SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub

SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub

Fedai.az xəbər verir ki, fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ili tamam olur.

Əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub
Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və yeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Xidmət rəisi xüsusi vurğulayıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDX də daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətin şəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.
SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub
A. Rəhimov diqqətə çatdırıb ki, indiki dövrdə hər bir azərbaycanlı, orduda xidmət etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab edir. Çünki, hər bir çağırışçı, ehtiyatda olan hərbi qulluqçu əmindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları təşkil edir. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, əgər biz məqsədimizə sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa olsun, düşmən tapdağı altında qalan ərazilərimizi azad edəcəyik.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Xidmət rəisi əlavə edib ki, ötən dövrdə Xidmətin “Vahid elektron informasiya sistemi” və elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin rəsmi internet saytı bu il iki dildə (Azərbaycan və ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub. Həmçinin tədbirdə AVMVİB-in təsis etdiyixatirə medalları da Xidmətin fərqlənən əməkdaşlarına təqdim edilib.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib. O cümlədən AVMVİB sədri F. Rzaquliyev və AVMVİB sədrinin təşkilati işlər üzrə müavini V. Abdurəhmanov Xidmətin Fəxri Fərmanıyla təltif ediliblər.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.

Elnur Səlim

SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub
SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub
14 fevral 2019 /

SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub

Похожие новости

AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİNDƏ

AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə rayon şöbəsi təltif mərasimi keçirib. Fəal bölgə veteranları AVMVİB-nin təsis etdiyi xatirə medallarıyla təltif

Prezidentdən səfərbərliklə bağlı mühüm fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası

Bu şəxslərin hərbi biletləri dəyişdirildi

Azərbaycanda "Ehtiyatda olan zabitin hərbi biletinin forması" dəyişdirilib. Femida.az xəbər verir ki, bununla bağlı "Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin

"VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Səbail rayonundakı şəhid Etibar Əliyev adına 162 № li orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!”

Qəbələdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

QəbələPress.info-nun məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Qəbələ Rayon İcra Hakimiyyəti “Vətənin müdafiəsinə hazıram!” mövzusunda birgə tədbir keçirib.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ