"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"

"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"




















İlham İsmayıl

Başqa sabitlik yox, atəşkəsdən sonra Qarabağın işğalının sabit olaraq qalması və bu sabitliyin və sükutun fonunda ölkənin sabit durumu ilə fəxr etmək və bunu örnək göstərmək çox təəccüblü gəlir: Qarabağ işğal altındadır və Azərbaycan sabit ölkədir? Hansı dövlət torpağı işğal olunanda “yerdə qalanına şükür”, deyib sabitlikdən danışır? Fələstin, Kipr, Ukrayna, Gürcüstan, Moldova özlərini “sabitliyin cənnətində” hiss edirlərmi? Tələbə olanda Azərbaycan tarixi müəllimi Rusiyanın Azərbaycanı işğal etməsini (o vaxt işğal yox, birləşdirmək yazılırdı), Azərbaycanın ikiyə bölünməsini tarixi şans adlandırır və sonra da Azərbaycanda sovet hakimiyyətinin qurulmasını xoşbəxtliyimiz kimi deyir, müqayisə üçün də Cənubi Azərbaycanın pis gündə yaşamasından danışırdı. Sözünü bitirəndə müəllimə belə bir sual verdim: müəllim bir qardaş xoşbəxtdir, o birisi bədbəxt, belə olanda, ana özünü necə hiss edir? Yəni bütöv Azərbaycan özünü xoşbəxt sayırmı? Müəllim: “bura provakator sualların yeri deyil”- deyib, uzun – uzadı beşillik plandan, keçici qırmızı bayraqlardan, Brejnevdən danışdı. Indi Qarabağ işğal altındadı, amma “atlanan qozlu bağa”- xoşbəxt sabitlikdən danışır. Qarabağ düşmən əlindədirsə, Azərbaycan vətəndaşı hansı sabitliklə və necə xoşbəxt ola bilər?

Ölkədə Qarabağ ətrafında baş verən siyasi prosesləri yasalayanlar (təhlil edənlər yox), hər zaman sabitlikdən danışır, siyasi kataklizmlərin yaşandığı ərəb ölkələri, Latın Amerikası ölkələri ilə müqayisələr aparıb, Qarabağ sükutunu, səssizliyini yüksək dəyərləndirir, uyğun gəlməsə belə, hətta təbii fəlakətlərin baş verdiyi ölkələri də sitat gətirib, bizdə selin, daşqının, zəlzələnin olmadığına şükr etməyi tövsiyyə edirlər. Lap yaxşı. Qarabağı azad edin, sonra bu sabitliklə lap başımızda qoz qırın, amma Qarabağ azad olsun. Sabitlik bütövlükdə insanların adət etdiyi şəraitə alışqanlığıdır və ruhən tənbəlləşmiş adamlar nəyisə dəyişməyi fikirləşmirlər. Qarabağ sabitliyi ilə, yəni işğalı ilə xalqı alışqan etmirlərmi? Bəlkə xalqları sülhə hazırlamaq elə budur? Ona görə də vəziyyətə alışqan xalq, sabitlik haqqında deyilənləri məcburən olsa da, qəbul edir. Heç tacir Əsgər kimi “bu dünya elə belə gəlib, belə də gedəcək?” sualını da vermirlər, əksinə, kimsə danışanda tacir Əsgərin dediyini sual cümləsi kimi yox, əmr cümləsi kimi səsləndirirlər. Qarabağdan danışanda, torpaqların azad olunması üçün ayağa qalxmaqdan söhbət düşəndə, kəndlisindən akademikinə kimi insanların əlini yellədib: “Qarabağ getdi ee.., Qarabağı unut”, “dünya Qarabağı verib erməniyə”, “Rusiya ömründə Qarabağı bizə verməz” kimi sözləri yəqin sizlər də çox eşitmisiniz. Öz aləmlərində “müdrik” kəlam işlətdiklərini, dünyanın gedişatından daha yaxşı hali olduqlarını göstərmək istəyən bu adamlar, əslində özlərinin “sabit” durumları ilə, siyasi dildə desək,”status-kvo”ları ilə qane olanlardır və işğaldan torpaq azad etmənin ağır, mürəkkəb yollarından qorxduqları üçün bu mövzuda danışmağa imkan vermirlər.

Qarabağ problemində vəziyyətin bizim üçün “sabit və ağır” olaraq qalması ən çox Ermənistanı qane edir. Düşmən rahat şəkildə daxili və xarici siyasətini davam etdirir və bu siyasət sabit şəkildə deyil, ciddi dəyişikliklərlə müşahidə olunur. Bizdən arxayın olub ölkədə ”məxməri inqilab” edirlər, Rusiyaya meydan oxuyub istədiklərini alırlar, beynəlxalq aləmin simpatiyasını qazanırlar. Ona görə ki, bizdəki sabit Qarabağ durumundan narahat deyillər.

İndiki vəziyyəti təhlil edib, əvvəlki dövrlə müqayisə edəndə Qarabağ siyasətində nə qədər gerilədiyimizin fərqində olmammaq mümkün deyil. Ermənistandakı hakimiyyət dəyişikliyi düşmənin xaricdə tərəfdarlarının sayını artırıb. Bəzilərinin gözlədiyinin əksinə olaraq Rusiya ilə daha yaxın münasibətlər yaranıb, həm də Rusiya sanki günahkardır, günahını yumaq üçün də Ermənistanın nazı ilə oynayır. RF XİN –in müavini Karasin “qazı və başqa strateji məhsulları” ermənilərə güzəştlə verdiklərini sevinclə qeyd edir. İrəvanda Qriboyedovun heykəlinin açılışında Qarabağ probleminin ”istisnasız olaraq” sülh yolu ilə həll olacağını deyib, erməniləri ən çox qorxduqları müharibə variantından arxayın salır. Müdafiə naziri Şoyqu bu günlərdə “İsgəndər” raketi azmış kimi, yeni nəsil SU 30 qırıcı təyyarələr hədiyyə edib, Ermənistan silahlı qüvvələrinin ” rəqibə daha dəqiq zərbələr endirmək gücünə malik olduğunu” bildirir. Rəqib də bizik. Şoyqunun vətəni Tuvada isə bizim oliqarxlardan biri onunla şərikli obyektlər tikir.

Bu günkü vəziyyətə baxanda bir vaxtlar deyilmiş fikrin əksinə olaraq - Qarabağın heç vaxt indiki kimi bizdən uzaqlaşdığını görməmək mümkün deyil. İmitasiyalarla yalnız özümüzü aldadırıq. Nəticəsi olmayan tədbirlərlə nə düşmənə, nə beynəlxalq aləmə təsir edə bilmərik. Axı, biz nədən düşmənə bu qədər arxayın olmaq üçün şərait yaratmışıq?

Biz Qarabağ sabitliyini pozmağa məhkumuq. Düşmənin ən böyük qorxusu, bizim Qarabağ sükutunu istər diplomatiyada, istər cəbhədə pozmağımızdır. Əgər vətənimizi işğaldan azad etmək istəyiriksə və bu istəyimizi həyata keçirməyi qarşımızda məqsəd qoyuruqsa Qarabağ sükutunu, sabitliyini pozmalıyıq. Yoxsa, Paşinyan hər gün söylədiyi yalanları müxtəlif interpretasiyalarla təkrar edəcək. O yerə çatıb ki, Paşinyan parlamentdəki çıxışında Dağlıq Qarabağın azərbaycanlı icması haqqında danışarkən mənasız bir nəticəyə gəlib: ”Azırbaycan hakimiyyəti nə dərəcədə Azərbaycan xalqı adından danışıqlar aparmağa səlahiyyətlidir“ kimi öz aləmində bizi çıxılmaz vəziyyətə saldığını bildirir. Son iki gündə Qarabağla əlaqədar parlamentdəki: “Azərbaycan tərəfi xalqı müharibəyə hazırlayırsa, biz də adekvat hərəkət etməliyik”-, deməsinə baxmadan, ona praktik şəkildə real güc göstərilməsə, yəni “Qarabağ sabitliyi” pozulmasa, o hər zaman demaqoqcasına danışmaqda davam edəcək. Yalnz güc qarşısında bizə yalnız erməni yox, havadarları da minnətçi düşəcək. Biz ermənini danışıqlara dəvət etməməliyik. Biz məcbur etməliyik ki, düşmən yalvarıb bizi danışığa çağırsın. Bir sözlə, Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır! /moderator.az/
14 fevral 2019 /

"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"

Похожие новости

Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Publika.az xəbər verir ki, Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz

Aleksandr Duqin: "Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq"

Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınması prosesini ATƏT-in Minsk qrupu həmsədrlərinin keçmiş

"Son 20 ildə gizli şəkildə..." - Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Livanda erməni icması ilə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, çox vaxt beynəlxalq ictimaiyyət

BAYRAM SƏFƏROVUN MƏNTİQİNƏ GÖRƏ BİZ BÜTÜN İŞĞALDA OLAN TORPAQLARA NƏZARƏT EDİRİK

Yəni İraq ABŞ işğalında olsa da oraya da biz nəzarət edirik... Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan rəhbəri Nikol

"Putin NATO”suna doğru irəli” deyənlərin menyüsünə

İlham İsmayıl "Putin NATO”suna doğru irəli” deyənlər KTMT-yə üzv olsaq Qarabağın qaytarılmasını yox, “ Qarabağın qaytarılmasına doğru yol açıldığı” kimi əsassız və qeyri-müəyyən fikirləri millətin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Təqaüdə çıxan müharibə veteranları öz haqlarını arayırlar...TAM MƏXFİ: LƏNƏTLƏNMİŞ "BEYNƏLMİLƏL"...ADOLF HİTLERİN SON MÜSAHİBƏSİ: "...mən yəhudilər haqqında düşünə bilmərəm"ŞƏMİSTAN ƏLİZAMANLI "YÜRÜYÜN ALPLAR" OXUDU - VİDEOVova Vartanov: "Bütün silahlarınızı verin, bəlkə hansısa əraziləri qaytararıq"Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək"Valideynin məktəbdə bir günü" ...Erməni alan və qızını erməniyə ərə verən Ağadadaş Kərimov​ görüşdən qovuldu - VİDEOBAŞSAĞLIĞI“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcəkPrezident Bakıda nazirlərin V iclasında iştirak edibÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldü
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ