Kamal Abdullanın tədarükü

Kamal Abdullanın tədarükü


















Bir az uzun olacaq, ancaq maraqlı olacaq.

Yaxın oturun.


Bir misal var:"Tanımadım, varlı olacaqsan".Varlanandan sonra adamları tanımaq olmur deyə xalqın dilinə belə bir deyim düşüb. Həmişə vəzifəsi olub onun. Heç vaxt öyrəşdiyimiz "kreslo adamı”na çevrilməyib. Alternativ məmur obrazı yaradıb. İllər boyu rektor işləyib, prezidentin müşaviri olub, bir dəfə cangüdənlə, gözqamaşdıran avtomobillə görünməyib. Son illərəcən hətta sürücüsüz gəzirdi. Kamal Abdulladan danışacam sizə. Hərdən sözümün çəp gəldiyi, 15 ildən çox tanıdığım Kamal müəllimdən. Akademik Azad Mirzəcanzadə haqda araşdırma edirdim. Axtara-axtara gedib Kamal müəllimə çıxdım. Demə, akademikin mühazirələrini təşkil edirmiş Slavyan Universitetində. Nə əlaqəsi? Azad Mirzəcanzadə "neft alimi”, o hara, Slavyan hara? Mirzəcanzadə hərtərəfli alim idi. "İxtisasa giriş”, "İyirmi birinci əsrə yol” kitabını oxuyanlar bilir. Onun gəncliyə verə biləcəyi çox şey vardı. Bu səbəbdən də Kamal müəllim onu Slavyan Universitetinə dəvət edirdi. Azad müəllim də inanılmaz böyük həvəslə tələbələrin görüşünə gedirdi. Hə, Azərbaycanda belə alimlər yetişib...

Birgə yazdıqları kitab da var – Azadla Kamalın.

O vaxt bizdə belə təcrübə yox idi, heç indi də yoxdu. Bu yalnız xarici universitetlərdə olur. Tələbələrin intellektuallığını, dünyagörüşünü genişləndirmək üçün alim hardansa transfer edilir, dəvət alır. Kamal Abdulla da zaman itirməyib. Azad müəllimlə bağlı çox adam zaman itirdi. Ölkə olaraq zaman itirdik. Biz ondan vaxtında iki döl ala bilərdik - elm və mədəniyyət sahəsində. Özü onsuz da bacardığını ürəyində gizlətmirdi. Canını qoyurdu. Kamal müəllim də bunu tələbələri üçün edirdi. "Tələbələrim” deyəndə Kamalın üzündəki işığı görmək lazımdı. Bu tək kəlmə ilə o sanki universitet gəncliyini bağrına basır.

Ağızdolusu, böyük sevgiylə deyir: Tələbələrim...


Onun üçün böyük sevgidi universitet həyatı. Öz həyatını bu həyata dəyişib. Gəncliyi həmişə sevib. Çevrəsində həmişə özündən cavanlar olub.

İlk dəfə yanına gedəndə soruşdu: "Don Kixot"u oxumusan? Çox gənc idim və bu sual beynimdə "Don Kixotluq etmə” eyhamı kimi dalğalandı. Bəlkə də eləydi. Sonra bildim ki, Kamal müəllimin çox sevdiyi əsərdi. Hamıdan soruşur: "Don Kixot"u oxumusan? Don Kixotu niyə sevdiyini dəqiq deyə bilmərəm. Onun xəyallar arxasınca didərginliyini, çirksiz ruhunu sevir bəlkə. Gəlirli-çıxarlı dünyada ürəyini duru arzularla, duyğularla yuyub tərtəmiz saxlayan və qara yalanlıq içində həqiqət işıltısı axtaran adamlar həmişə Don Kixotu xatırladacaqlar. Kamal Abdulla özü Don Kixotdurmu?... Deyə bilmərəm, amma işığın tərəfindədi, çıraq yandıran adamlardandı.

Hekayəsini tənqid etmişdim. Görüşəndə həmin tənqidi cümləmi səsləndirib ürəkdən güldü: "Düz yazmısan. Qərəzsiz tənqid olanda qəbul edirəm. Tənqiddə hikkə hiss edəndə əsəbləşirəm”. Bütünlükdə isə tərifi sevir. Hətta tərifdən estetik tablo kimi zövq alır. Bu da onun haqqıdı. Adı gələndə təsəvvürümdə gecə-gündüz çalışan, bu səhərdən o biri səhərəcən kitab içində eşələnən, gününü universitetin problemlərinə xərcləyən, yeniliyə həvəsli, usanmadan işləyən, qarışqa kimi bir aydın canlanır. Kamal Abdulla həmişə qışa tədarük görür. Onun dünyasında həmin o qış nədi, haradı, - deyə bilmərəm. Mənə görə, o, bütün qışlardan alnıaçıq çıxıb ayaqda qala bilən bir aydındı. Ömrünü gerçək bir yazıçı, elm adamı kimi yaşayıb. Biz nə rektorlar görmüşük! Kortejini tələbələrin üstünə sürdürən, koridora çıxacacaq deyə tələbəni ordan qovduran, ətrafı cangüdən dəstəsi ilə dolu...elə bilərdin mafiya başçısı gəlir.

Kamal Abdulla isə həmişə tələbələrinin içində dərviş kimi dolaşıb. Hətta bəzən gözəgörünməz olub. İçində yaşadığı mistik dünyasında özünü görünməz də hiss edir bəlkə. Prezidentin müşaviri təyin edilmişdi. Mərkəzdəki parkdan keçirdik. Kamal Abdulla ilə qarşılaşdıq. Yenə eyni sadə geyim-keçimində, yenə tək...yenə görünməzlikdə...Üzündə hüzn vardı. Vəzifəsi yüksəlmişdi, hüznü də artmışdı sanki. Universitet üçün darıxırdı, məncə. Kamal müəllim təhsilə, mədəniyyətə, ədəbiyyata misilsiz əmək vermiş adamdı. Ağıllı bir deyimimiz var, çox sevirəm:"İgidi öldür, haqqını yemə”. Bir fərd kimi çözələsək, hamı kimi ona da qüsur taparıq. Söhbətsə bir aydın ömründən, böyük mədəniyyət xadimindən gedir, haqqını verək gərək. Biz etməsək, kim edəcək?..

Musa Yaqub - böyük şairimiz, nəslinin son cəngavəri çox ağır günlərini yaşayır, hər an onu itirə bilərik. Saysız-hesabsız fəxri adların içində onun payı yoxdu. Onun da haqqını vermək bizə düşür. İstərdim yazıçılar, elə Kamal bəyin özü də, Musa Yaqubun ad almasına çalışsın. Qoy Musa bəy istəməsin, biz edək.

Biz onsuz da nə ediriksə, vicdanın səsi ilə edirik. Bütün situasiyalara reaksiyamız vicdanın diktəsi ilə olur. Vicdan nə deyirsə, onu edirik. Bu yazı da elə yazılıb. Biz onun Azərbaycan təhsili, gəncliyi, mədəniyyəti üçün etdiklərini heçə saysaq, vicdansız olarıq. "Bir günlük xəlifə” layihəsinin müəllifidi Kamal bəy. Bu layihə 2003-cü ildə Slavyan Universitetində gerçəkləşib. Arada dayandırıldı. İndi yenidən rəhbəri olduğu Azərbaycan Dillər Universitetində davam etdirir. Layihəyə görə universitetin 32 nəfərlik rəhbər heyəti içindən tələbələr açıq səsverməylə xəlifə seçirlər. Həmin xəlifə universitetdə qərarlar qəbul edir, yeniliklər edir və bir il ərzində qərarlar qüvvədə qalır. "Kölgə kabineti” formalaşır və növbəti seçkiyə kimi işləyir. Xəlifə bir günlük işinin maaşını da alır.

"Filoloqun kitabxanası – 100” layihəsini də Slavyan Universitetində işlədiyi vaxt edib. Dünyanın ən yaxşı yüz filoloji-fəlsəfi əsəri Azərbaycan dilinə çevrilib. Slavyanda yaratdığı "Yaradıcılıq fakultəsi” isə ölkə tarixində növbəti "ilk”di. Yaradıcı adamların tələbələrlə görüşü, onların leksiyalarının təşkili təhsildə tamamilə yeni estetika yaradırdı. Bu fakultədən yararlanan neçə gənc qələm adamı oldu. Slavyan Universitetinin praktikasının dünyanın bir çox universitetində müzakirə edilməsi də onun xidmətidi.

Çağdaş bir ortam yaratmışdı öz təhsil yuvasında. Bir dönəm vardı, ölkədə kreativ, azad, yaradıcı gənclərin çoxu Slavyanın tələbəsi idi. Bu gün online mediada çalışan, rəhbərlik edən slavyançılar az deyil. Bir dəfə ora gedəndə tələbələrin koridorda bir küncdə oturub söhbətləşdiklərini gördüm- modern, rahat. Fərqlənirdi slavyançılar. Eşitmədik rüşvətlə, haqsızlıqla əlləşdiklərini. Az qala bütün dövlət universitetlərində tələbələrin etirazları olub zaman-zaman. Nüfuzları vardı slavyançıların, oxuduqları təhsil ocağının imicini qoruyan rektorları vardı. İndi də eyni işləri, bəlkə də daha artığını Dillər Universitetində görür. ADU-da 14 ölkənin mədəniyyətini öyrədən mərkəzlər yaradılıb. Qarşılığında xarici ölkələrdə də Azərbaycan mədəniyyətini yayan mərkəzlər işə başlayıb. Ölkə tarixində ilk dəfə ADU-da universitetin 4-cü kurs tələbələri könüllü olaraq 4 həftəlik pedoqoji təcrübəni məcburi köçkün məktəblərində keçəcəklər. Neçə ildi Azərbaycanda məcburi köçkün məktəbləri var. Kiminsə ağlına gəlibmi bu?..

Ən maraqlısı, bundan sonra ADU tələbələri mağazadan aldıqları kitabın çekini versələr, universitet onlara ödədikləri pulu qaytaracaq.

Cəmiyyət gəmidirsə, çırpılacağı aysberq bərbad təhsil sistemidi. Savadsız xalqdan savadlı addım gözləməzlər. Savadsız toplum həmişə böyük faciələr yaşayar. Bir aydın cəmiyyətinə heç nə vermirsə, onun yeri heç vaxt açılmayacaq arxivdi. Ölkənin təməlini dağıdan minalar olur. Onlar gəncliyi düşünməyən ictimai-siyasi adamlar, aydınlardı. Bu gün yalnız öz qarnını düşünən adam ən qorxulu partladıcı maddədi. Gərək öhdəlik götürən, məsuliyyəti olan adam, öləndən sonra bu cəmiyyəti onun indi vecinə almadığı, yatırım etmədiyi gəncliyin yönəldəcəyini düşünsün. Bayağı, savadsız gəncliyin sabahkı cəmiyyəti yönəldəcəyini düşünəndə adamı dəhşət bürüyür. Nə mutlu bizə ki, ölkə gəncliyinin bataqlığa düşməməsi üçün çalışan adamlarımız var. Vecsiz adamları isə quyuya salıb qapağını bərk-bərk bağlayasan. Ziyanlıdı belə adamlar, ziyanlı. Kamal Abdulla gənclik üçün etdikləri ilə, onlara sərgilədiyi örnəklə qiymətlidi. Yazını da elə ADU tələbəsinin diqqətimi çəkən şərhiylə bitirmək istəyirəm. Bir cümlədə Azərbaycan cəmiyyətinin bütün gerçəkləri vardı: "Kamal Abdulla bufetdə gördüyüm ilk rektordu”.


Aysel Əlizadə
qadinkimi.com
24 fevral 2019 /

Kamal Abdullanın tədarükü

Похожие новости

Kamal Abdulla qaragüruha ritorik cavab verdi...

Son vaxtlar Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya ünvanlanan şər-böhtanla yanaşı hətta bəzi azğınlaşan insanlar onu təhsildən bixəbər adlandırırlar. Bu məsələyə aydınlıq

Unutmağa haqqım yox...

Kamal müəllimi mən 2001-ci ildən tanıyıram. Bakı Slavyan Universitetinə qəbul olduğum gündən. O illər biz XXI əsrin ilk məktəb məzunları kimi hansı universiteti seçmək məsələsinə daha həssaslıqla

Lütfi Zadə adına təqaüd təsis edilib

ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib. ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edildi. Universitetin İnformasiya Texnologiyaları və

ADU-nun rektoru Nardaran məktəbində mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və

PRİTÇA: "DEYƏSƏN"LƏ YAŞAYIB BÖYÜYƏNLƏR...

Aydın Canıyev · Evində kirayə qaldığım Adilə xalanın Səfiyə adlı sözəbaxan, nəinki icazəsiz nəsə edən, hətta nəsə istəməyə də icazə istəyən bir qızı vardı. Anasının xətrinə dəyməsin deyə, həmişə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ