Allahın evinə daş atan adamın dünya həyatı

Allahın evinə daş atan adamın dünya həyatı

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin Rəhbəri


Aydın Canıyevin ad günüdür. Bu yazı təbrik yazısıdır. Amma bircə şeyi xatırladım ki, Aydın bəyin öz yazdığına görə ona söyməyə icazə verdiyi tək adamam, amma mən onu söyməyə deyil, öyməyə qadirəm (Bu ölkədə məni nəinki ittihama, hətta söyməyə haqqı olan tək və yeganə həmkar! Aydın Canıyev).

51 ildə bu xaraba dünyada nə işlər çevirdiyini və ən ağır bir yükə çiyin verdiyinin fərqinə varmadan, yalnız özünə qənim oldun. Dünyada ölkələri fəth etdilər, dənizlərə və okeanlara hakim oldular, amma kimsə SÖZƏ hökm etməyə qalxmadı. Çünki ağızdaykən bizə tabe olan söz, azad olunca bizlərə hökmdar oldu. Sən bu məkanda savaşa atıldın və bu davanın qurbanı oldun. Düşündün ki, sözün gözəlini, düzünü yazıb deməklə hökmran olacaqsan. Amma gözəlin aşnası çox olar, hər "göyçək" sözün arxasınca düşən binamuslar, nadanlar, əyrilər üzərinə yeridi. Bezən günü "Allahın evini daşa basdın". Heç bunun niyəsini düşündünmü?

Dəqiq bilirəm ki, bütün yaxşı və pis işlərə vaxt tapan Aydının buna vaxtı olmadı. Çünki sözü mühakimə edəcək zaman, bu zaman deyil. Çünki Allaha bəndəlik eləməyənlər onun evində "fironluq" edirdilər. Həzrəti Musa peyğəmbərə əsa verən Allah, o gecə Həzrəti Aydının əlinə daş vermişdi. Musanı yoxlamaq üçün çağrılan Maqların Vətəni olan Şərq ölkəsinin Məhkəmələri ona peyğəmbərlik deyil, müttəhimlik bəxş elədi. Bilirəm ki, bunun fərqinə varmadın. Bilirəm ki, Azərbaycanı gözəl olan bir Vətən olaraq sevmək idealın var və bu Vətənin məhbəsi də sənin üçün Vətəndir. Sabahı görünməyən, günəşi görünməyən Vətən guşəsi...

Bunların fərqinə vardınmı? Bilirəm ki, varmadın. Elə düz eləmisən! Düşünmə ki, sənə ürək-dirək verirəm. Qəzan mübarək! Sənin davan davaların ən böyüyüdür. Lap yəhudilərin Torasındakı Yaqubla Tanrının güləşməsi kimi. "Öncə söz vardı" və sən Sözlə savaşdasan...

Bir yazıda yazdığın kimi: "Viktor Hüqonu parlamentdə, Bismarkı taxtda, Brunonu, Qalileyi, Robespyeri gilyotində görən xalqlar Rüstəm Behrudinin pafosuna, Aqşin Yeniseyin yazdığı məktuba, Şəhriyar del Geraninin it kimi darıxmağına harasını tərpədəcək ki? Ramiz Rövşən kimi əjdahasının dilənçisinin əlinə verməyə pulu olmamasını əyilib əlini öpməsiylə kompensasiya etməsini haracan səmimi sayacaq ki?"

Yəni Aydın da öz istedadanı ya çayxana, ya meyxana köşələrində, ya sosial şəbəkə künclərində "xərcləməyə" məhkum edilmiş tipik bir Azərbaycan ziyalısıdır. Onun dediyi söz və anlatdığı hekayətlər beş-üç adamın vecinədir. Sənin dediklərinin və hamımızın dediklərimizin, çalınan "Əcəl zəngini" "Tərəkəmə" bilib oynayan bir topluma aidiyyatı yoxdur. Məmləkət insanına "a" hərfini öyrətmədən Tolstoyu, Dostoyevskini, Çexovu, Nizamini və digər dahiləri oxumamaqda ittiham edirik. Amma Aydın Canıyev bu cərgədə deyil, xalqı bu kökə salanlardan yazır. Ruhuyla yazır. Sözlə dünyanı gözəlləşdirməyi öz sənəti bilir.
Allahın evinə daş atan adamın dünya həyatı
Aydın Canıyevlə bir fakültədə - Jurnalistikada təhsil almışıq. Bu fakültənin nəyi olmasa da gözəl müəllimləri və 25 nəfərdən 20 nəfərinə jurnalist ola bilməyəcəyini anladan bir ortam vardı. Qalan o 5 nəfər isə onsuz da anadan jurnalist doğulanlar idilər və burada oxumasalar belə Tanrı onların alnına bu peşəni yazmışdı. Bu gün "qarışıq mallar mağazasına" çevrilmiş jurnalistikamızın durumu bizləri narahat edir. Məmləkətin güzgüsü çox çirkin gündədir. Hərdən bizim üçün əziz olan bu peşənin dərdlərini bölüşürük. Bu gün gözlərimiz önündə son nəfəsini verməkdə olan və "cəlladını sevən məşuqə" vəziyyətinə salınan jurnalistikamızın ağrısını çəkib yas saxlayanların sırasında A. Canıyev də qələmini süngüyə çevirənlərdəndir. Markın "dədəsinə rəhmət oxuya-oxuya" qəlbinin səsini sosial şəbəkələrdən yaymaqdadır və oxucuları onun yazılarını milli mətbuat adlı ölünün "mərasim duaları" kimi oxumaqdadır. Qələmin iti və sözün kəsərli olsun, Aydın Canıyev!

51 ildir ki, Azərbaycan ünvanlı bir məkanda bir adam yaşamaqla "məşğuldur". Mən düşünürəm ki, bizim nəsil zamanla yarışa atılıb bu yarışı uduzdu. Bizim yaşamaqdan qeyri işlə məşğul olmağa şansımız olmadı. Düzü heç yaşamaqla məşğul olmağı da bacarmadıq. Bizi yaşamağa da qoymadılar. Bizi özümüz olmağa qoymadılar. Herman Hesse "Yalquzaq" əsərində dediyi kimi, bizim nəsil yol ayrıcında vurnuxa-vurnuxa qaldı...

Və sən də özün ola bilmədin. Bəlkə də içində saxlayıb gizlədiyin Aydın Canıyev özündən çox fərqlidi, səndən daha yaxşıdı və səndən daha çox tənhadı. O daha yaxşı bilir ki, bizim nə Azadlığımız Azadlıq dadır, nə savaşımız savaş rəngindədir. Bizim dünənlərimiz xərclənmiş, bu günlərimiz talan edilmiş və sabahlarımızı da kreditə götürülüb. Bu şərtlərlə məmləkətdə yaşamağın özü bir qəhrəmanlıqdı. Sən də bu qəhrəmanların birinci sırasındasan. Eşq olsun sənə və bu sırada 100 yaşa! Bütün gözəlliklər sənin olsun!

Müharibə veteranları haqqında yazdığın yazılara, vətənpərvərlik mövzulu məqalələrə görə və 51 yaşınız münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin təqdimatı əsasında Sizi Fəxri Fərmanla təltif edirik. İnanırıq ki, bundan sonra da daha böyük coşquyla yaradıcılıqla məşğul olacaqsınız.

P.S. Söymək şansımı saxlayıram...

Allahın evinə daş atan adamın dünya həyatı
Allahın evinə daş atan adamın dünya həyatı
02 mart 2019 /

Allahın evinə daş atan adamın dünya həyatı

Похожие новости

BÖYÜK ÖNDƏR MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR!

Nəcibə Bağırzadə Cümhuriyyətin qurucusu, Böyük Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin 135 yaşını həsrət qarışıq bir sevgiylə qeyd edəcəyik. Çünki O, hələ qürbətdə, biz bu vətəni bizə qürbət edənlər

QARABAĞ QAZİSİNİN ÖLÜMÜ: ETİMAD ƏSƏDOV HAQQA YÜRÜDÜ

Xaqani Ədəboğlu (Elegiya) Dərmanım tapılmır, ağır xəstəyəm, Köhnə yaralarım hələ qan verir. Mən diri şəhidəm, ayaq üstəyəm, Vətənsiz ölənlər, necə can verir? (Ə. Saldaş) Xəbər çox acı xəbərdi.

Öz gücünü kəşf et

Ölüm insanın ən qorxduğu şey deyildir. Həyatının sonuna gəldikdə əslində heç bir gerçək həyatının olmadığının fərqinə varmaqdır. Bir xəstəxanada aparılan sorğuda ölüm yatağında olan 100 qoca insana

AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyevin yazdığı qeydlər gündəmi zəbt edən mövzuya çevrilib

Modern.az saytının "Mənim kəndim" rubrikasında AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyevin yazdığı qeydlər gündəmi zəbt edən mövzuya çevrilib. Müəlliflə söhbətimizdə bildirdi ki, şifahi və

AVMVİB RƏHBƏRLİYİ BÜTÜN MÜHARİBƏ İŞTİRAKÇILARINI VƏ XALQIMIZI TƏBRİK EDİR

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi rəhbərliyi təşkilat adından bütün keçmiş döyüşçüləri təbrik edib. Təbrikdə deyilir: "Daha bir ilimizi Qarabağsız olaraq yola saldıq. Vətən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ