30 Noy 00:41GÜNDƏM / TARİX

TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR

TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR
Son dövrlər bir çox vicdanlı araşdırmaçılar ilkin mövcudluğun və vahid dilin mövcud olması nəzəriyyəsini araşdıraraq türklərin üzərində dayandıqlarının hər kəs fərqindədir. Bəzən də çoxlarımız "bu qədər də olmaz"-deməyə məcbur oluruq.
Daşqın, tufan haqqında mifoloji əfsanələrə diqqət yetirək.

Prof. Dr. Saadettin Gömeç yazır: "Bugünkü Altay və Saxa Türklərinin inancında "Tufan əfsanəsi"nin çeşidli variantları mevcuddur. Altay Türklərinə aid Tufan əfsanəsini ilk dəfə rahib Verbitskiy təsbit etmişdir. Bu rəvayətlərə görə Tufandan öncə yer üzünün hakimi Tengiz Xan idi. Bu zamanda Nama adlı məşhur bir adam vardı. Tengri Ülgen buna Tufan olacağını, insanları və hayvanları qurtarmaq üçün bir gəmi düzəltməsiniı söylədi. Namanın üç dənə oğlu vardı. Oğullarına gəmini inşa etmələrini söyldi və Ülgenin öyrətdiyi şəkildə bir gəmi düzəldildi. İnsanlar və hayvanlar gəmiyə alındı. Göy üzünü sis alıb, yerin altından sular fışqırınağa başladı. Göy üzündən də yağmur yağırdı. Bir müddət sonra sular çəkilib, torpaq parçaları su üzünə çıxdı. Nəhayət gəmi bir dağın təpəsində oturdu. Suyun dərinliyini öyrənmək üçün Nama quzğun, qarga və sağsağanı göndərdi, fəqət bunlar dönmədi. Bundan sonra göyərçini yolladı və göyərçin dimdiyində bir budaq ilə geri döndü. Nama daha öncə göndərdiklərini görüb görmədiğini göyərçinə sordu. Göyərçin üçünün də bir leşə qonub dimdiklədiyini söylədi. Nama onlara qiyamətə qədər "leş ilə bəslənsinlər"- deyə bəd dua etdi.
TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR
Tufandan sonra Nama, Yayık Xan adıyla Tanrılar arasına girdi. Bir başqa Altay rəvayyətinə görə, yer yaradılmadan öncə su vardı. Ülgen bir gün suya baxarkən, üzərində üzən bir torpaq parçası gördü. Bu toprağın insan vücuduna bənzəyən bir görünüşü vardı və buna "kişi olsun" dedi. Torpaq da dərhal insan oldu. Ülgen buna Erlik adını verdi. Erlik bir müddət keçtikdən sonra, Ulgendən daha böyük və qüdrətli olmaq istədi. Nəhayət Ülgenə düşmən oldu. Insanlar da ağac budağındaki meyvələr kimi bitdi. Buradan əski Türk inancında mevcud maddələrə şəkil vermənin olduğu açıqca ortaya çıxmaqdadır. Fəqət "yoxdan var etmə" isə, hər halda Sami dinlərdən keçmiş olmalıdır".

TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR
Bu teoloji yaranış əfsanələrinin eyni bir kökdən olmalarını çağdaş elm sübuta yetirməkdədir. Saxa türkləri sami dinlərindən tam kənar qalmış bir toplum olması hər kəsə bəllidir. Bu "Tufan rəvayətinin" türklərdən qeyri millətlərə keçməsini daşlar üzərində oyulmuş gəmi rəsmləri və mifik personajların etimoloji cəhətdən əski türk dilində yozulmasının mümkün variantları bir daha sübut edir. Çox güman ki, sami tayfaları bu mifoloji rəvayətləri Sang-igiga (yanlış olaraq şumer adlandırılır) tayfasından öyrənmiş və eşitmişlər. Çünki onlara məxsus əfsanədə adı çəkilən personaj ZİUSUDRA, Babil tərcüməsində UTNAPİŞTİM adlandırılır. Utnapiştim sözünü "tufandan xəbər verən" kimi tərcümə edənlər birincinin üstünə gəlməzlər. Əslində elə bu söz də əski türkcə eyni mənanı verir. Əski türkcə, ZİU- SU, SUDRA- XƏBƏR VERƏN deməkdir. ("Unudulmuş Turanın çöl çiçəkləri" Bakı 2006). Türklərdən SUDUR, SUDRA adı Altun Sudur kimi orta əsrlərədək işlənib. Hindistana da bu söz "sutra" kimi keçib.
TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR
Bu baxımdan Hind eposları, personajların alındığı iki məkana işarət edir: Altaylar və Kvaxaştra dedikləri-Midiya. Bu barədə gələcək kitabımda geniş araşdırmalar barədə məlumatlar olduğuna görə bu qədər yetərlidir. "Ramayana" eposunda gəminin oturduğu dağın adı Noubəndxana adlandırılır.
TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR
Daha bir astroloji bilgini diqqətinizə çatdırım ki, bütün teoloji rəvayətlər və bir çox qeyri mifoloji rəvayətlər Böyük Ayı Bürcüylə birbaşa əlaqəlidir. Bu bürcün ən parlaq göründüyü məkan Şimali Azərbaycan (Kür-Araz mədəniyyəti) və Altay əraziləridir...

X. Ədəboğlu
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ