənlərin doğurduğu təəssüratları haçansa oçerklərə, kitaba çevirmək ümidilə gündəlik olaraq meşin üzlü dəftərə köçürürsən.

Bu gün yenidən həmin gündəlikləri vərəqlədikcə xəyalən bir daha əzablı və qanlı-qadalı illərə qayıdır, artıq unutmağa başladığın bir sıra hadisələri yaddaşında bərpa edir, xatrirələrə çevirirsən. Bu xatirələr artıq neçə-neçə oçerkə çevrilib və kütləvi informasiya vasitələrində işıq üzü görüb.

1992-ci ilin soyuqlu-şaxtalı dekabr günündə Qubadlı rayonuna gələrkən ilk təəsüratlarımdan ən önəmlisi qışın gəlməsinə və camaatın atəş altında yatıb mərmi səsinə oyandığı rayonda leyləklərin öz yuvalarını tərk etməməsi oldu.

Axşam-səhər çör-çöpdən hördükləri çoban papağına oxşar iri yuvalarında ailə üzvləri kimi bir-birilə mehriban davranan, tez-tez dimdiklərini şaqqıldadan bu quşlar nə qədər xoş duyğular oyadırdı!

Leyləklər bir-birinə qarşı yetərincə sədaqətlidirlər və təsadüfi deyil ki, insanlar evlərə onların xoşbəxtlik gətirməsinə çox inanırlar. Ağır çağlarını yaşayan Qubadlı sakinlərini leyləklər sanki düşmənlə üz-üzə tək qoymaq istəməmişdilər və bu, yerli insanların müqavimət gücünü, mübarizə əzmini daha da artırırdı. O quşlar, mənə elə gəlirdi ki, azərbaycanlıların ümid quşları idilər.
Qarabağ müharibəsində çox hadisələrin şahidi olduq. Hər yerdə insanlar müxtəlif olduğu kimi cəbhədə də onlar fərqli idilər. İçlərində Vətənin ağır günlərində ürəklərinin istəyilə cəbhəyə gələnlər də vardı, küçə və meydanlarda “oblava” ilə tutularaq ön xəttə göndərilənlər də. Döyüşlər zamanı ağciyərlilik göstərənlər də olurdu, ölümün gözünə dik baxanlar da. Amma nədənsə ikincilər insan yaddaşında daha çox qalır.

Doğma Laçın rayonunu qorumaq üçün gəlib qanlı döyüşlərin qızışdığı Yuxarı Fərəcan kəndinə yollanmış, qorxu hissi bilmədən düşmənin üstünə atılmış Sahib kimi oğulları necə unutmaq olar?!

Beş ağır güllə yarası alsa da, idarə etdiyi tankı düşmənin mühasirəsindən çıxarıb Qubadlının Yazı düzündəki mövqelərimizə gətirmiş İlham Məmmədovun qəhrəmanlığı bugünkü gənclərə ən yaxşı örnəkdir.

57 yaşında bir çətən külfəti atıb Ağdam kəndləri uğrunda döyüşlərə yollanmış astaralı Müzəffər Əsədovun hərəkəti də igidlikdir, elə deyilmi?!

Simaları hələ də gözümün önündən getməmiş neçə-neçə belə Vətən oğlunun adını çəkmək olar.

Qarabağ müharibəsindən danışarkən bir məsələyə də toxunmamaq əslində mümkün deyil. Bəli, bu müharibədə biz Şuşanı, Kəlbəcəri, Ağdamı, Laçını itirdik, Vətənimizin beşdəbiri düşmənin tapdağı altına düşdü. Konkret insanların bu uğursuzluqlarda günahı nə qədərdir?
Bəlkə vaxtında ermənilər kimi yaxşı təşkilatlana bilsəydik, təşəbbüsü düşmənə verməsəydik, uğursuzluqlar bir-birinin ardınca bizi yaxalamazdı?

1993-cü ilin sonlarında Horadiz qəsəbəsi uğrunda aparılmış döyüşlər bir sıra mətləblərə aydınlıq gətirdi. O vaxt ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin bir dəvətilə silaha minlərlə oğullar sarıldı. O vaxtadək uğursuzluğa düşar olsa da, Azərbaycanın öz oğulları toparlanıb bir gecədə düşməni 20 kilometr arxaya atdı, ona sarsıdıcı zərbələr endirdi. Horadiz əməliyyatı göstərdi ki, Azərbaycan xalqının döyüşməyi bacaran və Vətən yolunda hər cür fədakarlığa hazır olan oğulları var, ancaq ordunun düşmən qabağında duruş gətirməsi üçün digər önəmli şərtlər də gərəkdir...

Cəbhə gündəliyində öz əksini tapmış belə nümunələrdən çox gətirmək olar. İmkan daxilində meşin üzlü qalın dəftərlərin saralmış səhifələrində öz əksini tapmış həmin hadisələr mütləq işıq üzü görəcək. Ona görə xalqımızın ən ağrılı yeri olan Qarabağ müharibəsində yaranmış cəbhə gündəliklərindən söz açmağı özümə borc bilirəm.

Bir də...
Qarabağ müharibəsindən söz düşəndə yadıma çətin günlərində Qubadlını tərk etməmiş sədaqətli leyləklər düşür. Və mənə elə gəlir ki, onlar hələ də Qubadlını tərk etməyiblər, bizim yolumuzu gözləyirlər...
31 yanvar 2019 /

Leyləklər yolumuzu gözləyir

Похожие новости

DÖYÜŞÇÜ MÖVQEYİ: VƏTƏNPƏRVƏRLƏRİ UNUTMAYIN...

Vətəni sevmək hələ vətəndaşlıq demək deyil. Vətəni sevərək, başqalarına da sevdirə bilmək əsl vətəndaşlıqdır. Hər kəs öz vətənini sevməli və onu başqalarına sevdirməyi bacarmalıdır. Vətən sevgisi

DÖYÜŞÇÜNÜN UNUTMAĞA VƏ UNUDULMAĞA HAQQI YOXDUR!

Insanlar müxtəlif xasiyyətlərdə olurlar. Amma elələri də var ki, heç dəyişməzlər. Belə adamlar öz problemləri ilə ətrafdakıları narahat etməz, həmişə digərlərinə qayğı və diqqətlə yanaşarlar. Bu

MƏMUR SƏHLƏNKARLIĞI AZƏRBAYCANI İŞIQSIZ QOYDU

Üzeyir Cəfərov Hərbi jurnalist (Fb paylaşımından) İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanın bütün ərazisində baş vermiş enerji kəsintisi hadisəsi ilə əlaqədar səhər saatlarında ölkə rəsmilərinin

BU GÜN ƏFSANƏVİ QƏHRƏMANIMIZIN AD GÜNÜDÜR

Qəhrəmanların doğum tarixi olur, ölüm tarixi olmaz. Bu gün əıfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun Ad günüdür... "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim

Jurnalistlərimizi informasiya müharibəsinə hazırlamalıyıq

Hökumət bu sahəyə ciddi diqqət ayırmalıdır... (Təkrar) Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarının keçirdiyi Aprel əməliyyatları həm daxildə, həm xaricdə qaranlıqlara işıq saldı. Öncə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ