''Qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək''

''Qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək''

Vahid Qazi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Həyat və azadlıq” kitabından Ağdamın işğalına aid hissəni bölüşürəm. Bunu niyə edirəm?

Dəfələrlə bizim ictimai-siyasi xadimlərimizin, hərbçilərimizin, dövlət adamlarımızın öz xatirələrini yazmalarının əhəmiyyətini qeyd etmişəm. Lap memuar yazmaq yaşına çatmayanların belə bu xatirələri tək tarixi baxımdan yox, bu günə, gələcəyə analitik yanaşma baxımdan da böyük əhəmiyyət kəsb edər. Koçaryanın bu kitabında istədiyiniz qədər yalan, məqsədli təhriflər tapa bilərsiniz, amma məsələ onda deyil. Məsələ ondadır ki, bu adam Qarabağda törətdiklərini - bizim cinayət hesab etdiklrimizi - “milli-azadlıq mübarizəsi”, “xalqın öz müqəddəratını təyinetmə hüququ”, “özünümüdafiə”, “dövlət quruculuğu” donuna bükərək BMT-nin 6 rəsmi dilindən birində - rus dilində, istənilən xarici oxucuda erməni xalqına rəğbət doğuracaq bir dildə qələmə alıb. Kitabı oxuyan əcnəbi oxucunu bunun əksini düşünməyə vadar etməyə 5 belə kitab yetərmi? Bilmirəm.

Buradakı “xətaları” üzə çıxarası bir yazını 2 milyonluq diasporamız olan Rusiyada bir ciddi qəzet, saytda dərc etməyə qüdrətimiz çatarmı? Onu da bilmirəm.

Ağdama aid yeri də ona görə paylaşıram ki, 1 "ağıllı yalan"la 10 "infantil həqiqəti" necə örtməyn mümkünlüyünü bir daha görək. Koçaryan Qarabağ erməniləriylə Ağdamı işğal edibmiş, Yerevanın, Moskvanın bundan xəbəri yox imiş.

Kitabdan bu hissəni facebook dostumuz Gülya Xakinin tərcüməsində bölüşürəm:

“Kitabdan başqa bir fraqment...

Koçaryan yazır ki, Ağdamı Kəlbəcərə görə tutduq, başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. (qeyd: BMT-nin 822 saylı qətnaməsi Kəlbəcərin işğalından sonra verilib, 30 aprel 1993-cü il) Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi. Neçə dəfə Rusiyadan, Ermənistandan zənglər gəldi ki, Kəlbəcəri qaytarın. Ter-Petrosyan və Yeltsin bizdən Kəlbəcərin qayrarılmasını tələb edirdilər. Bununla bağlı Gorusda görüşümüz oldu. Orada konkret razılığa gələ bilmədik. Sonra Ter-Petrosyan Stepanakertə gəldi, bizim Parlamentin iclasında iştirak etdi və Kəlbəcəri təcili qaytarmağımızı tələb etdi. Biz ona dedik, bir şərtlə qaytara bilərik ki, oradakı silah-sursatı götürək və Kəlbəcərlə Mardakert arasında ciddi mühafizə xətti yaradaq. Bunun üçün bizə vaxt lazım idi. Ter-Petrosyan razı oldu. Bizi dalana dirəmişdilər.
''Qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək''
Həmin dövrdə Mardakertə tam nəzarəti ələ keçirdikdən sonra qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, çünki oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək. Bizə isə nə olursa olsun, Kəlbəcəri saxlamaq lazım idi.

Müəllif yazır ki, Ağdama hücum edəcəyimiz haqda Ermənistan hökumətinin xəbəri yox idi. Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq.

(Koçaryan bir yerdə yazır ki, Ağdamda o qədər silah-sursat var idi, günün günorta çağı, bir də gördün atışma səsləri başladı. Azərbaycanlılar boş-boşuna havaya atırdılar. Onlara necə paxıllığım tuturdu. Ağdamda “Qiasint” topları var idi ki, ondan bizdə yox idi. Həmin toplarla hər gün Stepanakerti atəşə tuturdular. Azərbaycan tərəfdə şarikli bombalar var idi, hansı ki, beynəlxalq konvensiyaya görə onu dinc əhali arasında tətbiq etmək yasaq idi. Ağacların başında qalıb partlamayan həmin bombalardan suvenir düzəldirdik)”

Telefonumuz susmurdu. Ermənistandan nə qədər adam zəng vurub bizdən nə baş verdiyini soruşurdu. Ermənistan Parlamentinin sədri Babken Ararktsyan mənə zəng vurub əsəbi halda: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi hardasınız?” “Yox, elə bir şey baş verməyib, sadəcə burada bir-iki təpəni tutub, oturub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”, dedim. “Sizin orada nə itiniz azıb? Beynəlxalq birlik gözləyir, biz nə vaxt Kəlbəcəri qaytaracağıq, siz isə Ağdama girmisiniz?” Dedim, “yox əşi, biz heç hara girməmişik, sadəcə qarşı tərəfdən artelleriya atəşi oldu, biz də onu susdurmaq üçün bir az irəliləmişik, vəssalam”. Babkenə yalan söyləyirdim, halbuki, bu sözləri ona Ağdamın mərkəzindən deyirdim. Onunla dost idik. Aldatdığıma görə pis olmuşdum. Sonra o, Qukasyana zəng elədi. Qukasyan da yanımda idi. O, Qukasyana: “Qulaq as, səni normal adam bilib zəng edirəm. Mənə deyə bilərsənmi, orada nə baş verir? İndi hardasınız?” Qukasyan da mən dediyimi dedi. Dedi ki, Ağdam ətrafındakı təpələrin birində oturub şəhəri müşahidə edir.

Düz 2 gün Ermənistan hökumətinə yalan məlumatlar verdik. Şəhəri tam ələ keçirdəndən sonra onlara həqiqəti dedik. Ermənistanda bircə Vazgen Sarqsyanın bundan xəbəri var idi. (qeyd: həmin dövrdə Vazgen Sarqsyan Ermənistan Prezidentinin müşaviri olub).

Ağdamı itirəndən sonra Səfər Əbiyev Kazimirov vasitəsilə Samvel Babayana zəng edib bizdən müvəqqəti olaraq əməliyyatları dayandırmağımızı xahiş etdi. Ayın 25-dən 28-nə kimi atəşkəs elan etdik. Hər dəfə Azərbaycan tərəfi özü atəşi dayandırmağımızı xahiş edirdi və hər dəfə də özü birinci atəşkəsi pozurdu.

1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü Qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdam sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər. (Koçaryan yazır ki, Stepanakert camaatı 2 il zirzəmidə yaşadı. Çimdikləri su ilə sonra paltarlarını yuyurdular).

''Qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək''
09 fevral 2019 /

''Qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək''

Похожие новости

12 MART - 8 KƏNDİN EDAM GÜNÜ

Mayıl Dostu Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair III Yazı (Əvvəli: http://fedai.az/index.php?newsid=3999, http://fedai.az/index.php?newsid=4036) 1992 - ci il mart ayının 11-i

QARABAĞ ERMƏNİLƏRİ İLƏ İRƏVAN ERMƏNİLƏRİ ARASINDA ZİDDİYYƏTLƏR DƏRİNLƏŞİR

"Naşa Armeniya" saytının yazdığına görə, Qarabağın mərkəzi olan Xankəndinin Aznavur adlanan meydanında, Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəstəkləyən bir qrup, onun azad edilməsini

QARABAĞ SÜLH SAZİŞİNİN "ATASI" ATƏŞİN SUSACAĞI GÜNÜ AÇIQLADI

REDAKSİYADAN: Rus faşizminin bizə qarşı oynadığı oyunda növbəti erməni kartının detalları Azərbaycanın əsil düşməni və rus şovinisti Vladimir Kazimirovun müsahibəsindən aşkar görünür. Bu gün

QARABAĞ SÜLH SAZİŞİNİN "ATASI" ATƏŞİN SUSACAĞI GÜNÜ AÇIQLADI

REDAKSİYADAN: Rus faşizminin bizə qarşı oynadığı oyunda növbəti erməni kartının detalları Azərbaycanın əsil düşməni və rus şovinisti Vladimir Kazimirovun müsahibəsindən aşkar görünür. Bu gün

Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ