ALİMENTİ ÖDƏMƏYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?

ALİMENTİ ÖDƏMƏYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?























Rövşən Qasımov
Vəkil



1992-ci il 2 mart tarixində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olduqdan sonra Azərbaycan Respublikası BMT-nin bir sıra sənədlərinə, o cümlədən, 20 noyabr 1989-cu ildə qəbul olunmuş "Uşaq Hüquqları Konvensiyası"na müvafiq bəyanatla qoşulmuşdur. Bu Konvensiyaya qoşulmaqla Azərbaycan dövləti bu sənəddə təsbit olunmuş hüquqların ölkə ərazisində (Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla) təmin olunmasını öz üzərinə götürmüşdür. Ölkəmizdə hüquqi islahatların məntiqi davamı olaraq 1995-ci ilin 12 noyabr tarixində referendumla Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş və həmin ilin 27 noyabr tarixində qüvvəyə minmişdir. Konstitusiyaya 2002-ci ilin 24 avqust və 2009-cu ilin 18 mart tarixlərində ümumxalq səsverməsində (referendumda) əlavələr və dəyişikliklər qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin II hissəsində "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir" müddəası qeyd edilmişdir. Eyni zamanda, 1998-ci il 19 may tarixində qəbul olunmuş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində də uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququnun olması təsbit olunmuşdur. Ailə Məcəlləsində və digər qanunvericilik aktlarında valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaları qeyd edilmişdir ki, bu da uşağın saxlanılmasına valideynlərin məsuliyyət daşıdığını bir daha sübut edir. Bununla yanaşı, Ailə Məcəlləsinin "Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi" adlı 75-ci maddəsində "Valideynlər uşaqlarını saxlamağa borcludurlar" və "Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur" kimi bəndlər qeyd edilmişdir.

Öncə qeyd edim ki, hüquq mədəniyyəti yüksək olan öıkələrdə aliment barədə bizdəki kimi problemlər yaşanmır. Bizdə aliment barədə işlərə bir qayda olaraq, məhkəmədə baxılır. Avropa ölkələrində bu problem tamamilə fərqli qaydada həll olunur.

Avropada ən çox üstünlük verilən forma qarşılıqlı razılıqdı. Razılıq odur ki, ər və arvad uşağın saxlanması barədə saziş bağlayırlar. Sazişdə bütün məsələlər öz əksini tapır. Saziş bağlanması bizim qanunvericilikdə də öz əksini tapıb. Yəni, bizdə də ailələr saziş bağlayaraq, uşağın saxlanması şərtlərini həmin sazişdə əks etdirə bilərlər. Təəssüf ki, belə praktikaya rast gəlmək mümkün deyil.
vəkilə Məhkəmə tərəfindən təyin olunan alimenti vaxtında ödəməyən, yaxud da ödəməkdən boyun qaçıran valideynlər inzibati və cinayət qaydasında cəzalandırıla bilər.

Qarşlıqlı razılaşmadan - sazişdən sonra Avropa ölkələrində ən çox üstünlük verilən variant vəkilə müraciətdi. Ərlə arvad öz aralarında razılıq əldə edə bilmədikdə tamamilə maraqsız bir şəxsə - vəkilə müraciət edirlər. Vəkil tərəflərin vəziyyətini, uşağın saxlanması üçün zəruri sərfiyyatı və s. nəzərə alaraq, uşağın saxlanması şərtlərini təyin edi. Tərəflər bir qayda olaraq, vəkilin təklifinə "hə" deyir.

Qayıdaq ölkəmizə. Azərbaycanda qeyd etdiyim kimi, aliment işlərinə bir qayda olaraq, məhkəmələr baxır. Tərəflərin bir-birinə kifayət qədər problem yaratmağa çalışdığı, kişinin işləmirəm, pulum yoxdur dediyi, qadının isə daha çox pul tələb etdiyi məhkəmənin sonunda hakim öz bildiyini edir. Alimenti iki variantdan birini tətbiq etməklə təyin edir. Birinci variant qanunvericiliyə uyğun olaraq, işləyən şəxs üçün 1 uşağa görə gəlirlərin dörddə biri, 2 uşağa görə üçdə biri, 33 və daha çox uşaq olduqda isə yarısı qədər aliment təyin edir. Gəlirləri müəyyən olmayanlardan, həmçinin işləməyənlərdən aliment sabit pul məbləği formasında tutulur. Bu zaman bir qayda yaşayış minimumu nəzərə alınır.

Lakin məhkəmə qərarı ilə də problem həll olunmur. Qərar icraya yönəldikdən sonra bir qayda olaraq, kişilər alimentin ödənməsində çətinliklər yaradır. Bu da adətən boşanmadan sonra tərəflərin bir-birinə düşmən gözü ilə baxması ilə bağlı olur. Hazırda içra məmurlarında alimentin ödənməməsinə dair kifayət qədər çox problem var. Səhifəmizə üzv olanların tez-tez bu barədə müraciət etməsini nəzərə alaraq, "aliment ödənmədikdə neyləmək lazımdır" sualına cavab verirəm. Beləliklə...

Alimentə dair qərar icra məmuru tərəfindən təxirə salınmadan icra olunmalıdır. Aliment ödəməli olan şəxsin yeri məlum olmadıqda axtarış elan olunmalıdır.
İcra məmuru məhkəmə qərarının icrasına başladıqdan sonra borcluya - aliment ödəməli olan şəxsə bildiriş verir (və ya göndərir) və qərarın icra olunmayacağı təqdirdə bunun hansı məsuliyyətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. İcra sənədində göstərilən müddət ərzində aliment ödənmədikdə, icradan yayınmaq üçün yanlış məlumatlar təqdim etdikdə icra məmuru borclu barədə inzibati məsuliyyətə cəlb etmə üçün təqdimatla məhkəməyə müraciət edir. Məhkəmə borclu barədə 500 manatdan yuxarı miqdarda cərimə cəzası təyin edir.
Bundan sonra icra məmuru yenidən aliment ödəməli olan şəxsə icra üçün bildiriş verir. Bildirşdə göstərilən müddət ərzində icra tələbi yerinə yetitilməsə, icra məmuru borclunun cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verir. Bu dəfə cəzalar daha ağır olur - cərimə, islah işi və ya azadlıqdan məhrumetmə.

Aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi yolu ilə icraya nail olunması ən çox tətbiq olunan praktikadır. Sadəcə bəzən icra məmurları nəyinsə müqabilində bunu tətbiq etməyə həvəs göstərmirlər. Belə halda icra məmurundan şikayət etmək və borclunun məsuliyyətə cəlb olunması üçün təqdimat verməyə məcbur etmək lazımdı.
ALİMENTİ ÖDƏMƏYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?





















Məhkəmə təcrübəsində uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edildikdən sonra bir çox hallarda alimenti ödəyən şəxs bu məbləği qəsdən ödəməkdən imtina edir. Bu isə uşağın saxlanılmasında problemlərin yaşanması ilə yanaşı, onun təhsil, sağlamlıq və digər hüquqların da pozulmasına gətirib çıxarır.

Təcrübədə alimentin ödənilməməsi ilə bağlı bir sıra problemlərlə rastlaşmaq olar. Baxmayaraq ki, Ailə Məcəlləsinə əsasən, alimenti qəsdən ödəmədikdə valideyn valideynlik hüququndan məhrum edilə bilər. Bəzən boşandıqdan sonra uşağın saxlanılması üçün alimenti ödəyən şəxs uşaq yanında olmadığını, əvvəlki həyat yoldaşından qisas almaq hissi olduğunu əsas gətirərək, alimenti qəsdən ödəməkdən yayınır.

Qanunvericiliyə əsasən, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.

AR.Cinayət Məcəlləsinin 306.1 və 306.2-ci maddələri yeni redaksiyada verilmiş və cəzalar sərtləşdirilmişdir. 306.1-ci maddəyə əsasən, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə halları üzrə sanksiyada "min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır" qeyd edilmişdir. Lakin əvvəlki redaksiyada sanksiyada cəza bu cür nəzərdə tutulurdu: "beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər son dövrlərdə məhkəmə qərarlarının icra vəziyyətinin daha da yaxşılaşdırılmasına baxmayaraq, alimentin ödənilməsi ilə bağlı olan hər bir icra olunmamış qərar bir və ya bir neçə uşağın həyatına mənfi təsir göstərir. Bu kimi halların, ümumiyyətlə aradan qaldırılması məqsədilə fikrimcə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2009-cu ildə uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsində və daha sonrakı illik məruzələrində təklif etdiyi "Aliment Fondu"nun yaradılması ölkəmizdə alimentin ödənilməsi ilə bağlı problemin birdəfəlik həllinə gətirib çıxardacaqdır. Belə ki, həmin təklifdə məhkəmə qərarlarına uyğun olaraq uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemlərin olmasını nəzərə alaraq, cavabdehdən alınaraq, iddiaçıya verilməsi məhkəmə tərəfindən qət edilən alimentin Dövlət Sosial Müdafiə Fondu (və ya müvafiq dövlət orqanı nəzdində yaradılmış və dövlət tərəfindən maliyyələşən "Aliment Fondu" tərəfindən ödənilməsi üzrə mexanizmin yaradılması və tətbiq edilməsi) həmin alimentin sonradan borcludan dövlət tərəfindən məcburi qaydada alınması şərti ilə irəli sürmüşdür.

Bu təcrübə bir çox xarici ölkələrin təcrübəsində istifadə olunur. Eyni zamanda, bu təcrübə, bir daha onu sübut edir ki, alimenti ala bilməyən və aztəminatlı ailələrdə böyüyən uşaqların uşaq evi və internat məktəblərinə düşmə riski də çoxdur.

Ölkəmizdə, eyni zamanda, Cənab Prezidentin 29 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) uğurla icra olunması üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də müəssisələrə düşmə riski olan uşaqlarla və onların ailələri ilə preventiv işlərin aparılması, mövcud çətinliklərin aradan qaldırılması yolu ilə hər bir uşağın müəssisəyə düşməsinin qarşısının alınmasıdır.

Ümumilikdə, belə bir nəticəyə gəlmək olar ki, ölkədə "Aliment Fondu"nun yaradılması, uşaqların təhsil, sağlamlıq, asudə vaxt və digər hüquqlarının və mənafeyinin daha səmərəli təmin olunmasına, onların müəssisəyə düşmə, əməklərindən sui-istifadə olunma riskinin azalmasına, sağlam ailə mühitinin formalaşmasına zəmin yaradacaqdır.
03 mart 2019 /

ALİMENTİ ÖDƏMƏYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?

Похожие новости

Prezident İlham Əliyev problemli kreditlərlə bağlı Fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək,

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il keçir

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də

BU GÜN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

[b][b] Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq

Sürücülük vəsiqəsi almaq haqqında qaydalara dəyişiklik edib

Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında

HANSI ŞƏXSLƏR ÖLMÜŞ SAYILA BİLƏR?

Femida.az Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin də tez-tez rastlaşdığı bir problemə Mircəlal Məcidlinin "Bu müddətdə evə gəlməsəniz, ölmüş elan edilə bilərsiniz" adlı yazısında
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ