Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə...

Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə...

"Ola bilər, nağdsız ödəniş edənlərin pulu karta köçürülsün, nağd şəkildə ödəniş edənlər isə çekləri yığıb müvafiq yerlərə versin və pulu oradan alsınlar"

Xalid Məmmədov, Sputnik Azərbaycana bu barədə belə deyib.

2019-cu il yanvarın 1-dən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə (restoran, kafe, çayxana və s.) fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılmalıdır.

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, hələlik, bununla bağlı konkret qaydalar qəbul edilməyib, amma hər halda yaxın vaxtlarda qəbul ediləcək: "Vətəndaşlar marketlərdən mal alanda və yaxud kafe, restoranlara gedəndə onlara verilən çekləri atmasınlar, saxlasınlar. Əhalinin mağazalara, kafelərə, restoranlara etdiyi ödənişin 18 faizi əlavə dəyər vergisidir. Əgər alıcı ödənişi nağd şəkildə edibsə, əlavə dəyər vergisinin 10 faizi ona qaytarılacaq. Nağdsız ödəniş ediblərsə, əlavə dəyər vergisinin 15 faizi geri qaytarılacaq".

O bildirib ki, mağazadan 100 manatlıq alış-veriş edirsənsə, bunun 18 faizi, yəni 18 manatı ƏDV-dir: "Nağd şəkildə ödəniş olubsa, ödənmiş əlavə dəyər vergisinin 10 faizi, yəni 1 manat 80 qəpiyi alıcıya qaytarılacaq. Nağdsız şəkildə ödəniş olubsa, ödənmiş əlavə dəyər vergisinin 15 faizi, yəni, 2 manat 70 qəpiyi geri qaytarılacaq".

Ə.Həsənovun sözlərinə görə, bu, pərakəndə ticarət və ya ictimai iaşə sahəsində qeyri-rəsmi dövriyyəyə imkan verməmək üçündür: "Vətəndaş biləndə ki, əlavə dəyər vergisinin bir hissəsi ona geri qaytarılacaq, o zaman çek tələb edəcək. Çek vurulmursa, vergidən yayınma baş verir. Amma bu yolla alıcı satıcını məcbur edəcək ki, çek versin".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a deyib ki, mağazadan 500 manatlıq alış-veriş edən şəxsə, orta hesabla, 12 manata yaxın pul geri qayıdacaq: "Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslər bu işi həyata keçirməklə ilk növbədə sanksiyalardan qurtulmuş olurlar və həmin şəxslərə güzəşt də ediləcək".

"Alıcılar artıq çekləri yığsınlar. Hazırda bununla bağlı Vergilər Nazirliyi tərəfindən bir sistem hazırlanır. Ola bilər, nağdsız ödəniş edənlərin pulu karta köçürülsün, nağd şəkildə ödəniş edənlər isə çekləri yığıb müvafiq yerlərə versin və pulu oradan alsınlar" - deyə ekspert bildirib.

Qeyd edək ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı və s. olmalıdır.

Xatırladaq ki, vergilər nazirinin müavini Sahib Ələkbərov ötən ay KİV-ə açıqlamasında deyib ki, ümumi mövqe nağdsız hesablaşmadan həm alıcının, həm də satıcının, yəni sahibkarın faydalana bilməsidir: "Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda əlavə dəyər vergisinin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında əlavə dəyər vergisinin 10 faizi qaytarılacaq".

"Sahibkara gəldikdə isə onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın" – deyə nazir müavini qeyd edib.
01 fevral 2019 /

Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə...

Похожие новости

Bütün növ pensiyalar artırılacaq

Azərbaycanda bütün növ pensiyalar artırılacaq. Bunu Milli Məclisdə (MM) jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Azərbaycanda

ŞƏHİDLƏRİN "QAN PULUNA" KİMLƏR GÖZ DİKİB?

Son günlər kimlərinsə nməqsədli şəkildə şəhid ailələrini get-gələ salması, saxta sənədlər üzə çıxararaq onların heysiyyətləri ilə oynaması sıradan bir məsələ sayılmamalıdır. Bu bizim dövlətimizə,

17 MİLYARD MANATLIQ BORCUMUZ AÇIQLANIB

Azərbaycanın ümumi dövlət borcunun mövcud vəziyyəti açıqlanıb. Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət

Trampdan Türkiyə ilə bağlı DAHA BİR SENSASİYALI ADDIM: bundan sonra qardaş ölkədən...

ABŞ prezidenti Donald Tramp Türkiyə böhranı ilə bağlı yeni bir açıqlama verib. Fedai.az publika.az-a istinadən xəbər verir ki, prezident tvitter hesabında “Türkiyədən idxal edilən polad və

Metro və avtobuslarda gediş haqqı artırıldı

Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində iclası keçirilib. Fedai.az Tarif (qiymət) Şurasının mətbuat xidmətinə istindən xəbər verir ki,iclasda ictimai nəqliyyatda sərnişindaşıma
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ