SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...

SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...

Xaqani Ədəboğlu

Qarabağ uğrunda döyüşlərin iştirakçısı və Ağdərə rayon Milis Şöbəsinin əməkdaşı, ehtiyyatda olan mayor, AVMVİB sədrinin müavini və AVMVİB Polis veteranları şöbəsinin sədri Abbas Hüseynli milis işləyərkən onda qalmış bir sənədi mənə verdi. Adicə bir sənəd düşmənin necə məkrli bir düşmən olmasını sübut edir. O günləri xatırladım. Sizlər üçün də maraqlı olacağını düşünürəm...

Maraqlı bir dövrdə yaşayırıq. Öncə peşə sahəmizə məqsədli şəkildə doldurulan adamların ucbatından qələmi sındırdım və jurnalistikanın özbəöz peşəm olduğunu uzun illər dandım. Bu illərdə isə bəzi "mən müharibədə əlil olmuşam"-deyə, özünü reklam edəndən isə müharibədə əlil olduğumu gizlədim. Son günlər hər cür xəyanətkarlara maşalıq etmiş adamların "tank lüləsindən tutub yerə vurmaları barədə" danışdıqları nağılları dinləyincə bu "qəhrəmanların" harda vuruşduqlarını düşünə -düşünə qalmışdım. Amma bu sənəd və Ağdərə (Mardakert) məhkəməsinin bizlərə qiyabi şəkildə kəsdiyi məhkəmə qərarları əsasında sizlərə silsilə məqalələr təqdim edəcəyəm...

Dağlıq Qarabağda lokal müharibə çoxdan başlamışdı. Armud ağacına qədər ölən də öldürülənlər də yetərincəydi. Toparlandıığmız gündən bu hakimiyyətdən bizə kömək olmayacağını anlamışdıq. "Dişə diş, başa baş"-deyə plan cızdıq. Ağdərə-Xankəndi hərbi yolunu 2 kiçik kənd istədiyi vaxt bağlaya bilirdi. Öldürülən və girov götürülən hər şəxs üçün girov götürüb dəyişirdik. Çünki erməninin tək anladığı dilin zor olduğunu yaxşı bilirdik. İçimizə yol tapa bilməyən düşmənin içinə yol tapmışdıq. İstənilən informasiyanı 12 saata əldə edə bilirdik. Bu dirənişi qırmaq üçün Bakıdan müstəntiqlər ezam edərək Azərbaycan SSR rəsmən azlıqda olan əhalidən erməniləri qoruyurdu və bu məqsədlə göndərilən müstəntiqlər özləri danışsalar yaxşı olar. Yalnız 1989-cu ildə bizə köməyə Bərdə RDİŞ əməkdaşları göndərilmişdi və onları rus komendantı, erməni milislərinin əlindən güclə xilas edib 1 gün sonra geri göndərə bilmişdik. Bir də 4 nəfərlik Oktyabr (Yasamal) milisləri 1990-cı ilin sentyabr ayından oktyabr ayının sonunadək bizimlə birgə oldular. İlk gündən bizimlə qarışıb qaynaşan qeyrətli milislərimizdən ikisinin adını bu gün də xatırlayıram. Şamaxılı Vaqif və Tovuzdan Xanoğlan adlı milislərimiz əsil qəhrəmanlar idilər və onları axtarıram. Digərlərinin adını nədənsə unutmuşam. Həmin ay içində 4 ədəd AKSU kiçik çaplı avtomat və bizdə olan silahlar hesabına ən quduz ermənilər yaşayan bölgəni tam nəzarət altında saxlamağa nail olmuşduq. Lakin ermənilərin şikyətiylə bundan sonra Xatınbəyli kəndinə bir daha əlavə qüvvə göndərilmədi.
SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...
20 oktyabr 1990-cı ildə Cənyataq kəndi yaxınlığında qum yüklü ZİL maşını avtomat silahlarla gülləbaran edilmiş sürücü Quliyev Ramiz Fərman oğlu ağır surətdə yaralanmışdır. Hadisə o zamanın ən məşhur xəbərlər proqramı olan "Время" xəbərlər proqramında verilmişdi. Fakta dair cinayət işi qaldırmaq əvəzinə, günlərlə süründürməçiliklə yazdıqları faktların, nə cinayət işinə, nə də rəsmi milisqanunvericiliyinə uyğunluğu var. Ona görə də cinayət işi ilə bağlı təqdimatı olduğu kimi sizlərə təqdim edirəm:

"Cinayət işi: 34105. maddə. 207 III h. Azərb. SSR. CM (16.XI 1990)

20 oktyabr 1990-cı ildə qaldırılmış 34105 saylı cinayət işində Ramiz Quliyevə qarşı xuliqanlıq (!!!) hərəkətləri Azərb. SSR CM 207-ci maddəsinin II hissəsinin əlamətləri olmaqla SSRİ İstintaq Qrupunun təqdim etdiyi materiallara uyğunlaşdırılmışdır.

Bu hadisəyə qədər 10 oktyabr 1990-cı ildə Mardakert rayonu Cənyataq kəndindən RDİŞ-nə ərizə ilə müraciət edilmişdi ki, 10 oktyabr 1990-cı il saat 15:30 radələrində OMON-çular bir qrup azərbaycanlı millətindən olan şəxslə birlikdə avtomat silahlarla silahlanmaqla Cənyataq kəndinə hücum etmiş və kəndi atəşə tutmuşlar.

Bundan başqa əvvəllər də bu kənd omonçuların hücumlarına məruz qalmış, 3 nəfər yaralanaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəylə basğlı cinayət işi rayon prokrorluğundadır...
SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...
RDİŞ-nin azərbaycanlı əməkdaşlarına tapşırılsın ki, izahat və sorğu yoluyla bu faktın doğruluğu araşdırılsın ki, Ortapəyə kənd sakini Quliyev Ramiz Fərman oğlunun bədən xəsarətləri alması istintaq yolu ilə öz təsdiqini tapmayıb və ola bilər ki, OMON-çularla Cənyataq kəndinə hücum zamanı bədən xəsarətləri alınıb.

R. F. Quliyevin tibbi-ekspertizadan keçirilməsi barədə göndərişlə Ağdam rayonunda ekspertizadan keçirilməsi və ekspert rəyinin surətinin Mardakert RDİŞ-ə göndərilməsi təmin edilsin".

Həmin hadisələrin əsil məzmununu olduğu kimi və olayın təşkilatçısı olaraq sizlərə təqdim edirəm. Azərbaycan milisləri bizim kəndə gəldiyindən qonşu erməni kəndləri bərk narahat idilər. 9 oktyabr 1990-cı ildə axşam bizim inəyin Cənyataq erməniləri tərəfindən oğurlanması xəbəri gəldi. Mən universitetin jurnalistika fakültəsində oxusam da bir həftə idi ki, kənddəydim. Kəndin cavanlarını topladım. Hadisədən duyuq düşən Oktyabr milislərindən Vaqif və Xanoğlan da gəlib bildirdilər ki, o inəyin qatığından biz də yemişik. Birgə gedirik. Sabah 12-yə vədələşdik. Cənyatağın üzərinə gedib inəyi tapacaqdıq. Dəstə yığışar - yığışmaz bizim rayona yeni rəis müavini təyin olunmuş, 1990-cı ildə İrəvandan gəlmiş Mamedov soyadlı kürd olması bilinən və bizim dili bilməyən milis zabiti gəlib çıxdı. Yəqin hardansa xəbər tutmuşdu və dəstəni belə getməyə qoymayacağını bildirdi. Gərgin vəziyyət yarananda dedim ki, sən, bilmirəm kimsən, nəçisən, bizimkilər 1989-cu ilin dekabr ayında Ermənistanı tərk edib. Sən isə ermənicə danışan biri olaraq İrəvandan bir ay öncə bura hopanıbsan, bizim inəyi gətirib mənə verməyinə nə qədər vaxt istəyirsən? Bu dərələrin, bilirsənmi nə qədər uzunluğu var? Uşaqlar üstünə yeriyəndə, Mamedov meyit rəngi aldı və dili dolaşa-dolaşa: "Ara sizin dili öyrənəcəm. Mən də sizinlə gedirəm, onda". Vaqif dedi: "Düşürsən mənim önümə. Bircə səhv hərəkət, səni xərəkdə qaytarıb erməni dilli qohumlarına göndərəcəyik".
SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...
Dəstəni iki yerə böldük. Birinci dəstə Daşlı Cəvənin boynuna dolanan cığıra doğru, qardaşım Nizami, Şakir və onun yaşdaşlarının olduğu ikinci dəstə isə iki milisin iştirakıyla Popov istiqamətə yönəldik. Sığnaqda Baş Güneypəyədən ova çıxmış gənclərlə qarşılaşdıq və onlar da bizə qoşuldular v. Cənyataq kəndinin qəbristanlığının üstündən kəndə doğru ətrafı bələdlədik və istiqamətləri müəyyən etdik. Bu istiqamətdən gəlişi ermənilər gözləmirdilər. Popovun dərəsindən xəbər verdilər ki, Rantik adlı çobanı heyvanları ilə birgə tutublar. İkinci dəstəni oradakı dərədən çıxmamağı tapşırdıq və kəndə doğru atəşlə yenməyə başladıq. Öncə qəbristanlıqdakı 4 nəfər kişi qaça-qaça qışqırıb hay saldılar ki, "KELBECER GAMA, KELBECER GAMA". Yəni Kəlbəcər gəlib. 500 evlik kənddə panika başlandı və əhali əllərinə keçəni götürüb qarşı kolluğa doğru qaçırdılar. 15 dəqiqəyə kənd boşalmışdı və bizim inəyin Slavik adlı erməninin evinin ardında boğazında kəndir qaça-qaça kəndə tərəf getdiyini gördük. Ermənilər inəyi açıb buraxmışdılar. Atəşi davam etdirə - etdirə ikinci dəstənin yanına getdik. Onlar çobanın əl-ayağını bağlayıb mövqe tutmuşdular. İnəyi buraxdıqlarına görə çobanın əl-ayağını açıb buraxdıq. Arxaya baxa-baxa qaçıb getdi.

Atılan güllələrdən bir ot tayası yanırdı və milis starşinası Xanoğlan, Mamedovdan soruşdu ki, neçə güllə atmısan? Sən demə, bircə güllə də atmayıbmış. Vaqif dedi ki, bu bizi satacaq. Çıx təpənin üstünə bütün mağazanı Cənyatağa tərəf boşalt. Mamedov mağazanı kəndə tərəf boşaltdı. Deyib gülə-gülə kəndə qayıtdıq. İnək bizdən qabaq gəlmişdi.

Bir gün sonra bu hadisəni ermənilər böyüdərək "Советский Карабах" qəzetində "Азербайджанские боевики в черных и белых" adlı məqalə dərc edilmişdi. Hadisələrdə bizim hücumu çox dəqiq surətdə hazırlanması və bir nəfərin öldürülməsi yazılmışdı. Amma həmin hücumda kimsənin ölmədiyini dəqiq bilirdim. Ona görə daim mənimlə əməkdaşlığa razılaşan Mişa (bizimkilər ona yerqazan kişi deyirdilər) ilə görüşdüm. 5 litr benzin verdim və öyrəndim ki, öldürülmüş kimi verilən kişi 66 yaşlı bir erməni hadisədən 3 gün öncə ölübmüş. Fakt düzəltmək üçün meyidə 2 güllə vurub şəklini çəkiblər. Lakin bu sənəddə isə 3 nəfərin yaralanması yazılıb.
SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...
Biz Dağlıq Qarabağın sakinləri düşmənlə mübarizədə, əhali azlığı çəkə-çəkə 4 il dayandıq. Amma bizlərə kömək əvəzinə daim Bakıdan ermənilərin xeyrinə basqılar gördük. Əhalisi və imkanları geniş olan rayonlar bizləri o günlərdə görməzdən gəldilər və biz o zaman deyirdik ki, biz çəkilsək sizlər üçün çətin olacaq. Bizə inanmadılar...

Bu cür 12 olmuş hekayəni çap etməyi planlaşdırmışam. Bu günlər çox "əfsanəvi" qəhrəmanlar çıxıb deyirlər ki, ermənilər bunların başlarına pul qoyubmuş. Ona görə bir döyüşçü kimi ermənilərdən çox "incimişəm". Onlara qarşı o boyda pisliklər etsəm də bizim başımıza pul kəsmədilər, amma Ağdərə azad edildiyi günlərdə bizim kəndin döyüşçüləri məhkəmə hökmlərini götürmüşdülər. Sən demə onların başına pul, bizlərə isə qiyabi hökmlər kəsiblərmiş. Ağdərəli vetreranlara o qərarların surətini göndərmələrini xahiş edirəm.

Bir də sonadək mənimlə əməkdaşlıq edən Mişadan (çoxdan ölmüş olar) üzr istəyirəm, ona Cənyataq kəndində "sovet sədri" vəzifəsini söz vermişdim. Vədimə əməl etmədim, etməyə imkan vermədilər...
11 fevral 2019 /

SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...

Похожие новости

12 MART - 8 KƏNDİN EDAM GÜNÜ

Mayıl Dostu Müharibə veteranı, Ağdərə rayon İH sabiq müavini, şair III Yazı (Əvvəli: http://fedai.az/index.php?newsid=3999, http://fedai.az/index.php?newsid=4036) 1992 - ci il mart ayının 11-i

DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ NECƏ LƏĞV OLUNDU?

Abbas Hüseynli Araşdırmaçı -yazar, müharibə veteranı Bəzi hallarda başımıza gələn «Qarabağ» müsibətinin mahiyətini tam şəkildə başa düşmədən fikirlər, rəylər irəli sürürük. Bunların hamısı Qarabağı

DÖYÜŞ XATİRƏSİ: Qazançı əməliyyatı

Abbas Hüseynli Araşdırmaçı-yazar, müharibə veteranı Qazançı kəndi Ağdərə rayonunun erməni kəndlərindəndi. Bu kənd hər tərəfdən Azərbaycan kəndlərinin əlatəsində olsa da, demək olar ki, 20-ci əsrin

UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

(Erməni əsiinin Əvəz Novruzov haqqında dedikləri) Sosial şəbəkələrdə bu cür yayımları ilə tanınmış keçmiş döyüşçü Vidadi Kərimbəyliyə AVMVİB adından öz minnətdarlığımızı bildiririk... 1992-ci il

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar... Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ