Prezident: "Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü"

Prezident: "Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü"

"Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı danışıb.

"O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun", - deyə Prezident bildirib.

İlham Əliyev müstəqilliyə gedən yolun məhz Naxçıvandan başladığını vurğulayıb:

"Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin".

Dövlət başçısı məhz bundan sonra onun taleyində dəyişiklik baş verdiyini söyləyib:

"Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.

O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam".

Dövlət başçısı bildirib ki, gənclər hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə belə həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar:

"Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar".
02 fevral 2019 /

Prezident: "Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü"

Похожие новости

PREZİDENT ÜMUMXALQ HÜZÜN GÜNÜNDƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Qara

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları

Bu gün Azərbaycanda Bayraq Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Fedai.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti

Prezident İlham Əliyev: "Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz"

“Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək, daha güclü dövlət quraq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz. Bu yol Azərbaycan

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Yenicag.az xəbər verir ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil olunur. Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ