Ermənilərin çirkli oyunu, ifşa olunan yalanlar və ikili standartlar - FOTO

Ermənilərin çirkli oyunu, ifşa olunan yalanlar və ikili standartlar - FOTO

Son aylar beynəlxalq ictimaiyyət və həmçinin Azərbaycan ictimaiyyəti dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəaliyyəti haqqında çoxsaylı ifşa məlumatları ilə tanış olmuşdur.

Məsələn bu ilin yanvar ayında Britaniyalı araşdırmaçı yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki, fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.

Keçən ay isə silahlı münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research" mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, Mərkəzi və Şimali Afrika terrorçularına silah daşımasını ifşa etdi.

Martın 4 isə OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.

Hesabatda “Troika” pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi kimi fəaliyyət imkan yaratması haqqında məlumatlar dərc olunmuşdur. “Troika” sxemi üzrə mənfəətdar isə Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik, rusiyalı erməni Ruben Vardanyan rəhbərlik edib.

Qeyd edim ki, Ruben Vardanyan adı diqqətimi ilk dəfə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasını maliyyələşdirməsi, bu kəndlərdə məktəb və kilsə tikdirməsi və ən əsası da Rusiya vətəndaşı olan oğlu David Vardanyanı Dağlıq Qarabağda əsgərlik xidmətinə göndərməsi haqqında məlumatlarla çəkmişdir.

Ruben Vardanyan Rusiyalı biznesmen olsa da, daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərir, humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün örtük kimi fəaliyyət göstərirdi.

Məsələn Ruben Vardanyanın təsis etdiyi humanitar təsisatlardan biri Livanda erməni məktəblərinin tikintisini maliyyələşdirir, digər bir humanitar fondu isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və müharibədən əziyyət çəkən Suriyanın ehtiyac içərisində yaşayan erməni əhalisi üçün humantar yardımların təşkili üçün maliyyə toplayır və s.

Əslində bu siyahını bir az da uzatmaq olar, lakin qeyd etmək istədiyim əsas məsələ tamam fərqlidir. Məsələ ondadır ki, Ruben Vardanyanın hər iki “humanitar” layihəsində tərəfdaşları, ictimai lobbisti və koordinatorları Amerikalı cütlük - aktyor Corc Kluni və həyat yoldaşı Livanlı etnik erməni Amal Alamuddin Klunidirlər. İnternet resursda etdiyim kiçik araşdırma ilə aydın olur ki, ictimai fiqur olaraq Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismndə çıxış edirlər, ən əsası da belə bir qənətə gəlinir ki, bu cütlüyün ümumiyyətlə, ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.

Bu cütlük, xüsusilə Amal Klunin adı ölkəmizdə diqqətlı siyasət izləyicilərinə tanışdır, Amal Kluni OCCRP - Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin araşdırmaçı, jurnalist Xədicə İsmayılın vəkili olmuş, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyaları təşkil etmişdir.

Nəzərə alsaq ki, Corc və Amal Klunilərin ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada TROİKA pul yuma sxemi ilə yuyulan çirkli pulların hesabına həyata keçirilir, onda deməli, Xədicə İsmayılın hüquqi müdafiəsi erməniləri Rusiyada yuduğu çirkli pulların hesabına təşkil olunurmuş.

Xatırlayırsınızsa, həmin il OCCRP-i öz işçilərinin həbsinə cavab olaraq Azərbaycan hökümətinə qarşı “bütün cəbhə boyu müharibə“ elan etmişdi. Məhz bu fəaliyyətin nəticəsində biz neçə il ölkəmizin adını müxtəlif ünvansız və yalan məlumatlarla dolu araşdırmalarda, təhrif olunmuş hesabatlarda və bu hesabatların dərc olunduğu qərb medialarında izlədik.

Məsələn, 2017 ci ildə OCCRP-yə bağlı bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edən qeyri-ciddi, faktsız, sübutsuz, uydurma məlumatların şahidi olduq.

Yuxarıda qeyd etdiyim silahli münaqişələrdə silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research" mərkəzinin keçən ay dərc etdiyi hesabatda Azərbaycanın deyil, məhz Ermənistan dövlət aviaşirkətlərin dünyadakı terror ocaqlarına - Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşımasını ifşa etdi.

Bununla da aydın oldu ki, OCCRP ölkəmizin adını belə çirkli əməliyyatlarda hallandırmaqla, əslində diqqəti bu əməliyyatların real icraçısı olan Ermənistandan yayındırmaq məqsədi güdürdü.

2018-ci ildə isə OCCRP yenə də təsdiqini tapmayan məlumatlar əsasında Azərbaycanın adını çirkli pulların yuyulmasında hallandırmaqla yenə də diqqəti əsas çirkli pul yuma maşınından yayındırmaq məqsədi güdmüşdür. Burada xüsusi məqamlardan biri də OCCRP ilə paralel qərb mediasının da bu istiqamətdə daha çox Azərbaycanın adını hallandırması idi. Ancaq qərbyönümlü olduğu üçün bu qədər çirkli əməliyyatlara bulaşmış Ruben Vardanyanın fəaliyyətinin işıqlandırılmaması, haqqında tez tez söz açdığmız ikili standarların tətbiqinin bariz nümunəsidir. Burada bunu da qeyd etmək yerinə düşər ki, Amerikanın Səsi öz internet portalında OCCRP-nin Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında dərc etdiyi məlumatlarda, hesabatın orijinal mətnində adı keçmədiyi, əsas fiqurantların ermənilər olduğu halda, Azərbaycanın adını da əlavə etmişdir. Bunu isə artıq ikili standartlar deyil, qərəz adlandırmaq yerinə düşər.

Məsələnin diğər maraqlı tərəfi isə, OCCRP-nin Xədicə İsmayıl kimilərindən istifadə edərək Ruben Vardanyanın çirkli pullarından bəhrələnməsidir. Belə ki, OCCRP öz əməkdaşlıq etdiyi həbsdəki jurnalistin hüquqlarının müdafiəsini ictimai fəaliyyəti Ruben Vardanyanın çirkli pullarından qaynaqlanan Amal Kluniyə tapşırmaqla həm də onun çirkli pullardan bəhrələnmək məqsədi güdmüşdür. Deməli, OCCRP həm də öz işçilərinin həbsindən bəhrələnmişdir.

Bu ilk baxışdan həyatın istehzası kimi də görünə bilərdi, ancaq mncə vəziyyət o qədər də sadə deyil…

Yeganə Hacıyeva,
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert
07 mart 2019 /

Ermənilərin çirkli oyunu, ifşa olunan yalanlar və ikili standartlar - FOTO

Похожие новости

Köçəryanın oğluna qarşı cinayət işi açıldı

Sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb. Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların

AVROPADA ERMƏNİ OĞURLUĞUNUN ÜSTÜ AÇILIB

İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb. “Report” xəbər verir ki, bu barədə İspaniya Vətəndaş Qvardiyası məlumat yayıb. Açıqlamada tennis üzrə

Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda…

Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Turkustan.info-unu Trend-ə Ermənistan rəhbərliyinin Suriyadan

Qarabağ canisinə 6 il iş verildi

Ermənistan paytaxtı Yerevanın Kentron və Nork-Maraş rayonlarına aid məhkəmə noyabrın 28-də Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayanı 6 il müddətinə azadlıqdan məhrum edib.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
NURSULTAN NAZARBAYEV İSTEFA VERDİAVMVİB CƏBHƏ BÖLGƏSİNDƏ XİDMƏT EDƏN ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİNursultan Nazarbayev istefa verdiMüdafiə naziri hərbçiləri təbrik etdiTÜRKÜN BAHAR - ISTƏR BAYRAMI, NİYƏ YAD “NOVRUZ” ADIYLA ÇAĞRILMALIDIR AXI?AVMVİB XOCAVƏND ŞÖBƏSİ HƏRBİ HİSSƏDƏ OLUBPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyindəVETERANLAR HƏRBİ HİSSƏLƏRDƏKİ ƏSGƏRLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏRBayramqabağı şəhid ailələri yad edildiDünyanı və müharibələri idarə edən Rodşildlər kimdir?DUR YOLÇU !İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ...ƏLİLLƏRƏ AVTOMOBİL VERİLƏCƏK2019 -cu il Qarabağın azad edilməsi ili olacaq!Səngərin gülü bitmədi...Çanaqqalada şəhid olan 3 min azərbaycanlıÇanaqqala zəfərindən 104 il ötür - VİDEOAvropa İttifaqı prezident İlham Əliyevi alqışladı49 müsəlmanı öldürən terrorçu məhkəmə qarşısına çıxarıldıMOSKVA XATİRƏLƏRİ...Veteran döyüşçülər Şəhid olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət etdilərARADADAŞDAN QURTULMAMIŞ SİMONYANIN ƏRİ AZƏRBAYCANA "XOX" GƏLİRDaha bir məscidə hücum olub – VİDEOHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!«AĞDAMIN XARABALIQLARI və MƏSCİDİN MİNARƏSİNDƏN SİRLİ ŞƏHƏRİN GÖRÜNTÜLƏRİ» -VİDEOT. Ovanisyan: “Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....”"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."SİYASİ MƏHBUSLAR ƏFV EDİLDİİlham Əliyev OPEC-in baş katibini qəbul etdiƏrmən adı hay-boşlardan alınmalıdır...ERMƏNİSTANDA SİYASİ VƏZİYYƏT GƏRGİNDİRBöyük Britaniya parlamenti Facebook-u ittiham edirAzərbaycanlı rejissorun filmi Kann festivalında iştirak edəcəkAVMVİB XOCAVƏND ŞÖBƏSİ TƏDBİR KEÇİRDİTerroru törədən xristianlardır, amma müsəlmanlara terrorçu deyirlər“Azərbaycanlı general İranın yeni prezidenti ola bilər” - Ekspertdən ilginc iddiaGÜRCÜSTANDAN GƏLƏN YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYYƏTİ SƏVİYYƏSİZ ŞƏKİLDƏ QARŞILANDIVİTSE PREZİDENTDƏN DAHA BİR ÖRNƏK ADDIMZurabişvili İrəvanda rəsmilərə meydan oxudu - Azərbaycana görəSiyavuş Novruzov əlilliyi olan tələbələrlə bağlı təklif edibFUAD ABBASOVA QARŞI KOMPRAMATLAR YAYMAQ İSTƏYƏNLƏR KİMLƏRDİR VƏ SİFARİŞİ HARADAN ALIRLAR?Fransada erməni lobbisi: II yazı - "Böyük fiqurlar"MOSKVA XATİRƏLƏRİ...F. Rzaquliyev: "Tar-mar etdiyiniz bir məmləkətin hesabını sizlərdən soruşacağıq"İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEOBakı müharibəni 3 günə bitirəcək - Moskvadan baxışİRƏVANDA ETİRAZÇILARLA POLİSLƏR QARŞI-QARŞIYA - VİDEOOrdumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEOKolerov niyə özünə yer tapa bilmir: “Bu, kapitulyasiya üçün danışıqlar aparılması deməkdir”F. ABBASOV: “Bu adamları tapıb cəzalandırmırlar, çünki...”YURDSUZ VƏ RAYONSUZ QALAN AĞDƏRƏLİLƏR...Saxtakar millətin saxta "tarixçisi"Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəriLazım gəlmə, sən gəlsən, Hafiz Hacıyev şalvarını çıxaracaq...VİDEOZurabişvili Ermənistanda azərbaycanlılardan danışdı“Padla” ləqəbli, Cümhuriyyət düşməniERMƏNİ DİASPORUNUN PLANLARI və "TERRORİZM DİNİ"AMAZON QADINLAR TÜRK İDİLƏRMİ?ŞƏHİDLƏR ÖLMƏZ!Ermənistan İranla sərhədə “gənc ordu” yerləşdirir - FotofaktMehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşdüPAŞİNYANIN QARABAĞ AÇIQLAMALARIİRANLA SƏRHƏDDƏ INSIDENTMehriban Əliyeva Fransada Rotşildlərin başçısı ilə görüşdü – FOTOLARPaşinyan Azərbaycanda separatçılara xidmət edən oğlu ilə görüşdüAZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEOErməni Terror Təşkilatlarının Toplantısı və Qriqorian Kilsəsinin PlanlanlarıFUAD ABBASOV: "Kimi qələmi ilə, kimi silahı ilə hər an döyüşə hazır olmalıdır!"“Şollerin arxivi” ilə bağlı Niderland mətbuatındaORDUMUZUN HƏRBİ TƏLİMLƏRİ DAVAM EDİR - VİDEO"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"AVMVİB akademiki xatirə medalı ilə təltif etdiDağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaqABŞ KONQRESMENİNƏ DƏSTƏK OLMALIYIQHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!PAŞİNYAN AZƏRBAYCANA GƏLDİİRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!DAHA BİR SOYDAŞIMIZI HAYLARIN HƏYASIZLIĞINDAN QORUMAQ LAZIMDIR - VİDEO8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George ÇilingarTARİXİMİZİN BİR PARÇASI URUM TÜRKLƏRİ (TÜRK DİLLİ YUNANLAR)KOMANDİRİN QEYDLƏRİ: BU XALQDAN GİZLƏDİLƏN HƏQİQƏTLƏR...Şəhid qadınların məzarları ziyarət edildiİbrahim Rəisi hakimiyyət olimpinə yüksəlir; İranda sirli təyinatRumıniya parlamentində Azərbaycan əleyhinə fikirlər səsləndirilib - VİDEOUKRAYNADA SATQIN UKRAYNALINI ÖLDÜRDÜLƏRAVMVİB sədri F. Rzaquliyev jurnalist Fuad Abbasovu təltif etdiAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏERMƏNİLƏR DAHA BİR RUS ƏSGƏRİNİ BIÇAQLADILARYada dūşər xatirələr..."Ağdamlı" olmaq istəyən yezidi kürdlər...HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Bu erməni dezinformasiyasımı, yoxsa içimizdəki ermənilərin növbəti təxribatımı? - VİDEOAVMVİB RAYON ŞÖBƏLƏRİNDƏERMƏNİLƏRDƏN DAHA BİR "YENİLİK" - BU DƏFƏ GÜLƏŞDƏ YENİ "FƏND"Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekorda imza atdı - VİDEOTARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏRERMƏNİLƏR TACİKLƏRDƏN PAMBIQ ƏKMƏK ÖYRƏNİRLƏR - VİDEOƏsirlikdən Səkinənin məktubu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ