Füzuli və Cəbrayıla atılacaq raketlər... - Ermənilərə qarşı nə etməli?

[b][b]Füzuli və Cəbrayıla atılacaq raketlər... - Ermənilərə qarşı nə etməli?
Siyasi proseslər o səviyyəyə gəlib çatıb ki, biz haqqımızı qorumaq üçün mütləq güc tətbiq etməliyik.

Ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan yerli mətbuata verdiyi açıqlamada Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Füzuli və Cəbrayılda yeni yaşayış məntələqərinin açıldığını və ermənilərin bu ərazilərdə daha sıx məskunlaşması gərəkdiyini bildirib. Vanetsyan həmçinin ermənilərin işğal altındakı ərazilərimizdə məskunlaşması işi ilə hökumətin ciddi şəkildə məşğul olduğunu və tez bir zamanda bu ərazilərdə ermənilərin daha da möhkəmlənəcəyini bildirmişdi.

Füzuli və Cəbrayıla atılacaq raketlər... - Ermənilərə qarşı nə etməli?






















Ötən ay qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbəri” Bako Saakyanın Cəbrayılda yeni yaşayış məntəqələrini açarkən Azərbaycan mətbuatı “xalqların sülhə hazırlanmasından yazırdı”. Biz o zamanda qeyd etmişdik ki, düşmən heç bir sülhlə əraziləri dəyişmək niyyətində deyil. Onu bu addımı atmağa məcbur etmək lazımdır. Ancaq təəssüf ki, bu gün belə gözümüz görə-görə işğal altında qalan torpaqlarımızda yeni yaşayış məskənləri salınır və ermənilərin bu ərazilərdə məskunlaşması üçün işğalçı rejimin atdığı addımlara heç bir tutarlı reaksiya verilmir.
Füzuli və Cəbrayıla atılacaq raketlər... - Ermənilərə qarşı nə etməli?





















Məsələnin hüquqi tərəfinə gəlincə hələ 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının 49-cu maddəsinə görə işğal edilmiş ərazilərdə işğalçı dövlətin vətəndaşlarının məskunlaşması qadağan edilib. Ancaq nəzərə alaq ki, BMT-nin ərazilərimizin işğaldan azad edilməsilə bağlı 4 qətnaməsi var və Ermənistan bu qətnamələrə əməl etmir. Ermənilər Cenevrə konvensiyasında qeyd edilən prinsiplərə də laqeyd yanaşırlar və dünya birliyinin bu məsələdə göstərdiyi “ədalətli mövqe”yə "heyran qalmamaq" olmur.



Əslində, mahiyyətcə beynəlxalq hüquq bu gün kimə və ya nəyə lazımdır ki? Hələ ötən əsrin 50-ci illərində məşhur realist nəzəriyyəçi Hans Margentau qeyd edir ki, sadəcə güc beynəlxalq münasibətlərdə əsas faktor sayıla bilər. Yəni, bir növ güc dünya siyasətində hər şeyi, haqlı və haqsızı müəyyən edir.



Cəbrayılda ermənilər yaşayış məntəqəsi tikəndə bizim toplarımız işə düşsəydi indi Füzulidə yaşayış məskənləri salınmazdı



Bəs bu problemdə kimdir haqlı, kimdir haqsız? İstər güc nöqteyi-nəzərdən, istərsə də hüquqi nöqteyi-nəzərdən Azərbaycan Ermənistandan üstündür. Azərbaycan bütün beynəlxalq hüquqi prinsiplərə görə bu münaqişədə haqlı tərəfdir. Ancaq “güclə möhkəmləndirilməmiş haqlılıq ən böyük haqsızlıqdır”. Yəni, ədalətin tərəzisi gücdür. Belə çıxır ki, güc olmadan bizim nədə haqlı, nədə haqsız olduğumuzun heç bir əhəmiyyəti yoxdur.



Ən əsas problem ondan ibarətdir ki, gücümüz var, hüququmuz var, ancaq bunu göstərməyə çəkinirik. Cəbrayılda ermənilər yaşayış məntəqəsi tikəndə bizim toplarımız işə düşsəydi indi Füzulidə yaşayış məskənləri salınmazdı. Artıq siyasi proseslər o səviyyəyə gəlib çatıb ki, biz haqqımızı qorumaq üçün mütləq güc tətbiq etməliyik.



Niyyət heç də yeni bir Aprel və ya yeni bir müharibə olmamalıdır. Çünki bu gün Qarabağ uğrunda yeni döyüşlər başlasa bizim inamlı zəfərimiz minlərlə övladımızın şəhadəti hesabına başa gələcək. Buna səbəb hələ də strateji bir çox yüksəkliklərin, əsas da Ömər aşırımının ermənilərin nəzarətində olmasıdır. Ona görə də bu yüksəklikləri mümkünsə “Günnüt əməliyyatı” kimi “qansız” əməliyyatlarla tutmaq lazımdır. Sonra isə təbii ki, müharibə ən böyük siyasi reallıq hesab edilə bilər.



Bəs nə etməli?



Ediləsi tək bir şey var, oda ki, düşmənin hər radikal addımına hərbi reaksiyanın verilməsidir. Məsələn, Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbəri “Azərbaycan torpaqlarının bir qarışını belə qaytarmayacağıq” dedikdən sonra təmas xəttində atəşkəsin mühafizə edilməsi anlaşılmazdır. Biz hələ əhali məskunlaşmadan bütün tikilən yaşayış məntəqələrini məhv etməliyik ki, haqlı mövqeyimizi gücümüzlə ortaya qoyaq. Bir daha qeyd etmək istərdim ki, Füzuli və Cəbrayıldakı məntəqələrin raketlə vurulması müharibəyə başlamaq deyil, düşməni atacağı addımlardan yayındırmaq xarakteri daşımalıdır.



Sonda düşmənin məqsədini izah etmək istərdim. Məgər Paşinyan hökuməti Cəbrayıl və Füzulidə yeni yaşayış məskənlərinin salınmasının yeni “Aprel”lərə səbəb ola biləcəyini dərk etmir? Əlbəttə Ermənistan hökuməti bunu yaxşı başa düşür. Elə atılan addımlar da yeni bir Aprel savaşının qarşısını almaq məqsədi güdür. Çünki bütün müharibə iştirakçıları və hərbi ekspertlər yaxşı bilir ki, vətəndaşların məskunlaşdığı ərazilərdə əsgər hər zaman sona qədər döyüşür. Lələtəpədəki kimi “dabana tüpürüb qaçmır”. Xalqın təmas xəttində yerləşməsi müdafiədə olan qoşunların üzərinə əlavə bir məsuliyyət qoyur. Ona görə də, Ermənistan rəhbərliyi təmas xəttindəki ərazilərdə məskunlaşma səviyyəsini artırırlar ki, Azərbaycan ordusunun hücumu zamanı 2016-cı ilin aprelində yaşanan hadisələr təkrarlanmasın və erməni ordusu “sonacan döyüşsün”. Həm də bu vasitəylə Azərbaycanın təmas xəttində atdığı hər mərminin bir ermənini öldürə biləcəyi ehtimalı yaranır. Bu isə xüsusən Avropada güclü və aktiv olan erməni lobbisi üçün yeni təbliğat kampaniyasının əsas motivi ola bilər.



Beləliklə, bu situasiyada diplomatiyanın 4-cü, yəni, “məcburetmə” taktikasından itifadə etmək yerinə düşür. Bu taktikada əsas rol orduya məxsusdur...(Nicat İsmayılov

Eurasia Diary)
[/b]
07 mart 2019 /

Füzuli və Cəbrayıla atılacaq raketlər... - Ermənilərə qarşı nə etməli?

Похожие новости

Paşinyan Aprel məğlubiyyətlərindən danışdı

“Cəmiyyətin aprel müharibəsi ilə bağlı sualları var və hökumət imkan daxilində insanları məlumatlandıracaq” Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan 2016-cı ilin

BAYRAM SƏFƏROVUN MƏNTİQİNƏ GÖRƏ BİZ BÜTÜN İŞĞALDA OLAN TORPAQLARA NƏZARƏT EDİRİK

Yəni İraq ABŞ işğalında olsa da oraya da biz nəzarət edirik... Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan rəhbəri Nikol

Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda…

Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Turkustan.info-unu Trend-ə Ermənistan rəhbərliyinin Suriyadan

DÜŞMƏN TƏLAŞ İÇİNDƏDİR

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidentinin” “müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb. Tiqran Abramyan

Aprel qələbəsinin ildönümüdür

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin ikinci ildönümüdür. 2016-cı il, aprelin 1-dən 2-nə keçən gecə erməni
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ